Ömrü boyu həyatını namazlarını gec qılmaqla keçirmişdi. Həmişə vəfat etmiş nənəsinin “Oğlum, bu vaxtda da namaz qılınar?” sözü yadında idi.
Amma nə fayda? Nənəsi vəfat etməzdən əvvəl də, sonra da heç dəyişməmişdi. Yenə də namazlarını gec qılırdı.
Bu gün də həmişəki kimi, işdən gəlmişdi. Saata baxdı. Məğrib namazının vaxtının çıxmasına 15 dəqiqə qalmışdı. Dəstəmaz alıb namazını qıldı.
Çox yorğun idi. Divana uzandı. Yuxuya getdi...
Yuxudan yatdığı yerdə deyil, başqa yerdə oyandı. Oyandığı xeyli insan toplanmışdı. İnsanlar nəyisə gözləyirdilər. Nə olduğunu başa düşə bilmirdi. Kimsə siyahıdan insan adları oxumağa başladı. Adı çəkilənlər sırasında onun da adı var idi. Adı çəkilən kimi iki nəfər ona yaxınlaşdı və onu sürüyə-sürüyə harasa aparmağa başladılar. Onu aparanlarda zərrə qədər də olsa, mərhəmət hissi yox idi. Onların cəhənnəm mələkləri olduqlarını anladı. Onu cəhənnəmə apardıqlarını başa düşdü və ağlaya-ağlaya qışqırmağa başladı:
- Bəs mənim namazlarım? Axı mən həmişə namazlarımı qılırdım?
Allahım, bağışla məni? Ya Rəbbim əfv et məni. Bəs, mənim namazlarım nə olacaq?
Onu aparan mələklər onu alov yanına gətirdilər və onu alovun içinə atdılar. Yenə də eyni sözləri təkrar edə-edə alova doğru yuvarlanırdı:
- Bəs mənim namazlarım?
Getdikcə alova daha da yaxınlaşırdı. Alova düşəcəyi anda ona doğru bir əl uzandı və onu alovdan qurtardı. Onu xilas edənin üzünə baxdı. Bu bir qoca idi. Ondan kim olduğunu soruşd və Qoca belə dedi:
- Mən sənin namazlarınam. Necə ki, sən məni həmişə gec qılardın, gecikdirərdin, mən də səni xilas etmək üçün gecikdim.
Elə bu anda azan səsi onu yuxudan oyatdı. İşa namazının azanı oxunurdu. Ayağa qalxdı. Cəld qaça-qaça dəstəmaz almağa getdi. Dəstəmaz alıb namazını qıldı. Əllərini açıb tövbə etdi. Allahdan onu əfv etməsini istədi və bu hadisədən sonra bir daha namazını gecikdirmədi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yağlı yemək beyni pozur.
2013-cü ilin rəngi - narıncı
Şəhid polkovnik-leytenantın xanımı: "Yenə də səni seçərdim"
Yeni binaların satışı bankla olacaq
Azərbaycanda benzin və dizel yanacağının qiyməti bahalaşdı
20 dəqiqədə qıvrım saçlarınıza super görünüş(foto dərs)
Bu tələbələrə dərslik əvəzinə müavinət veriləcək
Tezliklə Bakıda "şeytan təkəri" işə düşəcək
Ariananın yediyi konfet 50 min dollara satışa qoyuldu-FOTO
İTV “Səs Azərbaycan”ın lisenziyasını aldı
Whitney Houston ölümündən 8 il sonra Konsert Verəcək-VIDEO
Bu telefonlarda “WhatsApp” işləməyəcək
Qadınlar və kişilər: kim qazanır, kim yorulur?
Rusiya ilə bağlı bədbin proqnoz
Dəbli gəlinliklər
Ziya Məmmədov mükafat verdi
Finalın adı məlum oldu
İpoteka almaq istəyənlərin gəlirləri belə hesablanacaq
Cins geyimə yeni görünüş vermək
Qarabaşaq unu ilə alma sıyığı (foto resept)
Bel ağrılarına ən təsirli həll: Pilates
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
"Qalatasaray"ın rəqibi kim olacaq?
Prezidentlər danışırlar, silahlar isə susmur
Fransız qadınlarının sevimli trendləri
Ünvanlı dövlət sosial yardımının müddəti uzadıldı
Şahdağ Milli Parkında yanğın başlayıb
2000 il əvvəl ağıllı telefonlar olub? – İlginc tapıntı/FOTO
Ebru Gündeşin "O səs Türkiyə"də qazanacağı məbləğ açıqlandı
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Meyvələr və ət niyə dadlıdır?
Sizin enerji sahənizin olduğundan xəbəriniz varmı?
BÜRCLƏR bizə nə vəd edir?-20 yanvar
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Şirniyyatın uşaqlara ziyanı
Müəllimlərə veriləcək testlər
Murad Dadaşov Oksananı filmə çəkir
Uşaq otağı üçün pərdə seçimi
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Dünyanın yenidən inşası - Venera layihəsi
Qadin.Net - 9 YAŞ
Çağla Şikel geyimi ilə diqqət çəkdi-FOTO
Dodaq boyasının rəngi xarakterinizdən xəbər verir
İlk çantalar
Stalinin itən Xəzinəsi TAPILDI
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
Uşaqların əlləri niyə soyuq olur?
Azərbaycan klubunun Avropada möhtəşəm uğuru
2015-ci ilin dəbli gəlinlikləri
Emin koronavirusa yoluxubmuş
- ŞƏRHLƏR