ШЁ Ro-Xe-Sa Щ‚Щ„ШЁ
Qadin.Netlə bağlı xatirələrim çoxdur, bu saytı da çox sevirəm, doğma saytımdır. 2011-ci ildən bu saytdayam, təki uzun ömürlü olsun saytımız. Bu saytda özümə rəfiqə qazanmışam, tək virtual deyil, relda da görüşmüşük. Burdakı çox xanımlarla virtual əlaqələrimiz var, hər birini də çox sevirəm. Qadin.Netlə bağlı dediyim kimi çoxdur xatırələrim, amma birini yazım bu il başıma gələni, çünki bunu bütün qonşular da bilirdi. Çiyələk almışdım, mürəbbə bişirəcəkdim, çiyələyi şəkərləyib saxladım ki, suyu çıxsın, bir neçə saatdan sonra da qoydum bişməyə. Gəldim oturdum saytda şəkilləri axtarmağa, xəbərlərə baxmağa, o qədər başım qarışıb ki, bir də gördüm qapı necə sürətlə doyüldü, təlaşla açdım qapını, qonşu məni görüb elə sevincək oldu ki, dedim nə olub, deyir mətbəxin yanır, az qalmışdıq ki, yanğınsöndürən çağıraq gəlsin, səni çağırdıq, cavab vermədin, bütün qonşular mənim mətbəximdən çıxan tüstüyə dəli olublar, mən də oturmuşam saytda, xəbərim də yox, mürəbbə də yaddan çıxıb, mətbəxin də pəncərəsini açıb qapısını örtmüşəm ki, iy evlərə yayılmasın. Mürəbbəm yanmağı bir tərəfə dursun, inanın ki, onu qabdan yuyub aparmaq məni elə bezdirdi ki. Qonşulara deyəndə ki, saytda oturmuşam, gəlib baxdılar ki, görək nə saytıdır ki, belə başın qarışıb. İndi bunlar mənə Qadin.Netli bajı deyirlər. Təklifin üçün təşəkkür, xanım.
Ayka S
Qadin.Neti çox bəyənirəm, ən əsası odur ki, tərbiyəli, əxlaqlı saytdır. Buna görə də tez-tez gəlirəm, burda çox xoş günlərim keçib, çoxlu dostlarım olub, başda Yeganəm,canım bacımdır. Bəyənirəm xəbərləri oxumağı, şərh yazmaq xoşuma gəlir, bir sözlə Qadin.Net evimdir mənim, heç unutmadığım hadisəmsə burda bir qızla sözləşməyimdi, səbəbsiz yerə oldu amma unudulub gedib artıq. Gözəl bacım, xəbərində mənə də yer verdiyin üçün çox təşəkkür edirəm.
Yağmur damlası
Gözəlim məni də xəbərinə dəvət etdiyin üçün minnətdarlığımı bildirirəm sənə.
Bu sayta gəldiyim ilk günü xatırlayıram, utanırdım kimdənsə nəsə soruşum, eləcə xəbərləri oxuyub şərhlərdə qızların səmimiliyinə, mehribançılığına qibtə edirdim. Zaman keçdikcə qızlarla tanış oldum, şərhlərdə mən də sərbəst olaraq fikir bildirdim. Bu saytda mənim üçün daha yaxın, daha əziz ilk vaxtlardan ta bu günə qədər də Fatma xanım, Sevinc, Almaz, Buket olub! Onları yenə də çox sevirəm, hörmət bəsləyirəm. Çox xahiş edirəm heç kim inciməsin, mən də sizlər kimi sayta yeni gələndə bu insanlarla tanış olmuşam, daha yaxından tanıyıb onları öz doğmalarım kimi sevmişəm. İlk xəbərim çıxanda çox-çox sevinmişdim, şərhlərinizi oxuduqca ürəyim dağ boyda olurdu, sonralar artıq əlim öyrəşdi, bu günə kimi xəbər hazırlamaqdan yorulmuram, əksinə zövq alıram.Gülenayın serialı isə heç vaxt yadımdan çıxmayacaq, xəbər vasitəsi ilə ona da təşəkkür edirəm üzümüzdə gülüş yaratdığı üçün. Serialda qız evi oğlan evi davalarımız heç vaxt yaddaşlardan silinməz.
Dostluğumda olan hər kəsə hörmət edirəm, çox sağ olun dəyər verdiyiniz üçün, bütün bunlar qarşılıqlıdır. Allah hamınızdan razı olsun.
Nuriyye
Iş yoldaşım mənə “Qadin. Net” adlı sayt var, yaxşı şirniyyatlar olur, bir baxarsan dedi. Baxdım ki, burda nəinki yaxşı şirniyyatlar, həm də yaxşı xəbərlər, səmimi xanımlar və şərhlər var... Bir sözlə çox bəyəndim bu saytı, istəsəm də ayrıla bilmirəm burdan. Həmin iş yoldaşım mənə “Qadin. Net” xəstəsi deyir. Burda mən öz həmyerlilərimi, uzaqdan da olsa qohumlarımı, mömin bacılarımı və sevdiyim insanları tapdım... Saytı yaradanlara, əziyyət çəkənlərə öz təşəkkürümü bildirirəm. “Qadin. Net” daim var olsun!
alisa1971
Yeganə xanım, ilk öncə yazacağınız xəbərdə mənə də yer ayırdığınız üçün sizə təşəkkür edirəm. Mən başqa saytlarda olmuşam, amma xoşuma gəlməyib, elə bil ki o saytlarda olan qarışıqlıq məni əsəbiləşdirirdi. Burda təzəyəm, mayın 25-i mənim bu saytdan istifadəmin 3 ayı tamam oldu. Burda olmağın hər günü bir xoş xatirədir. Nə qədər olacağam bilmirəm, bircə onu bilirəm ki, Qadin.Net mənim həyatıma bir rəng qatıb. Baxmayaraq ki ancaq iş vaxtı burda ola bilirəm. Gah idarə işimi görürəm, gah da sayta baxıram. Göndərdiyim yazıları da iş vaxtı yazıram. Demək olar ki, vaxtdan istifadə edirəm. Qulağınıza deyəcəm, heç kəs duymasın, işçilərdən gizli yazıram yazılarımı, yoxsa qoymazlar ki, iş vaxtı əlavə işlərlə məşğulsan. İnsan sevdiyi bir işlə gözlə-qaşın arasında da olsa vaxt tapıb məşğul olur. İndidən, nə vaxtsa gələcəkdə bu saytda olmayacağım günlər üçün sanki bir kədər hissi keçirdim. Burda mənim sözün əsl mənasında sevdiyim insanlar çoxdur. Demək olar ki, hamınızı çox sevirəm. Hərəniz mənə görə bir cür maraq doğurursunuz. Sanki mənim həyatımın ən gözəl səhifələrisiniz. Belə desəm məncə yanılmaram - Siz mənim ən gözəl, ən nəfis, ən maraqlı kitablarımsınız, əziz Qadin.Net-lilər.
xalilova munavvar
Əvvəlcədən təşşəkürlər, bacı, mənə bu xəbərdə yer verdiyin üçün, mən bu sayta çoxdan girib cıxıram, amma 1 il olar ki, qeydiyyatdan keçmişəm, demək olar ki, bura mənim evim kimidi, hər gün burdayam, bir gün girməsəm ürəyim sıxılır. Mən burda qeydiyyatdan keçəndə pozulurdu, nəyi isə düz etmirdim, sonra burda Dj Alenam bacı məni qeydiyyatdan keçirdi, o vaxtdan bəri burdayam adımla, burda çoxlu bacılar tapmışam, maraqlı yeməklər, şirniyyatlar, məsləhətlər, bir sözlə ki, Qadin.Net bir dənədir, tayı barabəri yoxdur. Bircə istəyim var, xəbər hazırlamaq, onu da oxudum, başa düşə bilmədim, o da olar inşAllah, mənim də xəbərim çıxar sənin kimi Yeqiş, sənə xəbərində uğurlar.
seadet19
Məni Qadin.Netlə ilk tanışdıran bibim qızı olub, həmişə ondan şirniyyat resepti istəyirdim. Mənə dedi ki, o burda qeydiyyatdan keçib gözəl, maraqlı saytdır, ancaq qadınlar olur, çoxlu yeməklər, şirniyyatlar öyrənərsən. Bibiqızı da mənim adımla qeydiyyatdan keçdi, parolunu verdi mənə. Artıq 9 aydır ki, burdayam və çox şadam, burdakı qızların isti münasibətini doğrusu bu qədər gözləmirdim. Təzəliycən xala oldum, özü də ilk sevincim idi, burda hamıynan paylaşdım və çoxlu təbriklər aldim, sevindirici idi. Maraqlı, dadlı şirniyyatlar, yeməklər öyrəndim. Buranı çox sevirəm. Evdəkilər deyir Səadəti nə vaxt itirsən, Qadin.Netdə taparsan.
aishvarya rai
Artiq 3 ildi Qadin.Netdəyəm. Bura mənə çox əzizdi. Əvvəllər burda nələr olurdu nələr, hər gün bir xəbər üzərində bəlkə mindən cox şərh yazılırdı və başlanırdı şəkillər qoyulmağa. Hər kəs həvəsli idi, düzdü sonra bir az dəyişildi, indi köhnə dostları tapmaq bir az cətin olur, bura amma yenə də hər gün girirəm, bir az ayrı qalmışdım buradan, amma yenə də burdayam. Çox gozəl günlərim olub burda, bir gün girməyəndə elə bilirdim nəsə itirəcəm. Burda çox gözəl dostlar tapdım və indidə bəziləri ilə görüşürəm yaxından, gedib gəlirik bir-birimizə. Qadin.Neti çox sevirəm və dostlarımı da. InşAllah saytımız daimi olsun.
dombish
Qadin.Net saytımızla bağlı xoş xatirələr... Yeni-yeni dostluqlar, yeni-yeni ünsiyyətlər, yeni-yeni biliklər, saytımızın yenilikləri - bunlar hamısı xoş xatirələrdir. Xoş xatirələrimdən biri ilk dəfə Röya və Dj Alenam adlı istifadəcilərimizlə tanışlığım olub (sonra da digər xanımlarımızla). Digər xoş xatirəm ilk xəbərimi yollamağım idi, redaktə edilmişdi, amma dərcə verilmirdi, çox narahat idim. Sonra elə oldu ki, sayta 1 müddət gələ bilmədim, fikirləşirdim ki, görəsən xəbərim necə oldu. Mən artıq gələndə qızlar mənə xəbərimin dərc olunduğunu yazmışdılar. Ad günümdə saysız-hesabsız təbriklər... Baxmayaraq ki, mən xəbər yollamaqda tənbələm, amma qızlarımızın qalibiyyətlərinə həmişə sevinirəm. Son xoş xatirəm isə mən parolumu unutmuşdum və bir müddət sonra yenidən parolumu qaytardım və çox sevindim.
Nazlı
İlk öncə xəbərində mənə də yer ayırdığın üçün çox sag ol. İl yarımdı ki bu saytdayam, çox maraqlıdı, demək olar ki, hər gün gəlirəm bura. Saytda xoş xatirələrim çox olub, birinci elə sənlə tanış olduğum gündür, elə sevinirdim ki yerlimi tapmışam, sonra ilk xəbərimin çıxdığı gün, şərhləri oxuyub sevinirdim ki, xəbərim bəyənilib. Nə yaxşı ki, bu sayt var, burda özümə dostlar tapmışam. Çox sağ ol, Qadin.Net.
XƏBƏR LENTİ
Sosial media depressiyaya səbəb olur
Meqan Marklın adı NARKOTİK qalmaqalında hallandı-FOTO
Puzzle -in 4 faydası
Mayın 17-də QASIRДћA OLACAQ
2014-cü il “Sənaye ili” elan olundu
Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapdılar - VİDEO
Riyazi foks
Dalğalı saç modeli
Ebolanın çarəsi tapıldı
Atasının külündən manikür etdi-FOTO
Fıstıqlı dondurma (foto-resept)
Qız ona sataşan kişilərlə selfi çəkdirdi - FOTO
Misirlilər niyə iylənmiş balıq yeyirlər?
Avtomatlaşdırma 800 milyon insanı işsiz qoya bilər
Məktəblilərə daha bir "yük"
Toya yazdırdığımız nəmər də azalacaq?
FİFA-da prezident seçkisinin vaxtı bilindi
Uşaqlarda ağız və diş sağlamlığı (2)
Cəbhədən xəbər var
Facebook elektron pul xidmətinə başlayır?
Rusiya təyyarələri bombaladı: 40 ölü
Çində 600 milyon nəfər internetdədir
Artur Şopenhauer - Dünya iztirabları
Stress gözəlliyinizə mənfi təsir edir
Uşaqların ağladığı qara bayram
Papa müsəlmanlar üçün müraciət etdi
Yol polisi: "Bakının mərkəzi yollarında maşın sürmək ləzzət verir"
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
Günün qoroskopu: aktiv və enerjili olun
Quru dəriyə necə qulluq etməli?
İvanka Tramp qadınların hüquqlarını müzakirə edəcək
İsgəndəriyyə Kitabxanası Nizami Gəncəvi irsinə dair kataloq hazırlayır
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki "Könül" körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq - FOTO
Günün qoroskopu - 01.11.2013
Pluton planeti haqqında bilmədiklərimiz
Dünya bazarlarında neftin qiyməti
Çillərdən qurtulaq!
Şokoladlı peçenye (foto resept)
Ermənilərə zəmanət verdik
Ronaldonun yeni klubu bəlli oldu
Hər qadın və kişi oxumalıdır!
Neslihan Atagül Bakıya gəlir
Daha gənc və parlaq dəriyə sahib olmaq üçün...
Azərbaycanda bir gün hava pis olacaq, sonra temperatur yüksələcək
Nazirlikdən təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə MÜRACİƏT
Burak Deniz əsgər getdi
Məşhurlardan yeni il şənliyi üçün saç modelləri
Vaqon problemi
Rianna hamilədir? - FOTO
Adəm və Həvva (psixoloji test)
- ŞƏRHLƏR