Mən adım Leyladır. 20 yaşım var. Uşaqlıqda, yəni 15 yaşımda həyatımın ən böyük səhvini etdim. Birini sevdim, daha doğrusu sevdiyimi sandım. Əvvəllər hər şey normal idi. Evdən bildilər və çox problemlərim oldu. Amma mən ondan ayrılmadım. Əvvəl sevdiyimi sanırdım, getdikcə evdəkilərlə görə, sonra isə məcburi münasibətlərimizə davam etdim. 3 il sevgili olduq. Aramızda çox şey oldu və sırf olanlar üçün onunla birlikdə olmağa davam etdim. Onda bəzi şəkillərim və sms-lərim var idi. Məni onlarla əlində saxlayırdı. "Hamıya deyəcəyəm, şəkillərini yayacağam" deyə qorxudurdu. Başda cox qorxurdum, amma sonradan gücümü yığıb ondan ayrıldım. 19 yaşımda çox yaxşı bir insanla rastlaşdım. İlk əvvəl gəlib evdə anama hər şeyi danışdım. O da "Olar, əgər istəyirsənsə, sən də ona şans ver, uşaq deyilsən" dedi. Onunla danışdım, qısa vaxtda onu çox sevdim. Əsl sevgini yaşayırdım. Aramizda sevgidən əlavə hörmət, dostluq var idi. Xoşbəxt idim. Hətta bu yay nişanlanmaq istəyirdik. Ailəsi bilirdi, mənim də ailəmdə atamdan başqa hamı bilirdi.
Sonra bir gün yenidən əvvəlki sevdiyim qarşıma çıxdı. Sevgilim olduğunu öyrənib qayıtmışdı. Onu tapıb gözlərimin qabağında döyəcəyini dedi. Şəkillərimi ona göstərəcəyini, ailəmi məhv edəcəyini dedi. Qorxdum, çox qorxdum. "Nə istəyirsən?" dedim."Ondan ayrılacaqsan və mənimlə olacaqsan. Sonunda ölmək, yaxud öldürmək belə olsa, mənim olacaqsan", dedi. Çox sevdiyim insandan ayrıldım. Sırf onun başına bəla olmasın deyə, ailəm kimlərinsə yanında biabır olmasın deyə ayrıldım. Onunla qaçmağımı istəyir, mənsə istəmirəm, çünki ona nifrət edirəm. Amma bununla belə, onunla danışmağa davam edirəm. Çünki o belə istəyir. Hər gün ona "Səni sevirəm" deməyə məni məcbur edir. Gələcəklə bağlı planlar qurur. O, hər dəfə mənə "Sevirəm" deyəndə içimdən sanki bir şeylər qopur. Çox sevdiyim bir söz indi həyatda eşitmək istədiyim ən axırıncı söz belə deyil.
Onun sayəsində sevgiyə, sevməyə nifrət edirəm. Onun yaninda olmaq mənə cəhənnəm əzabından pisdir. Amma məcburam, mənim səhvlərimin cəzasını yaxınlarım çəkməməlidir. Çox əzab çəkirəm. Çünki birinə dəlilər kimi bağlı olarkən başqasıyla bir yerdəyəm. Birinin səsinə möhtac ikən başqası məni səsini dinləməyə məcbur edir.
Uşaq ikən etdiyim bir səhvin cəzası bu olmalıdırmı?!
Xahiş edirəm, mənə bir yol göstərin. Ondan canımı qurtarmaq üçün bir yol deyin. Dayanmağa gücüm qalmayıb. Çox çarəsiz və acizəm. Yaşamağa səbəbim qalmayıb. Məsləhətinizə böyük ehtiyacım var, çünki mənim ətrafımda bunları danışıb məsləhət ala biləcəyim heç kimim yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məhərrəm ayı ilə bağlı fətva verildi
Kakao yağının dərimizə faydaları
2015-də bu ölkələrə gedin
Bu sezon ən iddialı trendləri
Kələm salatı (foto resept)
Vitaminlər
"Qarabağ"la çətin oyun olacaq
Fransız qadınları kimi geyinməyin sirri
Bahalaşma başladı
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Hava haqqında
Fransa təkcə romantika şəhəri deyil
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Azərbaycana gələn pullar azaldı
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Rafael Dadaşov vəfat etdi
Süd verən analar üçün qidalanma tövsiyəsi
Azərbaycan istifadəçiləri internetsiz qalacaq? -RƏSMİ cavab
Xoşbəxtlik gətirən qidalar
Dünyanın ən balaca iti odur
Kağız halva (3)
Laqeydlik ən böyük şiddətdir
Gülben Ergen haqqında ŞOK məlumat
Qan donduran araşdırma - 5042 ölü
Qasırğanı dəqiq proqnozlaşdıran qurğu hazırlandı
Ermənistan daha 45 hərbçisinin öldüyünü etiraf etdi
Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü
Məşhur model üsyan etdi
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Münasibətin mərhələləri
Dovğa göyərtisinin doğranılması
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Nüsret evlənir?-FOTO
Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı
Limonlu-pudralı peçenye (foto resept)
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Cütlüklər arasında çıxan münaqişə mövzuları
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Gəncə Təbrizlə qardaş oldu
Sobada ətli rulet (foto-resept)
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Göz makyajı
Abituriyentlərinin nəzərinə!
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
Messi əməliyyat olunacaq
Damla şokoladlı keks (foto-resept)
Günün ulduz falı
Yağmasan da, gurulda!
- ŞƏRHLƏR