Qoç
Tələsik,səbrsiz,düşünmədən qərar verən və heç bir şeydən qorxmayan,canlı rəngləri sevən Qoç qadınına şal,ensiklopedik kitablar, səyahət,alt paltarı, mətbəx vəsaitləri hədiyyə edə bilərsiniz. Bundan başqa, epilyasiya aləti, rəngli daşları olan boyunbağı, üzük, saç feni, manikür dəsti də onlar üçün uyğun hədiyyə alternativləridir.
Hərəkətli, azadlığına düşkün olan Qoç kişiləri isə avtomobil aksessuarları, mp3-pleyer, qəşəng bıçaq və çaxmaq, üzqırxan maşını, idman ayaqqabısı, idmanla məşğul olanlar üçün idman vəsaitləri, zərbəyə dayanıqlı olan qol saatı, küləkli havada belə yana bilən çaxmağa "yox" deyə bilməzlər.
Buğa
Buğaları hədiyyə cəhətdən məmnun etmək çətindir. Buna görə də onlar üçün hədiyyə kuponu uyğun bir alternativdir. Yemək yeməyi sevdikləri üçün keyfiyyətli bir qutu şokolad hər iki cinsi də çox xoşbəxt edəcək.
Xarici görünüşlərinə əhəmiyyət verən Buğa qadınlarına ipək şarf, şal, bədən yağları, gözəllik sabunu və kremləri, ətir, təkqaş üzük hədiyyə edilə bilər.
Rahatlıqdan zövq alan Buğa kişilərinə dəri pulqabı və çanta, yemək kitabları, ofis ləvazimatları, şərab dəsti və kreslo hədiyyə etmək onların marağına səbəb olacaq.
Əkizlər
Maraqlı, dəyişkən ruhlu, ağıllı, ictimai əlaqələri qüvvətli, hər cür yeniliyə açıq olan Əkizlərə hədiyyə seçərkən çətinlik çəkməyəcəksiniz.
Əkizlər bürcündən olan qadınlara kitablar, köynək, cib telefonu, miniatürlər, orjinal sırğa və boyunbağı, oxumağı çox sevdikləri üçün elmi və bioqrafik kitablar,
kişilərə isə şahmat və nərd dəsti,maket avtomobillər,idman köynəyi, qum saatı, play-station hədiyyə etmək onları çox xoşbəxt edəcək.
Xərçəng
Yaradıcı, sadiq, romantik xərçəng bürclərini məmnun etmək istəyirsinizsə, eviylə əlaqədar qəşəng hədiyyələr ala bilərsiniz…Həyatın hər detalını sevən və qəbul edən Xərçənglər xatirələrinə və analarına bağlı insanlardır. Sizin hədiyyəniz hətta bir qutu kibrit də olsa, nə qədər ürəkdən olduğunu hiss etsə, dünyanın ən xoşbəxt insanı olar.
Həssas Xərçəng qadını üçün romantik şamdan, alt paltarları, çimərlik geyimi, bir buket gül, inci boyunbağı, yemək etməyi sevdikləri üçün mətbəx vəsaitləri ən gözəl hədiyyədir.
Sevdiklərinə və evinə bağlı olan Xərçəng kişiləri üçünsə ikinizin şəklinizi qoya biləcəyi qəşəng çərçivə, proyeksiya sistemi, romantik DVD, şəkil albomu, maket gəmi seçim edə bilərsiniz.
Şir
Mülayim, mehriban, dürüst, özünə güvənən quruluşuyla diqqət çəkən Şir bürcündən olan insana hədiyyə seçərkən onun keyfiyyətli və dəbdəbəli olmasına diqqət yetirin.
Hər şeyin ən yaxşısını istəyən Şir qadını üçün təkqaş üzük, qızıl sancaq, qol saatı, orijinal ətirlər, dəri çanta, orjinal vaza, kristal aksesuarlar,
kişi üçün isə nərd və şahmat dəsti, külqabı, qol düymələri, qol saatı onlar üçün seçə biləcəyiniz ən gözəl hədiyyə olacaq.
Qız
Praktik və nizamlı, duyğularından çox məntiqlə hərəkət edən Qız bürcündən olanlar üçün seçəcəyiniz hədiyyələrin funksional olmasına diqqət edin. CD qutuları, vizitkalar üçün qab hər iki cinsin nümayəndələrinə hədiyyə edilə bilər.
Fiziki sağlamlığına düşkün olan Qız qadınları üçün dəri baxım və təmizlik məhsulları, çiçək qoxulu ətir, ayrıca antikvar əşyalar və heykəl,
mütaliəniı sevən Qız kişilərinə fərdi inkişafına istiqamətli kitablar, masa lampaları,qum saatı, kalkulyator uyğun hədiyyə alternativləridir.
Tərəzi
Zərif Tərəzilərə alınacaq hədiyyələrin zərif olmasına diqqət göstərilməlidir. Estetik həssaslığı çox inkişaf etmiş Tərəzilər tarazlıqlarını və bütün dünyanın tarazlığını qorumağa səy edər. Əlaqələr,dostluqlar,evlilik Tərəzi üçün çox əhəmiyyətlidir.
Gözəlliyinə düşkün Tərəzi qadınlarına qəşəng bir şal, keyfiyyətli makiyaj vəsaitləri, kremlər, epilyasiya aləti hədiyyə etmək onları çox sevindirəcək…
İctimai həyatı hərəkətli, musiqi dinləməyi sevən Tərəzi kişisinə kompüter, musiqi mərkəzi, mp3-pleyer, sevdiyi qrupun kaseti, antikvar əşyalar ala bilərsiniz.
Əqrəb
Ehtiraslı, dərin duyğuların adamı olan Əqrəb bürcünə sevginizi ifadə edə biləcək hədiyyələr seçməlisiniz.
Əqrəb qadınlarına qırmızı və ya qara rəngdə alt paltarıı, qızıl - brilyant üzük və boyunbağı, ipək şal, böyük şamlar, ətirlər hədiyyə edilə bilər.
Otağına düşkün Əqrəb kişiləri üçün isə masa saatı, gecə lampası, kamera, diktofon, dəri kəmər, sənəd çantası, qorxu filmləri və romanları, ovçuluğa düşkün olduqlarından balıq qarmaqlarını hədiyyə etmək onların xoşuna gələcək.
Oxatan
Zarafatcıl, şən Oxatan bürclərinə fərqli hədiyyələr seçməlisiniz.
Həyatı sevən Oxatan qadınını səyahət çantası, boyunbağı, bilərzik, gümüş şamdanlar, vaz, meyvə qoxulu ətirlər, heyvanları çox sevdikləri üçün kiçik bir pişik, ya da it balası və ya heyvanlarla əlaqədar aksesuarlar çox xoşbəxt edər.
Oxatan kişiləri isə kompas,sevdiyi komandanın aksesuarları,idman ayaqqabısı və paltarları, kompüter aksesuarlarına yox deyə bilməyəcəklər.
Oğlaq
Məsuliyyət sahibi, sadiq, intizamlı, ciddi Oğlaqlar üçün rahat hədiyyələr seçə bilərsiz.
İdeal olmağı sevən Oğlaq qadınına marka geyimləri, canlı bitkilər, taxta şəkil çərçivəsi, qızıl, ya da brilyant təkqaş üzük, boyunbağı, klassik kitablar, fotoalbom hədiyyə edə bilərsiz.
Keçmişə əhəmiyyət verən Oğlaq kişilərinin antikvar əşyalar, klassik musiqi CD-ləri, dəri pulqabı, dəri çanta, funksional qələm, şahmat dəsti, zamana çox əhəmiyyət verdikləri üçün divar saatı, qol saatı maraqlarını çəkəcəkdir.
Dolça
Müstəqil, intellektual, ağıllı Dolçalar üçün fərqli hədiyyələr tapmalısınız.
Son dərəcə müasir olan Dolça qadını üçün fotoaparat, mp3 pleyer, qəhvə və çayı çox sevdiklərindən çay və qəhvə maşınları, elektrikli su qızdırıcı ala bilərsiniz.
Dolça kişiləri üçünsə zəka oyunları, kompüter, kompüter aksesuarları, teleskop,elektrikli masaj döşəyi və yastığı, orjinal külqabılar zövqlərinə xitab edən ən yaxşı hədiyyə variantlarıdır.
Balıq
Romantik, həssas, hissləri güclü Balıqların gözəllik və estetik duyğuları çox inkişaf etmişdir.
Romantik Balıq qadınına ağ ipək gecə geyimi,alt paltar, duş sabunu, bədən losyonu, bədən kremləri, qoxulu şamlar, oyuncaqlar, ətir, mətbəx robotu, şirəçəkənı, bəzək-düzək, kiçik heykəllər ala bilərsiniz.
Musiqi və sənətə meylli olan Balıq kişilərini sevdiyi qrupun ya da solistin musiqi albomları, sənət kitabları, taxta gəmi maketi, üzqırxan maşın və losyon, printer xoşbəxt etməyə yetəcəkdir.
XƏBƏR LENTİ
Göbələk şorbası (foto-resept)
”Qanlı yanvar”ın yaradıcı heyəti Şəhidlər Xiyabanında
Geometrik sırğalar
Demet Özdemirin yeni sevgilisi O imiş-FOTO
Saç tökülməsinə qarşı məsləhətlər
Gürcüstan Prezidenti: “Qafqazda yeni era başlayır”
Profiterol (foto resept)
Yeni il süfrəsi üçün salat və qəlyanaltıların hazırlanması
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA
Azərbaycanda magistral yollarda son vəziyyət necədir?
Arzularını gerçəkləşdirən yaşlılar
Bu günün hava proqnozu
Baş nazir Gürcüstanda yaşayan müsəlmanları təbrik etdi
Kosmonavt pəhrizi
Paşinyan məğlub erməni ordusuna öz xalqı üzərində “qələbə şansı” verir
Xoşbəxtliyimizin açarı
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Oktyabr ayının qalibləri!
Xərçəngdən sağalan kişi koronavirusdan öldü - FOTO
Kompasın tarixi
Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub - FOTO
Kobud kişilərin oxumalı olduğu yazı
Müdriklər demişlər (3-cü hissə)
“Reuters” Qarabağa qayıtmaq arzusu ilə yaşayan həmvətənlərimizdən yazdı
HAVA necə olacaq?-21 noyabr
İnsan və fərd
Tatlısəsin qızından maraqlı ETİRAF
Banklar dollar kreditlərində bizi necə aldadır?
Fotoqraf Tracy Raverin işləri
Günün qoroskopu: Bədxərclik etməyin!
İran Prezidenti ölkənin nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir
2019-un ən yaxşı nişan şəkilləri
Doğum gününə görə xarakter (iyul)
Gözlərin rənginə görə uyğunluq testi
Günün ramazan təqvimi (29 iyun)
Müsəlmanlar üçün xüsusi telefon
Bunlardan xəbərsizik!
Ramiz Mirişlinin 80 illik yubileyi keçiriləcək
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Astmalı xəstələr üçün məsləhətlər
Hava haqqında - 18.03.2014
Ceyda Düvenciyə 130 minlik təzminat ödəndi-SƏBƏB
Günün qoroskopu: sizi çox çətin gün gözləyir
Bu əlamətlər xərçəngdən xəbər verir
Belinizi incə göstərən geyim təklifləri
150 evi olan aktyor
Bakıda ekspress xətt avtobuslarının fəaliyyəti dayandırılır - RƏSMİ
Statistika göstərir ki...
İnternet beynin qocalmasını ləngidir
HAVA necə olacaq?-17 dekabr
- ŞƏRHLƏR