Qarğış qara bulud və tüstü kimi ağızdan çıxıb şar tək yuvarlanaraq, qarğış edənin başı üstündə fırlanır. Bir qədərdən sonra iki yerə bölünür. Yarısı qarğış edənin öz başına tökülür, yarısı da havada fırlanır. Beləliklə, qarğış havada o qədər fırlanır, bölünür, qarğış edənin öz başına tökülür ki, havada zərrə qədər qalır. Əgər qarğış olunan şəxsin bu sahədə təqsiri varsa, yalnız o zərrə tökülür onun başına, əgər təqsiri yoxdursa, onda o zərrə də qarğış edənin öz başına tökülür. Çünki qarğışın ilk təsiri onu ilk eşidənə və yaxında olana keçir. Qarğış edənin nifrin nəfəsi ağzından çıxır, ətrafını dövr edib, öz nəfəsinə girir, öz bədəninə hopur. Necə ki atalar deyiblər: "Ağzından çıxır, qoynuna tökülür". Qarğış bədən üzvlərinə və ruha təsir edib, xətər yetirir. Alqış isə şəfa verici təsir göstərir. Alqışın da, qarğışın da, müəyyən təsir edici qüvvəsi var. İnsan qəzəblənəndə nifrin qarğış yağdırır, fəqət düşünmür ki, qarğışın gücü gerçək gücə malikdir. Elektirik cərəyan qüvvəsi yandırıcı, amansız qüvvə, qarğış, yalan, böhtan, qiybət də təcili cəza verən amansız qüvvədir. Od parçanı sürətlə yandırdığı kimi, bu qüvvələr də insana təcili cəza verərək yandırır. Məhz buna görə də insan danışıq və davranışına o qədər ciddi və diqqətli olmalıdır ki, bu odlardan özünü və balasını qoruya bilsin.
Qara bulud havada yayılıb gəzdiyi kimi, qarğış da insanın bütün bədən üzvlərinə yayılıb, zədələyə-zədələyə gəzir, cürbəcür ağrı-acı iztirabları törədir. Bu acı iztirablar qarğış edənin özündə, balasında göz yaşı axıdaraq, çətinlik və xəstəliklərə məruz qoyur. Bəzi insanlar yalan, qarğış, böhtan, qiybətin yandırıcı hikmətindən xəbərsiz olduqları üçün, bu odların hamısını dilinə gətirib danışır, özünü və balasını yandırır. İnsanlar bu odların bir-birinə bağlı olduqlarından xəbərsizdilər. Yalan, böhtan, qiybət, qarğış bir-birilə bağlı olduqlaı üçün bunların hansını dilə gətirsən, hamısını gətirməli olursan. Torpaqda bitkilər, insan orqanizmində uşaq yetişdiyi kimi bu odlarda insan həyatında hadisələr törədib bəla yetişdirir. Yer kürəsindən böyük yalan, asimandan böyük böhtan, bunlardan da böyük qiybət və qarğış kimi, bu odlu günahları kim üzərinə gətirib ölərsə, o şəxs cəhənnəm əhli olar. Lakin mehriban Allah bəndəsinə rəhm edib, cəhənnəm əzabını bu dünya əzabı ilə dəyişir, ona bu dünyada cəza verir. Bu dünyada çəkdiyi cəzaya görə cəhənnəm odundan xilas olur.
Ey insanlar, bu odlu günahlardan uzaq olun və bu gunahların başqalarının da etməyinə səbəb olmayın, çünki bu günahları edənə də etdirənə də günah payı düşür. İnsanlar bir-biri ilə ilə küsülü və qəzəbli olanda şeytan ləin sevinir və qüvvələnir, xoş rəftar və dost olanda isə şəytan ləin məyus olub beli bükülür. Allahı tanıyıb inanan kamil insan Allahın xatirinə, Allahın məxluquna pislik diləməz, çünki düşüncəli şəxslər bilir ki, bəndə Allaha necə əzizdir. Kim Allahın bəndəsinə pislik diləyərsə, Allaha diləmiş olur. Ananın gözünün qabağında balasına qəsd edilib, zülm edəndə aha necə iztirab keçirdib sızıldayirsa, Allah-təalada bəndəsinə o cür sızıldayır. İnsanlar bir-birinə bu zülümləri edəndə fikirləşsinlər ki, kimin yaratdığını incidirlər. Ona görə də əzizlərim, heç kimə heç vaxt pislik arzulayıb özümüzü və ailəmizi təhlükəyə atıb sonunda da aci çəkməyək. Uca Rəbbim bilir kimə nə vaxt hansı cəzanı verəcək. Allah qorusun hamımızı, Amin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yeni kraldan şok qərar
DİN: 21:00-dan sonra yaşayış ünvanı tərk edilməməlidir
Azərbaycan faunasında ilk dəfə 2 yeni balıq növü aşkarlanıb
Ərdoğan: "Türkiyə Misirə çevrilə bilərdi"
Uşaqları televizordan necə uzaq tutmalı?
Şokoladlı truffle (foto resept)
Sabah güclü külək olacaq
Quru dərilər üçün darçın
Azərbaycanda son iki ildə qoyulan ən məşhur adlarla bağlı rəsmi açıqlama
Məşhur aktyor ata oldu
Rəsm əsəri kimi tortlar
Badamcıq əməliyyatı
Model pişiyinə döymə etdirdi - FOTO
Nəhəng dovşanlar Bakıda
Saçın gözəlliyə təsirini göstərən şəkillər
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
"Binada yanğın yalnız bir nöqtədə başlayıb"
Həqiqi ətri saxta ətirdən ayırmağın sadə yolları
İnsanı tanımağın ən rahat yolu...
Aleyna dedi-qodulara son qoyan açıqlama verdi-FOTO
Azərbaycan və Türkiyə ordusu Ermənistan sərhədinə toplandı
Pişik və it balalarının dükanlarda satışı qadağan olunur
Kakaolu piroq (foto resept)
Adriana Braziliyaya dəstək çıxdı-FOTO
O yaşda beyin duru
Günün qoroskopu: hədiyyə alacaqsınız
Pəhriz zamanı yol verilən yanlışlıqlar
Balıqlı yuvacıqlar(foto resept)
"Miss Brazil-2019" seçildi-FOTO
Vücudumuz haqqında 10 həqiqət
Disney qəhrəmanları görmədiyiniz tərzdə
Sabahın HAVAsı
Günün ulduz falı
Dərmanların qarışdırılması ölümə aparır
"Bizim Qadin.netlilər" serialı (2-ci bölüm)
Qadınlarda menopauza və müalicəsi
İstedadlı uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbulu vaxtı açıqlandı
Yeni trend: Çirkin"derby" ayaqqabıları
Cütlük qızlarına heç kimdə olmayan adı verəcək
Pensiyada yeni sistem
Fəxriyyə Xələfova ilin dəbdə olan rəngləri haqda
Dünya çempionatı üçün top kosmosdan gətiriləcək - VİDEO
Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü
Diş ağrısına darçın, limon duzu çarədirmi?
Cüneyt Arkından Türkan Şoray etirafı
Telefonla bağlı ÖDƏNİŞ SİSTEMİ dəyişir
Anzak peçenyesi (foto resept)
"Sahil" stansiyasının bağlanacağı vaxt açıqlandı: 10 ay işləməyəcək
Burakla Dilan Çiçək Dənizin yeni serialından ilk FOTOlar
Fevral Gürcüstanda “Xocalı ayı” elan olunub
- ŞƏRHLƏR