Gündəlik həyatımızda hər zaman paltarı tamamlayan, imtina edə bilmədiyimiz aksessuarlar vardır. Onlar bizim zövqümüzü və şəxsiyyətimizi əks etdirərək bizi ələ verir. Ləl-cəvahiratlar bəzən bir xoşbəxtlik anının simvolu, bəzən çətin dövrlərdə həyatda qalmaq üçün bir dəstək olur. Ancaq onlara tək məna yükləmək asan deyil. Çox zaman bu cür əşyalarda məna axtarmaq yerinə, parıltının göz alıcılığına, görkəmin gözəlliyinə fikir veririk. Çılpaq gözlərlə baxdığımızda aksessuarlar ilk baxışda gözəlliyinizi əks etdirir. Bu səbəblə, bijüteriya seçimində diqqət yetirməyimiz lazım olan əhəmiyyətli məsləhətlər daha qəşəng və gözəl görünməyinizi təmin edəcəkdir.
Boyunbağı
Boynunuz enlidirsə - boyuna sıx yapışan, qalın boyunbağı səhv bir seçim olacaq. Diqqəti boyundan uzaqlaşdıracaq, sinə xəttinə qədər enən bir boyunbağı seçə bilərsiniz.
Boynunuz qısadırsa - sinə xəttinə enən boyunbağını seçin. Məsələn, bu yaz çox dəbdə olan uzun, mərcan daşlı boyunbağılar əsil sizin üçündür. Ya da boyunbağı yerinə yenə diqqəti boyundan uzaqlaşdıracaq bir broşu seçə bilərsiniz (broşu üzünüzə çox yaxın taxmamaq şərtilə).
İncə və uzun bir boynunuz varsa - hər cür boyunbağını gözəl bir şəkildə istifadə edə bilərsiniz, yenə də bədən böyüklüyünüzlə mütənasib olmasına diqqət yetirin.
Körpücük sümüklərinizin çox çıxıq olduğunu düşünürsünüzsə - çox muncuqlu boyunbağılarla həmin bölgəni gizlədə bilərsiniz.
Kökəm deyirsinizsə - yarı uzun və ya qısa zəncirlərdən istifadə edərək baxışları üzünüzə istiqamətləndirə bilərsiniz. Uzun, sallanan zəncirlərdən, böyük boyunbağılardan uzaq durmalısınız.
İri quruluşlusunuzsa - incə zəncirlər və kiçik boyunbağılardan; incəsinizsə - boğucu bir görünüşün qarşısını almaq üçün iri boyunbağılardan uzaq durun.
Üzüklər
Ziynət əşyaları arasında xüsusi bir yeri olan üzükləri seçərkən əl şəklinizi göz önündə saxlayın.
Güclü əl - burada nə çox kiçik, nə də çox iri olanlar istifadə edilməlidir.
Qısa əl - daşları uzununa yerləşdirilmiş, rəngləri arxa planda qalan üzüklər seçin. Beləcə əliniz daha uzun görüntü verə bilər.
Dolğun barmaqlar - parlaq rəngli, dəbdəbəli üzüklərdən uzaq olun və bir əldə birdən çox üzük taxmamağa diqqət yetirin.
İncə barmaqlı əllər - mümkün qədər böyük, dekorativ olaraq dizayn edilmiş üzüklər seçin.
Sırğalar
Sırğa seçimində nəzərdə tutmağımız lazım olan ən əhəmiyyətli məqam üz şəklimizdir.
Zərif üz - burada zərif sırğalar seçilməlidir.
Dolğun və ya geniş üz - burada uyğun olan güclü sırğalardır.
İncə üz - qulağa bağlı sırğalar seçilməlidir. Uzun sallanan sırğalardan uzaq olun. Bunlar üzün uzun görünüşünü daha da artırır.
Yumru üz - kiçik sırğalar uyğundur. Ancaq hər yumru xəttli üzə də sırğa yaraşmaya bilər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hamilə qadını işə qəbul edə bilmərik, rəhbərlik qoymur!
Bakıda 10 dərəcəyədək şaxta olacaq
Baş bəlası sızanaqlar
Günün qoroskopu: yaxşı tanımadığınız adamlara inanmağa dəyməz
Milanda moda həftəsi
Hande Erçeldən nümunəvi addım
Əhvalı yaxşılaşdıran idmanlar
“O səs Türkiyə 2018" - İlk FOTO
Məşhur aktrisa yaddaşını sildirəcək-SƏBƏB
Vitaminsiz ömür: norma və anormallıq
İdeal xarici görünüş yoxdur!
Azərbaycanda elektron ticarətin həcmi artdı
Yatmış gözəl pəhrizi
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Dişlərinizin gözəl olması üçün 10 qayda
Ərdoğan Putinə məktub göndərdi
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Həyatın içindən
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
Məktəblilər üçün türkdilli ölkələrin ortaq kitabları hazırlanacaq
Rəngarəng qablar
İmmuniteti gücləndirən içkilər
Tilsimləyən tortlar
Lavaşarası sosiska (foto resept)
Saçqıranlar üçün banan maskası
Sılanın hansı səbəbdən döyülməsi ilə bağlı İDDİALAR
İnternetin keyfiyyəti artacaq
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
Planetin ən yüksək nöqtəsi deşilir
Arıqlamaq üçün məşhur sirri
Zebra keks (foto resept)
Hava haqqında
Çimərlik geyiminin tarixi
Güclü yağış Gəncədə 12 evi uçurdu
Fəaliyyətini bərpa edən metrodan istifadə qaydaları açıqlandı
Jaket necə geyinilməlidir?
Gürcüstan-Tbilisi (6)
Bu həftəsonu 5 gün iş olmayacaq
Megan Marklenin səyahət geyimləri
Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu
Kişi ginekoloqdan SENSASİYALI SÖZLƏR
Xəyalə Muradın yeni kitabı nəşr olundu!-FOTO
Uşağın qüsurlu və şikəst doğulmasına səbəb olan amillər
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Müddətli həqiqi hərbi xidmətə çağırılanların nəzərinə - VİDEO
Fərqli, yeni Alpina B4
Pəhriz salatı (foto resept)
Kartoflu rus salatı (foto-resept)
Hər kəsin rahibə bildiyi şəxs əslində....
- ŞƏRHLƏR