Qadin.NET / Aksessuar seçimində nələrə diqqət edilməlidir

Aksessuar seçimində nələrə diqqət edilməlidir

Gündəlik həyatımızda hər zaman paltarı tamamlayan, imtina edə bilmədiyimiz aksessuarlar vardır. Onlar bizim zövqümüzü və şəxsiyyətimizi əks etdirərək bizi ələ verir. Ləl-cəvahiratlar bəzən bir xoşbəxtlik anının simvolu, bəzən çətin dövrlərdə həyatda qalmaq üçün bir dəstək olur. Ancaq onlara tək məna yükləmək asan deyil. Çox zaman bu cür əşyalarda məna axtarmaq yerinə, parıltının göz alıcılığına, görkəmin gözəlliyinə fikir veririk. Çılpaq gözlərlə baxdığımızda aksessuarlar ilk baxışda gözəlliyinizi əks etdirir. Bu səbəblə, bijüteriya seçimində diqqət yetirməyimiz lazım olan əhəmiyyətli məsləhətlər daha qəşəng və gözəl görünməyinizi təmin edəcəkdir.

Aksessuar seçimində nələrə diqqət edilməlidir

Boyunbağı

Boynunuz enlidirsə - boyuna sıx yapışan, qalın boyunbağı səhv bir seçim olacaq. Diqqəti boyundan uzaqlaşdıracaq, sinə xəttinə qədər enən bir boyunbağı seçə bilərsiniz.

Boynunuz qısadırsa - sinə xəttinə enən boyunbağını seçin. Məsələn, bu yaz çox dəbdə olan uzun, mərcan daşlı boyunbağılar əsil sizin üçündür. Ya da boyunbağı yerinə yenə diqqəti boyundan uzaqlaşdıracaq bir broşu seçə bilərsiniz (broşu üzünüzə çox yaxın taxmamaq şərtilə).

İncə və uzun bir boynunuz varsa - hər cür boyunbağını gözəl bir şəkildə istifadə edə bilərsiniz, yenə də bədən böyüklüyünüzlə mütənasib olmasına diqqət yetirin.

Körpücük sümüklərinizin çox çıxıq olduğunu düşünürsünüzsə - çox muncuqlu boyunbağılarla həmin bölgəni gizlədə bilərsiniz.

Kökəm deyirsinizsə - yarı uzun və ya qısa zəncirlərdən istifadə edərək baxışları üzünüzə istiqamətləndirə bilərsiniz. Uzun, sallanan zəncirlərdən, böyük boyunbağılardan uzaq durmalısınız.

İri quruluşlusunuzsa - incə zəncirlər və kiçik boyunbağılardan; incəsinizsə - boğucu bir görünüşün qarşısını almaq üçün iri boyunbağılardan uzaq durun.

Aksessuar seçimində nələrə diqqət edilməlidir

Üzüklər

Ziynət əşyaları arasında xüsusi bir yeri olan üzükləri seçərkən əl şəklinizi göz önündə saxlayın.

Güclü əl - burada nə çox kiçik, nə də çox iri olanlar istifadə edilməlidir.

Qısa əl - daşları uzununa yerləşdirilmiş, rəngləri arxa planda qalan üzüklər seçin. Beləcə əliniz daha uzun görüntü verə bilər.

Dolğun barmaqlar - parlaq rəngli, dəbdəbəli üzüklərdən uzaq olun və bir əldə birdən çox üzük taxmamağa diqqət yetirin.

İncə barmaqlı əllər - mümkün qədər böyük, dekorativ olaraq dizayn edilmiş üzüklər seçin.

Aksessuar seçimində nələrə diqqət edilməlidir

Sırğalar

Sırğa seçimində nəzərdə tutmağımız lazım olan ən əhəmiyyətli məqam üz şəklimizdir.

Zərif üz - burada zərif sırğalar seçilməlidir.

Dolğun və ya geniş üz - burada uyğun olan güclü sırğalardır.

İncə üz - qulağa bağlı sırğalar seçilməlidir. Uzun sallanan sırğalardan uzaq olun. Bunlar üzün uzun görünüşünü daha da artırır.

Yumru üz - kiçik sırğalar uyğundur. Ancaq hər yumru xəttli üzə də sırğa yaraşmaya bilər.

15 fevral 2014
GO BACK