Peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.s) bəsləmiş sevgi onun şəxsiylə məhdud qalmamış, onun yaxınlarına, yaşadığı yerlərə və istifadə etdiyi əşyalara qədər bu sevgi geniş tutulmuşdur. Hz. Peyğəmbərin əşyası, vəfatından sonra dört xəlifə və səhabələr tərəfindən mühafizə edilmiş, sonra Əməvi və Abbasi irəli gələnləri Hz. Peyğəmbərdən, dört xəlifədən və digər İslam böyüklərindən qalan xatirələri qorumuşlar.
Yavuz Sultan Səlim 1517-ci ildə Misiri fəth edərək xəlifəliyini götürdüyündən bu əmanətlər də Osmanlı dövlətinə intiqal etmişdir. Bu əmanətlərin böyük bir qisimi, xilafəti Yavuz Sultan Səlimə təhvil verən 3-cü Mütəvəkkil ilə Qahirəyə qədər gələrək Məkkə və Mədinənin açarını təslim edən Məkkə şərifi Ebu-Bərəkatın oğlu əmr Əbu Numey tərəfindən gətirilmişdir. Bu əmanətlərin İstanbula gətirilişi yalnız Yavuz Səlim dövrüylə (1512-1520) məhdud qalmamış, bu çox qiymətli kolleksiyaya daha sonrakı əsrlərdə çeşitli vəsilə və vasitələrlə bir çox yeni əsər qazandırılmışdır. Günümüzə qədər də böyük bir diqqətlə qorunan bu əsərlər bugün Topqapı Sarayında, Jileti Səadət Dairəsində mühafizə edilməkdədir.
Bu əmanətlərdən bəziləri bunlardır:
Əba-i Səadət: İstanbulda iki ədəd əbai-i şərif vardır. 1-ci Hz. Peyğəmbərin səhabələrindən şair Kab b. Züheyrə hədiyyə etdiyi 124 sm. boyunda geniş qollu, krem rəngində yön astarlı bir əba. Əba bugün Topqapı Sarayında sərgilənməkdədir. Əba Sultan Əbdüləziz tərəfindən etdirilən iç-içə iki qızıl sandıqda, qızıl sarmalı yeddi ipək məxmər parçadan ibarət olan boxçalara sarılı olaraq qorunmaqdadır. Zamanla bəzən xarab olmuş olan əbanı sağ ön tərəfində 0.23x0.30 sm bir parça ilə sağ qolunda əskik bir qisim vardır. Əba 630 ilində Hz. Peyğəmbərin hüzurunda ənsar və mühacirlərdən ibarət olan əhali birlikdə İslamı qəbul edən Kab b. Züheyrə orada oxuduğu müdətdə bunu şəxsən Hz. Peyğəmbər tərəfindən geydirilmək surətiylə hədiyyə edilmişdir. Bu səbəblə şair daha sonra "Kasidətül Bürdə" adıyla məşhur olmuşdur.
Müaviyə əbanı 10.000 dirhəm gümüş qarşılığında almaq istəsə də, Kab buna razı olmamışdır. Kabın vəfatından sonra Müaviyə tərəfindən Kabın varislərindən 20.000 dirhəm qarşılığında satın alınan əba Əməvilər və Abbasilər zamanında xəlifələr tərəfindən qorunmuşdur.
Hz. Peyğəmbərin Yəmənli Veyseəl-KaranРѕyə verilməsini vəsiyyət etdiyi söylənilən digər bir əba isə 1617-ci il tarixində Üveysi sülaləsindən Şükrullah Əfəndi tərəfindən İstanbula gətirilən əbadır. Bu əba uzun müddət özlərinə "əba-i şərif şeyxləri" adı verilən bu ailə tərəfindən mühafizə edilmişdir. Bugün bu əba İstanbul Fateh Sultan Əbdülməcid tərəfindən 1851-ci ildə hazırlanan əba-i şerif Məscidində mühafizə edilməkdədir.
Peyğəmbərin saqqalı: Topqapı Sarayında əmanətlər arasında və Türkiyənin bir çox məscidlərində xüsusi mühafizələr içində saxlanıb
zamanımıza qədər intiqal edən Hz. Peyğəmbərin saqqal telləri vardır.
Peyğəmbərin möhrü (sənədləri imzalamaq üçün): Hz. Məhəmmədin möhrüdür. İlk xəlifələr tərəfindən istifadə edilmişdir. Hz. Osman tərəfindən itirilən möhür orijinalına uyğun olaraq yenidən hazırlanmışdır. Bağdadda tapılan möhür daha sonra İstanbula gətirilmişdir.
Peyğəmbərin məktubu: Hz. Peyğəmbər hicrətin 9-cu ilində başda Bizans imperatoru olmaqla İran, Misir və Həbəşistan dövlət başçılarına bir məktub yazaraq onları İslama dəvət etmişdir. Hz. Peyğəmbərin Misir hökmdarı Mukavkısa gönderdiği məktub əsrlər
sonra 1850-ci ildə Bartelemey adlı bir fransız tərəfindən Misirdə bir monastırın kitabxanasında yazma bir İncilin qapağına yapışdırılmış olaraq tapılmışdır. Küfi xəttlə 0,19x 0,16 sm xüsusi bəzəndilmiş bir dəri üzərinə yazılan məktub Topqapı Sarayında Əmanətlər Dairəsində yanvar 1997-ci il tarixindən etibarən saxlanılmaqdadır.
Qılınclar: Bunlar 20 qılınc olub, yalnız 2 dənəsi Hz. Məhəmmədə (s.ə.s) aiddir. Qulplarıyla birlikdə qılınclardan biri 99, digəri 100 sm-dir. Qulpları, qınları və üzərindəki bəzəklər sonradan edilmişdir. Bu dairədə olan digər qılınclardan biri Hz. Davuda (a.s.), digərləri isə Rəşidi Xəlifiyyə və səhabələrə aid qılınclardır.
Hz. Peyğəmbər (s.ə.s)ın ayaq izi: Topqapı Sarayında dörd daş, ikisi kərpic olmaq üzrə Hz. Peyğəmbərə aid edilən altı dənə ayaq izi vardır. Bunların ən çox maraq doğuran qapaqlı qızıl çərçivədə tutulanı, Sultan Abdulməcid zamanında Trablusqarbdan gətirdilən və Hz. Peyğəmbərin Meraca çıxarkən basdığı daş olaraq rəvayət olunan ayaq izidir. Bundan başqa Əyyub Sultan, Sultan I. Əbdülhəmid və Sultan III. Mustafa Türbələrində də qorunur.
Hz. Peyğəmbərin yayı: Bambu ağacından hazırlanmışdır. 1,17 m. uzunluğunda iki ucu iti yaydır.
Hz. Peyğəmbərin ayaqqabıları: O, (s.a.s) Ərəbistanın iqlimi və ərazi şərtlərinə uyğun olan səndəl tipi ayaqqabılar istifadə edirdi. Topkapı Sarayında üç ədəd ayaqqabı qorunmaqdadır.
Peyğəmbərin (s.a.s) su içdiyi qədəh: Hz. Məhəmməd (s.a.s) bir gün Mədinədən dönərkən Məni Səidə Zalı deyilən mövqedə istirahət etmək üçün fasilə verir. Yanındakı Səhl İbn Səda dönər və oturanlara su verməsini istər. Səhl də o gün Hz. Məhəmmədə su verdiyi qədəhi xatirə olaraq saxlayar. Yüksəkliyi 8, qalınlığı 2 sm olan qədəhin zamanla köhnələn qisimləri qara bir maddə ilə dolduruldu. Hz. Peyğəmbərin su içdiyi və dodaqlarının dəydiyi qədəhin xarici isə gümüşlə örtülərək mühafizəyə edilir.
XƏBƏR LENTİ
Aslı və Murat barışdıqdan sonra ilk dəfə-FOTO
Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi enib
Ünvanlı dövlət sosial yardımının müddəti uzadıldı
Gözlər
İsti hava bu insanlar üçün xüsusilə TƏHLÜKƏLİDİR
Dayanacaqlara Wi-Fi quraşdırıldı
Aktrisa qırmızı xalçaya taxt üstündə gəldi-FOTO
Bananla hazırlaya biləcəyiniz 3 maska
Neslihan Atagülün geyimini lağa qoydu
Yığcam, lakin möhtəşəm ağac evi (FOTO-lar)
“O səs Türkiyə 2018" - İlk FOTO
“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - TARİXİ FAKTLAR
Azərbaycan tarixindən yüz şəxsiyyət-96
Günün ulduz falı - 20.12.2013
Minimalist dekorasiya
DİN Gəncədə məsciddəki əməliyyatla bağlı açıqlama verdi
Leyla Əliyeva: “2020-ci il möcüzələr ili olacaq!” - FOTO
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
2015-ci ilin martı 135 ilin ən isti mart ayıdır
Ayran şorbası (foto resept)
İnsanlar nə üçün tez məğlub olur?
Qızardılmış toyuq-Gürcü mətbəxindən (foto resept)
Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO
TQDK-dan təhsil sənədi ala bilməyənlərə
Qadın barğamını kəsib boynundan asdı
Qarın bölgəsini əritmək üçün detoks
Çempionlar Liqasının 4 bəxtəvər komandası
“Survivor”un iştikarçıları bəlli oldu - FOTO
Con Kerri: "Bu mənim son dayanacağımdır"
Yer səthinin relyefi
Bu gün Milli Teatr Günüdür
Başdan ayağa qara geyinməyin incə məqamları
"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Almaz daşı
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Sonuncu dəfə nə vaxt məktub yazmısınız?
Çində təmiz hava pulla satılır
Uşaqlar niyə yalan danışır?
Melaniya Tramp "millət anası" obrazını sınayır - FOTO
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı - VİDEO
Kəs və yapışdır-29
40 minə başqa biri oldu-FOTO
Çoxobrazlı Aygün Kazımova stili
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Azərbaycan dili - XV dərs
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Universitetlərin filialları niyə birləşdirilir?
Ebola-nın sonu çatır
"Hercai"nin Reyyanı sirrini açıqladı-FOTO
- ŞƏRHLƏR