İslam Peyğəmbəri Hz. Məhəmməd (s. a. a) in Ramazan ayı yaxınlaşdığında səhabələrinə xitab olaraq tövsiyə etdikləri xütbələri.
"Ey İnsanlar! Şübhəsiz Allahın ayı bərəkət, rəhmət və bağışlama ilə sizə doğru gəlməkdə, o elə bir ay ki Allah qatında ən üstün aydır. Bu ayın günləri günlərin, gecələri gecələrin və saatları da saatların ən fəzilətlisidir. Allah bu ayda sizi öz ziyafətinə dəvət edərək, sizlərə dəyər vermişdir. Nəfəsləriniz zikr, yuxularınız ibadət, əməlləriniz məqbul və dualarınız qəbul edilmişdir. Elə isə doğru niyyət və təmiz bir ürəklə Allaha dua edin ki, sizi bu ayın orucunu tutmağa və onda Quran oxumağa müvəffəq etsin. Şübhəsiz xalqın ən pisi bu ayda bağışlanmayanlardır. Bu oruc ayında aclıq və susuzluqla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın. Kasıb və miskinlərə kömək edin, böyüklərə hörmətli, kiçiklərə sevimli olun, qohumlarınızla əlaqənizi qoruyun, dilinizi gözünüzü və qulaqlarınızı haramdan çəkindirin. Əgər yetimlərinizə şəfqətli davranılmasını istəyirsinizsə, sizdə başqasının yetiminə yaxşı davranın. Günahlarınızdan peşman olub tövbə edin. Namaz vaxtlarında dua etməyi unutmayın çünki o zamanlar ən fəzilətli vaxtdır. Allah qullarına rəhmət gözüylə baxar, dua edib onu çağırdıqlarında razılıq edər.
Ey İnsanlar! Canlarınız, əməlləriniz əlində girovdur, onları istiğfar edərək qurtarın, çiyinləriniz günahlarınızla ağırlaşmışdır, uzun səcdələr edərək onları yüngülləşdirin.
Ey insanlar! Kim bu ayda mömin bir orucluya iftar versə sanki Allah qatında bir kölə azad buraxmışdır və Allah onun keçmiş günahlarını da bağışlayacaq. Səhabələrdən biri: "Ey Allahın Rəsulu! Hamımızın buna gücü yoxdur." dəyincə, Rəsulullah belə buyurdu: "Cəhənnəmdən özünüzü çəkindirin, bir xurmayla da olsa, bir içim su ilə olsa belə cəhənnəm atəşindən qorunmağa çalışın."
Ey İnsanlar! Kim bu ayda əlinin altında olanlara asanlıq təmin edər və işlərini yüngülləşdirsə Allah da onun hesablarını asanlaşdırar. Kim bu ayda başqalarına pislik etməkdən özünü qorusa Allah da görüşmə günündə ona qarşı qəzəbinin qarşısını alar. Kim bu ayda bir yetimə yardım etsə, Allah özünə qovuşduğunda ona yardım edər Bu ayda yaxınlarına sileyi rəhmdə (qohumları ziyarət) olan kimsəyə Allah mərhəmət edər. Əlaqəsini kəsən kimsəni də qiyamət günündə öz rəhmətindən məhrum edər. Bu ayda kim bir müstəhəb namaz qılsa Allah onun cəhənnəmdən xilas olduğunu yazar, fərz namaz qılan birinə isə sanki digər aylarda yetmiş namaz qılmış kimi savab verər. Kim bu ayda mənə salavat salam göndərsə, tərəzilərin yüngül olduğu zamanda onun əməl tərəzisi ağırlaşar. Bu ayda Qurandan bir ayə oxuyan kimsə digər aylarda bir Quran xətmetmə savabını alar.
Ey İnsanlar! Cənnət qapıları bu ayda üzünüzə açılmışdır. Rəbbinizdən istəyin ki, üzünüzə bağlamasın. Cəhənnəm qapıları bağlıdır, istəyin ki, üzünüzə açmasın. Şeytanlar isə, zəncirə vurulmuşdur. Rəbbinizdən diləyin ki, onları sizə müsəllət etməsin. Əməril Möminin Əli (ə.s) buyurur: "Ayağa qalxdım və dedim ki: Ey Allahın Elçisi! Bu ayda ən fəzilətli əməl hansıdır?" Cavab olaraq buyurdular: "Ən gözəl əməl insanın özünü haramdan qorumasıdır."
XƏBƏR LENTİ
Yeni məlumat rekordu vuruldu
Əsl fədakarlıq bax, budur...
Qadınalrımız möcüzə edə biləcəklərmi?
Azərbaycanda eşitməyənlər: onları kim eşidəcək?
Şüar yazılı çantalar
Sürmə çəkməyin asan üsulları
Ətirlər haqqında məlumat(1)
Türkiyə Müdafiə Nazirliyi: “Qarabağda minalardan təmizlənmə işləri davam edir”
Fotosunu yarım milyon insan bəyəndi - FOTO
Atasay
Putinin bitməyən erməni sevgisi
“Facebook” nələri silir?
100 milyon TripAdvisor-u seçdi
Kukla teatrında “O olmasın, bu olsun”
Cüneyt Arkın qızından və nəvəsindən imtina etdi - SƏBƏB
"Süd çörək" (foto-resept)
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Arıqlamağa kömək edən yağlar
Köhnə pianodan xəzinə çıxdı
Körpəyə qulluqda edilən səhvlər
Rihanna fantastik qiymətə ev kirayələdi - FOTO
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Şirin pizza (foto resept)
Gözəllik ondur,doqquzu dondur
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Ermənilər ATƏT-i də atəşə tutdular
Dəri ləkələri üçün cəfəri maskası
10 min dollarlıq ayaqqabı su qiymətinə satıldı
Süni mayalanmada ictimai qınağı necə sındırmalı?
İranla AEBA arasında nüvə danışıqları başladı
Qatarda heyvan daşımaq olar?
Bu tip kişilərə diqqət!
Havalar soyuyan kimi niyə qaz problemi yaranır?
Amerikalı ukraynalı jurnalisti canlı yayımda qorxutdu - VİDEO
Aslı Enverin adı ƏSLİNDƏ
“Caliber”: Azərbaycan Ordusu Ağdərə istiqamətində fəallaşıb - VİDEO
Bəhram Bağırzadədən daha bir FOTO
Dünya onların gözündən baxın
Bakıdan Ohanyanın müharibə iddiasına cavab
Ağız sağlığını qoruyan 10 məsləhət
Bayramqabağı bazarlarda qiymət
İnsan möcüzəsi:Kirpik
Hadisələrə baxış tərzimiz
Məşhur aktrisa hər kəsin rəğbətini qazandı-FOTO
Məşhur aktyor 60 kq arıqladı-FOTO
10 min dollarlıq yeək sifarişi ilə diqqət çəkdi
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Kosmosda şəffaf qalaktika kəşf olundu
İki məşhur sevgili oldu
- ŞƏRHLƏR