Qadin.NET / Qarğış nədır?

Qarğış nədır?

Qarğış nədır?

Qarğış qara bulud və tüstü kimi ağızdan çıxıb şar tək yuvarlanaraq, qarğış edənin başı üstündə fırlanır. Bir qədərdən sonra iki yerə bölünür. Yarısı qarğış edənin öz başına tökülür, yarısı da havada fırlanır. Beləliklə, qarğış havada o qədər fırlanır, bölünür, qarğış edənin öz başına tökülür ki, havada zərrə qədər qalır. Əgər qarğış olunan şəxsin bu sahədə təqsiri varsa, yalnız o zərrə tökülür onun başına, əgər təqsiri yoxdursa, onda o zərrə də qarğış edənin öz başına tökülür. Çünki qarğışın ilk təsiri onu ilk eşidənə və yaxında olana keçir. Qarğış edənin nifrin nəfəsi ağzından çıxır, ətrafını dövr edib, öz nəfəsinə girir, öz bədəninə hopur. Necə ki atalar deyiblər: "Ağzından çıxır, qoynuna tökülür". Qarğış bədən üzvlərinə və ruha təsir edib, xətər yetirir. Alqış isə şəfa verici təsir göstərir. Alqışın da, qarğışın da, müəyyən təsir edici qüvvəsi var. İnsan qəzəblənəndə nifrin qarğış yağdırır, fəqət düşünmür ki, qarğışın gücü gerçək gücə malikdir. Elektirik cərəyan qüvvəsi yandırıcı, amansız qüvvə, qarğış, yalan, böhtan, qiybət də təcili cəza verən amansız qüvvədir. Od parçanı sürətlə yandırdığı kimi, bu qüvvələr də insana təcili cəza verərək yandırır. Məhz buna görə də insan danışıq və davranışına  o qədər ciddi və diqqətli olmalıdır ki, bu odlardan özünü və balasını qoruya bilsin.

Qarğış nədır?

Qara bulud havada yayılıb gəzdiyi kimi, qarğış da insanın bütün bədən üzvlərinə yayılıb, zədələyə-zədələyə gəzir, cürbəcür ağrı-acı iztirabları törədir. Bu acı iztirablar qarğış edənin özündə, balasında göz yaşı axıdaraq, çətinlik və xəstəliklərə məruz qoyur. Bəzi insanlar yalan, qarğış, böhtan, qiybətin yandırıcı hikmətindən xəbərsiz olduqları üçün, bu odların hamısını dilinə gətirib danışır, özünü və balasını yandırır. İnsanlar bu odların bir-birinə bağlı olduqlarından xəbərsizdilər. Yalan, böhtan, qiybət, qarğış bir-birilə bağlı olduqlaı üçün bunların hansını dilə gətirsən, hamısını gətirməli olursan. Torpaqda bitkilər, insan orqanizmində uşaq yetişdiyi kimi bu odlarda insan həyatında hadisələr törədib bəla yetişdirir. Yer kürəsindən böyük yalan, asimandan böyük böhtan, bunlardan da böyük qiybət və qarğış kimi, bu odlu günahları kim üzərinə gətirib ölərsə, o şəxs cəhənnəm əhli olar. Lakin mehriban Allah bəndəsinə rəhm edib, cəhənnəm əzabını bu dünya əzabı ilə dəyişir, ona bu dünyada cəza verir. Bu dünyada çəkdiyi cəzaya görə cəhənnəm odundan xilas olur.

Qarğış nədır?

Ey insanlar, bu odlu günahlardan uzaq olun və bu gunahların başqalarının da etməyinə səbəb olmayın, çünki bu günahları edənə də etdirənə də günah payı düşür. İnsanlar bir-biri ilə ilə küsülü və qəzəbli olanda şeytan ləin sevinir və qüvvələnir, xoş rəftar və dost olanda isə şəytan ləin məyus olub beli bükülür. Allahı tanıyıb inanan kamil insan Allahın xatirinə, Allahın məxluquna pislik diləməz, çünki düşüncəli şəxslər bilir ki, bəndə Allaha necə əzizdir. Kim Allahın bəndəsinə pislik diləyərsə, Allaha diləmiş olur. Ananın gözünün qabağında balasına qəsd edilib, zülm edəndə aha necə iztirab keçirdib sızıldayirsa, Allah-təalada bəndəsinə o cür sızıldayır. İnsanlar bir-birinə bu zülümləri edəndə fikirləşsinlər ki, kimin yaratdığını incidirlər. Ona görə də əzizlərim, heç kimə heç vaxt pislik arzulayıb özümüzü və ailəmizi təhlükəyə atıb sonunda da aci çəkməyək. Uca Rəbbim bilir kimə nə vaxt hansı cəzanı verəcək. Allah qorusun hamımızı, Amin.

26 aprel 2016
GO BACK