Hörmətli istifadəçilər!
Bildiyiniz kimi, Azərbaycanın ilk milli qadın portalı - Qadin.Net saytının sizlərə təqdim etdiyi ən gözəl tövhələrdən biri də, 24 oktyabr 2011-ci il tarixdən etibarən start götürmüş “Qadin.Net-lə birlikdə “Özünü kəşf et!” layihəsi”-dir.
Layihənin məqsədi istedadı, fərdi xüsusi bacarığı olan bütün şəxslərin üzə çıxarılması, ictimaiyyətə, geniş kütləyə təqdim eidlməsidir. Bir çox insalar vardır ki, müxtəlif səbəblərdən yaradıcılıq, bacarıq və qabiliyyətləri nümayiş etdirə bilmirlər. Nəticədə uzun illər sonra nə zamansa, vaxtında atılmamış addımlar üçün bir çoxları heyifsilənir...
Qadin.Net saytı belə bir şans yaradır ki, belə təəssüflənmələr olmasın! Əgər həqiqətən də sizin qeyri-adi bacarığınız, istedadınız varsa o zaman sizi hər kəs tanısın!
Məhz bu mövzuda bügünədək artıq bir neçə fəqlənən və bir çoxlarının tanımasına şərait yaradılan istifadəçilərimiz olmuşdur. Bu günə qədər artıq 5 sayt istifadəçisinin müxtəlif mövzularda hazırlanmış elektron kitabları geniş oxucu kütləsinə təqdim olunmuşdur.
Qeyd olunan layihə daxilində böyük oxucu kütləsinin diqqət və marağına səbəb olmuş kitablardan biri də saytımızın redaktoru Xəyalə Muradın 5 əsərdən ibarət "Görünməyən həqiqət" adlı elektron kitabıdır.
Xəyalə xanımın əsərlərindən ibarət kitab elektron variantda olmasına baxmayaraq, qısa zaman kəsiyində gözləniləndən də böyük marağa səbəb oldu. Təsadüfi deyil ki, bu günlərdə daha bir şad bir xəbər aldıq: Azərbaycan Nəşriyyat Evi qeyd edilən elektron variantda hazırlanmış kitabı "Görünməyən həqiqət" dedektiv-povesti kitab şəklində çap etdi, lakin tərkibi elektron versiyadan fərqlənir.
Azərbaycan Nəşriyyat Evində çap olunan kitab artıq satışdadır və öz oxucularının yolunu gözləyir. Kitabı əldə etmək üçün kitab satışı məntəqələrinə baxa bilərsiniz.
Mövzu ilə bağlı Xəyalə xanımın ürək sözlərini dinləyək: “Qadın.Net saytına qədəm qoyduğum andan çox dəyər verdim və bu dəyərim günü-gündən artmağa başladı. Hər bir istifadəçi ilə mehriban və səmimi oldum. Onları virtual olaraq deyil, canlı ünsiyyət qurduğum şəxslərdən seçmədim. Yazarlardan Gülşən xanımın verdiyi məsləhətlər, tutduğu iradlar sayəsində daha da inkişaf etdim. Bu yolda redaktorluq statusunu mənə təklif edən baş redaktorumuz Ceylan Mumoğlu da mənə çox dəstək oldu. Ona əvəzi ödənməyən təşəkkür borcluyam. İlk oxucularım ailəm və qohumlarım olsa da Qadın.Net istifadəçilərinin inamı və verdiyi dəyər sayəsində daha da irəli addımladım. Hər gün öz üzərimdə çalışdım. İllərlə yazıb kənara qoyduğum əsərlərimi yenidən işləyib oxucularıma təqdim etdim. Daha sonra oxucularımın sayı artmağa başladı. Tədricən onlardan irad və təkliflər almağa başladım. Və bu mənim üçün çox xoş oldu. Ceylan xanımın mənim üçün hazırladığı elektron kitab isə əsl hədiyyə oldu. Bu hədiyyə mənim daha da irəliləməyimə stimul verdi. Yoluma yaşıl işıq "saçdı".
İngilis filosofu Herbert Spenserin məşhur bir ifadəsi var: "Hər bir həqiqətdə bir yalan, hər bir yalanda bir həqiqət vardır". Bu cümlə ilə Xəyalə Murad oxucularına çox şeyi izah etmək istəyir. Və buna da nail olub. Xəyalənin özünəməxsus yazma qabiliyyəti və daxili istedadı var. Əsərləri haqqında onun öz dilindən eşidək: "Hər bir əsərimin məzmunu və ümumilikdə aşıladığı fikirlərin cövhərində mənim könül çrpıntılarım, həyat-ölüm, sevgi-nifrət, insanlıq-rəzalət, xoşbəxtlik-bədbəxtlik haqqında düşüncələrim əks olunub. Biz həmişə bu əksliklərin arasındayıq, onların mübarizəsində üstün çıxanın gətirdiyi, bəxş etdiyi həyatı yaşayırıq".
Xəyalə Murad: "Oxucu sevgisi arzu etdiyim ən böyük hədiyyədir..."
Əziz istifadəçilər, Xəyalə Muradın "Görünməyən həqiqət" elektron kitabını yükləmək üçün bu linkdən istifadə edə bilərsiz:
XƏBƏR LENTİ
Səbr etdim, xoşbəxt oldum
Ekler peçenyesi
Mangolu desert (foto-resept)
Sobada pendirli makaron (foto resept)
Bu universitetdə kitablar “duşa girir” – FOTO
Meryem Üzerli izləyicilərini təəccübləndirdi-FOTO
İnsanın öləcəyi tarixi qol saatları göstərəcək
Prezident xanımı və qızları ilə sərgidə - FOTO
Şaftalı
Rubl kəlləmayallaq diyirlənir
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Təbiətin ən böyük möcüzəsi anadır
Yeni versiya Mercedes CLS
Prezident sərəncam verdi
Türkiyədə heyvanlara pasport veriləcək
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Seren Serengil bikinidə rəqs etdi - VİDEO
Bakıda nəyə görə addımbaşı dayanacaq var?
Sağlam bədən üçün...
İsti hava insanları sınağa çəkir
"Mənim 100 kiloqram çəkim olmayıb ki, plastik əməliyyat etdirim"
Evlərin dam örtüyü dəyişdiriləcək
"Azəriqaz" İB-də orta və yüksək təzyiqli qaz şəbəkəsinin Elektron Məlumatlar Bazası yaradıldı
Ankarada "Xocalı şəhidləri" abidəsinin açılışı olub
Uşaq çarpayıları
Əmrah bazarda diqqət çəkdi-FOTO
Hansı əşyalar yataq otağında olmamalıdır?
Dişlərin çürüməsini dayandıran təbii yollar
Məşhur serialda yenilik-FOTO
Ertələmək problemi ilə üzləşənlər üçün məsləhətlər
2011-ci il mətbəx modelləri
Xəyal qurun(2)
Bu il nümayiş olunacaq, kitab əsasında çəkilmiş 10 film
Nurgül Yeşilçay hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Girovlarımıza ev verildi
Əcnəbi şəxs Azərbaycan vətəndaşı olmaq istəyərsə
Putin adına məscid tikmək istəyirlər
Aşbaz 5 milyon avroya təyyarə alır
Bakıda çoxdan gözlənilən yenilik
Toyuq ruleti (foto resept)
Ən fərqli üzüklər
Metobolizmanızı gücləndirin
Cem Yılmaz prezidentin dəvətini qəbul etmədi-SƏBƏB
Kişinin yoldaşından gözlədikləri
Aromaterapiya
Dünya belə yanğın görməmişdi
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Qvinet Paltrou makiyajsız halı ilə QORXUTDU
Bütün qadınlar 90-60-90 olmaq isteyir, bes bu realdırmı?
Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: Mixaylonun ona gücü çatmadı
- ŞƏRHLƏR