Qiyamət günü nə vaxt olacaqdır? - deyə soruşanlar üçün günəşlə ay bitişəcəyi, göy qatlanıb büküləcəyi, dağlar didilmiş yun kimi olacağı, gözlər bərələcəyi, uşaqlar ağsaqqal ahıla dönəcəkləri, dənizlər od tutub alışacağı gün qiyamət qopacaqdır. Nədir Qiyamət? Axı sən haradan biləsən ki, nədir Qiyamət. Həmin gün heç kim, heç kimin karına gəlməyəcəkdir. Nə ana bala axtaracaq, nə də bala ana axtaracaqdır. O gün hökm ancaq Allahındır. Elə ki, sur çalındı o gün çox ağır gün olacaqdır, kafirlər üçün asan olmaycaqdır, onlar ayələri yalan saydılar, haqq hesab gününə inanmadılar. Vay halına çəkidə və ölçüdə aldadanların halına.Məgər onlar öləndən onra diriləcəklərini düşünmürdülərmi? Həm də dəhşətli bir gündə. İnsanlar bir damla nütfədən yaradıldığı kimi onları yenidən diriltmək də onun kimi asandır. Allah hər şeyə qadirdir. Yalnız bir dəfə “ol” deyəcəkdir. Birinci sur çalındıqdan sonra Yer üzündə heç bir canlı qalmayacaqdır. 40 ildən sonra ikinci sur çalınacaq və torpağın altı üstə çevriləcək və insanlar dirildiləcəkdir. Haqq tərəzisi qoyulacaqdır.
İnsanların əməl dəftəri tərəziyə qoyulacaqdır. Vay halına əməl dəftəri arxa tərəfdən sol əlinə verilənlərin. Onların üzü qaralacaqdır. Kaş torpaq olaydıq deyəcəklər. Onlar cəhənnəm əhlidirlər. Onlara orada qaynar su, irin içirdiləcəkdir, yeməyi zəhərdən acı zəridən başqa bir şey olmayacaqdır. Onlar “Kaş ki, mən əvvəlcədən axirət həyatım üçün yaxşı əməllər edəydim” deyəcəklər. Amma faydası olmayacaqdır. Vay o namaz qılanın halına ki, namazı səhlənkarlıq üzündən vaxtlı – vaxtında qılmasınlar, zəkat verməni qadağan etsinlər. Elə isə “Quranı” oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl bir borc verin. Özünüz üçün dünyda nə yaxşı iş görsəniz , Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Cəhənnəmdəkilər orada sonsuza kimi qalacaqlar. Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir – birinə qaş , göz edirdilər. Möminləri gördükdə: “Doğrusu bunlar haqq yoldan azanlardır!” deyirdilər. Halbuki möminlərə nəzarətçi göndərilməmişdir. Bu gün isə möminlər kafirlərə güləcəkdir. Onlar taxtlar üstündə əyləşib baxacaqlar ki, görsünlər kafirlər öz əməllərinin cəzasını aldılarmı? Əlbəttə alacaqlar. Ölüm sizi haqlamamış Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir.
Kimin əməl dəftəri sağ əlinə verilmişsə, üzü sevincdən parlayacaqdır. Hamıya göstərəcəklər ki, bizim əməl dəftərimiz sağ əlimizə verilmişdir. Onlar Cənnətdə taxtlara söykənəcək, orada nə günəş, nə də sərt soyuq görəcəklər. Cənnət ağaclarının kölgəsi üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. Cənnətdəki xidmətçilər onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Onlara orada zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir. Orada hara baxsan nemət və böyük bir mülk görərsən. Cənnət əhlinin əyinlərində taftadan və atlasdan yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirəcəkdir. Onlara belə deyiləcək: ”Bu, sizin dünyada etdiyiniz yaxşı əməllərə görə mükafatınızdır. Zəhmətiniz məqbuldur”.
Cənnətdəkilər orda heç bir boş söz (lağlağı), nə də ki yalan eşitməyəcək. Qiyamət günü Allah-Təala mömin kimsəyə belə buyuracaqdır: ”Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! Dön Rəbbinə. Sən ondan razı olardın, O da səndən! (Əməlisaleh) bəndələrin zümrəsinə daxil ol! Cənnətimə varid ol!”
İman gətirib yaxşı əməllər edən kimsələri ağacları altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur!
Ey insanlar! O gün mütləq olacaqdır. Pis əməl edəndə Allahdan qorxun, namaz qılın, zəkat verin. Allah hər şeyi görəndir. Bu dünyada əməl var, hesabat yox, axirətdə isə hesabat var, əməl yox. Ölüm sizi haqlamamış savab işlərinizi artırın, Allahı çoxlu zikr edin, “La ilahə illəlah, Muhəmmədən rəsululah” kəlməsini dilinizdən əskik etməyin. “Quran”dakı düz yola gəlin ki, bəlkə nicat tapasınız. Allah mərhəmətlilərin ən mərhəmətlisidir.
XƏBƏR LENTİ
Ben Afflek müalicə olunacaq-FOTO
Azərbaycanda 36 üçəm doğulub
Arıqlamaq istəyənlər bu xəbəri oxusun. Su dietası.
Hansı duyğu hansı xəstəliyə səbəb olur?
Dəfnə yarpağının faydaları haqda.
Günün ulduz falı - 19.01.2014
Vyetnam Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirdi
Məzhəkələr
Son qərar ölkədə qiymət artımına səbəb olacaq?
Bu gün Siyavuş Aslanın doğum günüdür
Kıvanç Tatlıtuğ Bodrumda dincəlir-FOTO
Vüqar Həşimova həsr olunan şahmat turniri başladı
Çağatay Ulusoy yeni filmə çəkilir
Günün ulduz falı
Xəzərin sahilləri qırmızı rəngə boyandı - SƏBƏB
Neft rekord həddə ucuzlaşır
Düşmənin minaatan bölməsini, şəxsi heyət və texnikasını məhv edən hərbçimizi tanıyaq - VİDEO
Xoşbəxtlik an deyil, anlayışdır
Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
Bulvara qənim kəsilənlərə XƏBƏRDARLIQ
Gülüş-1
Cütlük 8 milyona villa alır
"Deyirlər məhəbbət xariqələr yaradır..."
Silvester Stalonenin Görünüşü fanatlarını Qorxutdu - VİDEO
Göbələk xəstəliyinin müalicəsi
Üz dərinizin qeydinə qalın
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub
Azərbaycanda 5G texnologiyası tətbiq olunmur - RƏSMİ
Metaldan hazırlanmış heykəllər
"Çaxoxbili" - Gürcü mətbəxi (foto resept)
Nə üçün yeməkdən sonra yatmaq olmaz?
Kartof qəlyanaltısı (foto resept)
Geyimlərin tarixi haqqında (1)
FHN-in 15 illiyi yubiley medalı təsis edilib
Onlara Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Vanqanın 2020-ci il PROQNOZU
Dünyanın nadir at cinslərindən olan Dilbaz atları Ağstafada
Qadınların kişilərdən daha üstün olduğu 13 əhəmiyyətli mövzu
İngilis dili-Gg (2)
Kəs və yapışdır-28
Məşhurlar və anaları
Hava yağmursuz olacaq
Müstəqillik də bu bəladan qurtarmadı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Britaniyanın ən yaşlı sakini 113 yaşında vəfat etdi
Bu bitkiləri evdə saxlamayın
Kabak qızartması (foto resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-36
- ŞƏRHLƏR