Çaytikanı yağı həddən artıq faydalı maddələrlə zəngindir. Belə ki, ondan saçlara qulluq edilməsi zamanı da istifadə olunur. Çaytikanı yağından adətən saç köklərini möhkəmləndirmək və saç uzanmasını tezləşdirmək üçün istifadə edirlər. O, həmçinin saçlardakı kəpək problemini də aradan qaldırır.
Bu parlaq, narıncı meyvəlləri olan bitkinin faydaları çox qədimdən məlum olub. Qədim yunanlar və romalılar müharibələr zamanı onun yağından yaraların və yanıqların sağalmasında istifadə ediblər. Bu yağdan mədə xoraları zamanı da istifadə olunur. Gəmiçilər bu bitkini diş qanamaları zamanı qan durdurucu kimi istifadə edirdilər. Qədim Yunanıstanda çaytikanı meyvələrindən döyüşqabağı atların yemlərinə əlavə edirlər ki, həm qüvvətli olsun, həm də tükləri parlaq görünsün.
Keçək əsas məsələyə. Parlaq və havalı, yumşaq və hamar saçlara kim sahib olmaq istəməz ki? Qüdrətli təbiət insanlara bu gözəllikləri vermək üçün vasitələr bəxş edib. Kim ki, çaytikanı yağından saçları üçün istifadə edib, məsələnin nə yerdə olduğunu anlayacaq! Kosmetoloqlar çatyikanı yağını çox gözəl regenerasiya və bərpaedici xüsusiyyətinə və stimullaşdırıcı qabiliyyətinə görə yüksək qiymətləndirirlər. O, saç zədələnmələrində reabilitasiya zamanı istifadə olunur. Belə ki, o saçlara parlaqlıq və güc bəxş edir. Ondan güclü saç tökülmələrinin və dazlaşmanın qarşısını almaq üçün də istifadə olunur.
Saç tökülməsi əleyhinə maska: 2-3 xörək qaşığı yağı su hamamında qızdırın. Asta masaj hərəkətləri ilə bir neçə dəqiqə saç dərisinə yeridin, sonra narın daraqla saçı darayın. Yağın qalığının saçların uzunluğu boyu yayılmasını təmin edin, saçınızı sellofanla bağlayıb, dəsmalla sarıyın. 1 saatdan sonra saçınızı bol su və şampunla yuyun. Konsentrasiya olunmuş yağdan istifadə məsləhət görülmür, əgər təmiz yağ tapmamısınızsa, o zaman bir neçə yağı qarışdırmaq lazım gələcək. Bu məqsədlə 1:1 nisbətində arqan, gənəgərçək və ayıpəncəsi yağından istifadə olunur. Bu zamanı yağ saçda 30 dəqiqə qalmalıdır. Bu üsulu həftədə 1-2 dəfə yarım ay müdətində etmək bir qədər fasilədən sonra yenidən təkrara etmək olar.
Həlim və çaytikanı ilə saçları möhkəmləndirən maska: 3 xörək qaşığı gicitkən yarpağı 1,5 stəkan su ilə qaynadılır. 12-15 dəq. dəmə qoyun, qarışıq qatı kütlə halına gətirilir və 5 x/q çaytikanı yağı əlavə edib yaxşıca çalınır. Saç diblərinə çəkərək 30 dəq saxlanılır və sonra saçlar yuyulur.
Saçları möhkəmlədən çaytikanı yağı maskası: çaytikanı yağı ilə yumurta sarısını çalın. Qarışığı saçınıza sürtün və başınızı bağlayın. 20 dəqiqədən sonra bol su ilə yuyun. Yumurtanın sarısını təmiz ayırmaq lazımdır, əks halda saçlarınızda yumurtanın ağını qalıqları ola bilər. Belə maskanın təsiri ilk istifadədən sonra görülür. Preseduru 5-10 dəfə təkrar etmək olar.
Kəpək əleyhinə çaytikanı yağı maskası: 2x/q çaytikanı yağı otaq temperaturunda qızdırılmış zeytun yağı ilə qarışdırıb barmaqlarımızın ucu ilə saçınızın dibinə yeridin. Başınızı polietilen sellofan və qalın yaylıqla bağlayın. 40 dəqiqə saxlandıqdan sonra şampunla yuyun. Maskanı 2 ay müddətində həftədə 2 dəfə olmaqla istifadə etmək effektiv nəticə verir.
XƏBƏR LENTİ
Ukraynada qanlı döyüş gedir
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Günün qoroskopu: gün gözlədiyinizdən də uğurlu olacaq
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
Azərbaycan milli uşaq oyunları-7
Malta mənzərələri rəsmlərdə
Günün ulduz falı
Azərbaycanda zəlzələ oldu
Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO
Lindsi Lohan yenidən efirlərə qayıdır
Cennifer Lopez özəl anın FOTOlarını paylaşdı
DİQQƏT: Sabah avtobusların hərəkət sxemi dəyişdiriləcək
Pandemiya barədə 2007-ci ildən xəbərdarlıq edilibmiş: “Saatlı bomba”… - FOTO
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Hikmətli sözlər
Ay Yerə YAXINLAŞIR
Cazibədar xanımlar üçün donlar
Selena Qomez filmə çəkilir - FOTO
Alsunun qızı 1 milyon qazandı-FOTO
Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər - RƏSMİ
Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
Kim harda gəldi siqaret çəkir
Hava haqqında
Günəşin enerjisi ilə dünya səyahətinə
Quraqlıq böyük bahalaşmaya səbəb olacaq
Bu telefonlarda Vatsap sabahdan işləməyəcək
"Eurovision 2019" bu gün başlayır
Onların da geyimləri var
"Rusiya müharibəni qızışdıracaq"
Prezident Mərkəzi Bankla bağlı sərəncam verdi
Dünyanın ən gözəl çimərlikləri
Sağlamlığımızı kimə etibar etməli?
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Ziyafət donları
Azərbaycan nümayəndələri Yerevana getməkdən imtina etdilər
“Ağıllı” radarlar gəlir
Çernobılda radiasiya yenidən 16 dəfə yüksəldi - VİDEO
Şah plov (foto resept)
Özünü bağışlamaq qorxunc xəstəlikdən qoruyur
Qatıq maskaları
"Sürpriz" (foto-resept)
Bu ölkədə 100-ə yaxın sakin müalicədən sonra yenidən koronavirusa yoluxdu
Nikolas Keycə iki kobra hücum etdi-FOTO
Allahın adlarını insana qoymaq olar?
Dünyanın ən gözəl qadını oldu - FOTO
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Saç düzümləri
Ən maraqlı "Şaxta baba" tortları
Trampın qızından ağılasığmaz addım
- ŞƏRHLƏR