Sabrina Melodi (Yaqut)
Mən Azərbaycanımın gözəl, səfalı guşəsi olan Qarabağda göz açmışam. Artıq bir çox yerlilərimin yazdığı kimi, Qarabağın da özünə xas şirin ləhcəsi, sözləri var. Belə ki, biz pəncərəyə-abışka deyirik, cınqılı-balaca, incəvara-yaxşı ki, qajqaj-lay lay (qat-qat), səki-güya, hündür-qəlbi, nüfus-eybəcər, bibi-mama, başmaq-şəpit, nəmxuda-şükür ALLAHA, vəzəri-ajıqıjı.
Deniz84 (İstifadəçi)
Mən qazaxlı olmasam da artıq neçə ildir ki, burda yaşayıram. Azərbaycanın bütün bölgələrinin şirin ləhcəsi olduğu kimi, buranın da özünəməxsus ləhcəsi var. İndi sizə bir neçə cümlə ilə yazacam. Qonşular həyətdə belə danışırlar:
-Az-az, saa qurvan olum az. Nə gözəl balan var, az.
-Az, nəyi gözəldi. Yassardı yassar. Az dərdiş, axşam kinoya baxdınmı?
-Hansın deysən, az, "Pərvanələrin rəqsi"nimi deysən?
-Yox , ağrın alem, yox, baxa bilmədim.
Uşaqlar dəcəllik edir:
-Varıb gələjəm, sənin canını alajam.
-Ay qız, şannın (yəni nişanlın) nağarer. Yaxşıdımı, həəə, yaxşı olsun, yaxşı olsun. Gedim yeməyin altın qayrem gələjəm. Di sağ olun.
Sema (istifadəçi)
Mən Qobustan rayonundanam. Şamaxıya yaxın olduğu üçün mənə ilk öncə "Şorik" deyirlər, amma düzü, şor tapmırıq. Ən məhşur sözümüz qadoyalım, neyçünə-nöşün, gəlirsəən, gedirsəən, bildimdəə... Yoldaşım naxçıvanlıdır, onların da maraqlı ləhçələri var: yemiş- qira, qara badımcan, borani - kədo, vəzəri-pənir pencəri, çıqqılı, həyətə çıxıram - eşiyə çıxıram.
Nərmin Zərifova (İstifadəçi)
Mən bakılıyam, amma bir müddət öncə Şəkidə olmuşam. Oranın sözlərindən sizə deyə bilərəm: necəsiz-nətəsöz, ana - çiyi, barı- divar, gəlirsiniz-gəlirsoz, bu-habı, bu saat-habı saat, indi-hayindi, döyüb-döyütdü, sillə-şapalaq və s.
Aidə Məmmədova (İstifadəçi)
Biz əslən Qərbi Azərbaycanlıyıq. Mən özüm Bakıda böyümüşəm. Ona görə də danışıqda ləhcəm yoxdur. Amma ailə içində olanda ləhcə ilə danışıram. Doğrusu, evdə valideynlərim bizlə heç vaxt ləhcə ilə danışmaz, amma mən avtomatik ləhcə ilə danışıram. Heç özüm də başa düşmədən belə olur. Lakin evdən çıxan kimi, ya da başqa insanlarla təmas quranda ləhcəm olur kitab dili. Bizim, yəni Qərbi Azərbaycanlıların ləhcəsində ən çox "j" hərfindən istifadə edilir. "Ağrın alem", "başına dönöm" kimi ifadələrdən də istifadə edilir. Bunlardan başqa, danışıqda "ev" sözü "öy" sözü ilə əvəz olunur. Bir neçə aya Naxçıvana gəlin getməyə hazırlaşıram. Nişanlımgilin ailəsi ilə danışanda baxıram ki, onların ləhcəsi tam başqadır. Düşünürəm ki, Naxçıvan ləhcəsinə uyğunlaşmaq mənə çətin olmayacaq.
Günəş (İstifadəçi)
Mənim atam şəkili, anam isə bakılıdır. Amma mən bəzən həm Şəki, həm Bakı ləhçəsiylə danışıram. Ən çox işlətdiyim cümlə budur: "Gəəm geem, gəəm göm ciiyiim bizdədir?" Yəni "Gedim gəlim görüm ciyim bizdədir?" Çimib hamamdan çıxanda "Saatlar olsun" deyirik şəki ləhçəsiylə. Bakı ləhçəsindən isə ən çox istifadə etdiyim sözlər nimçə-boşqab, nəmədan-duz qabı.
Semedova (Yaqut)
Mən Bərdə şəhərindənəm. Bizim danışıq dilimiz o qədər də fərqli deyil. Qarabağlı ləhcəsi sayılır. Sadəcə sözlərdə "j" hərfindən çox istifadə edirik: gələjəm, gedəjəm, gələssən, gedəssən. Bir də mənə yerinə ma, sənə-sa, elə əvəzinə helə, deyil - döyül kimi sözlər işlənir. Birdə qardaşa qaqa deyirik. Cümlələrimizdə day, dana işlənir.
Sebine Muradova (İstifadəçi)
Mən Saatlı rayonundanam. Rayonumuz kiçikdir, elə də səfalı yerləri yoxdur, həm də yayı çox isti olur...Bizim rayonun elə də qeyri-adi ləhçəsi yoxdur. Amma sözlərin axırında həmişə sözə uyğun "məram-mərəm" işlədilir...Əsas da "dənə" sözü çox işlədirik...Məsələn, almeram, gəlmerəm, ver dənə, gəl dənə. Demək olar ki, hər sözdə "dənə" işlədirik. Bir də bizdə pul sözünə-pıl, həyətdə geyilən yüngül ayaqqabıya- şapşap, stəkana-isgan, siqaretə-paprız, yumurtaya-yimirtta deyilir.
Canım (İstifadəçi)
Azərbaycanın bütün bölgələri gözəldir. Mən də qubalıyam. Quba istihahət zonasıdır. Qubanın Afurca kəndində yayda çoxlu turistlər olur. Quba alması, paxlavası ilə çox tanınır. Bizim kəndin gözəl şəlaləsi var. Çox vaxt turistlər gəzməyə gələndə Afurca şəlaləsini axtarır. Bizim də öz dilimiz var-tat dili. Qubanın bəzi kəndlərində belə danışırlar: gəlirəm-gələdəm, gəl mənə yemək ver-gəl mənə yemax ver və s. Tat dilində qıza-duxtər, çörəyə -nun, yeyirsən-baxardani ,çuhis-xəbər ətər-nə var nə yox və s. deyirlər.
Nəzrin (İstifadəçi)
Mənim əslim İrandandır, anam isə gədəbəylidir. Hamımız Bakıda doğulub böyümüşük. Bizim evdə ləhcəylə heç kim danışmır, ya da mən fikir verməmişəm. Gədəbəy hər kəs bildiyi kimi kartofu ilə məşhurdur və oranın çoxlu buz kimi bulaqları, dərəli-təpəli meşələri var. Sadəcə, oranı gedib gəzmək lazımdır. Yadımda olan sözləri yazıram: anarı-o tərəf, sapılca -tava, bibi-mama, gələjəm-gələcəm, gedəjəm -gedəcəm, hancarı-necə, ciji-nənə. Əsas şey qaldı - orada bir qarğışlar var ki, vay -vay...
P.S. Əziz qadın.netlilər, xəbərimin digər hissələrində iştirak etmək istəsəniz mənə yaza bilərsiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlarda yayılan virusla bağlı rəsmi açıqlama
İltihab əleyhinə pəhriz nədir?
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - VİDEO
Ermənilər Dağlıq Qarabağı tərk edirlər - VİDEO
BÖYÜRTKƏN TORTU
Manatın növbəti üç gün üçün MƏZƏNNƏSİ
Çəkmələrinizdən qoxu gəlməsin deyə...
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
2017-ci ilin trend rəngi: Qırmızı
Bakıda ən bahalı torpaq haradadır?
Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”
Nepalda növbəti təbii fəlakət
Ukrayna yoxsulluq həddinə düşdü
Ronaldo 600-cü qolunu vurdu!
Arıqlamaq üçün qızıl qaydalar
AFFA cəzaları açıqladı
Sellülit üçün faydalı yağlar
Şəhid anaları ilə görüş
ABŞ konsulluğunun yanında terror
Baha qiymətə satılan qeyri-adi əşyalar
Cemli, halvalı peçenye (foto resept)
Səmada fişənglə uçdular
8 Mart ovqatı
Yazda cücərdərəm səni…
Qadınlarda kəskin tüklənmənin səbəbləri
Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)
Bu da yeni Nissan Qashqai
HAVA necə olacaq?
Hava haqqında
Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Yağlı yemək beyni pozur.
Yarpaq bisküvit (foto resept)
Bakı 2015-də ilk medalımızı qazandıq
Saçlar üçün
Hande Doğandemir xəyanətdən danışdı-FOTO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
2018 gəlinlik kolleksiyası
İsmayıllı meşələri od tutub yanır
Mavi qar yağdı
Ningen-qeyri-adi varlıq!
Azərbaycan lokomotiv parkını modernləşdirir
Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO
İstirahət günü çimərliyə getmək istəyənlərə pis xəbər
Ramil Usubov gənc polislərə sıra baxışı keçirdi
Yumurtanın təzə olub-olmadığını yoxlayın
Ancelina Colini gizli agent hesab edirlər-FOTO
Ən effektli və sağlam pəhriz
Dünyanın ən bahalı almaz ayaqqabısı
10 funt verdi 1 milyon qazandı
Alma maskası
- ŞƏRHLƏR