Qadin.NET / Çarə axtarıram

Çarə axtarıram

Çarə axtarıram

Mən adım Leyladır. 20 yaşım var. Uşaqlıqda, yəni 15 yaşımda həyatımın ən böyük səhvini etdim. Birini sevdim, daha doğrusu sevdiyimi sandım. Əvvəllər hər şey normal idi. Evdən bildilər və çox problemlərim oldu. Amma mən ondan ayrılmadım. Əvvəl sevdiyimi sanırdım, getdikcə evdəkilərlə görə, sonra isə məcburi münasibətlərimizə davam etdim. 3 il sevgili olduq. Aramızda çox şey oldu və sırf olanlar üçün onunla birlikdə olmağa davam etdim. Onda bəzi şəkillərim və sms-lərim var idi. Məni onlarla əlində saxlayırdı. "Hamıya deyəcəyəm, şəkillərini yayacağam" deyə qorxudurdu. Başda cox qorxurdum, amma sonradan gücümü yığıb ondan ayrıldım. 19 yaşımda çox yaxşı bir insanla rastlaşdım. İlk əvvəl gəlib evdə anama hər şeyi danışdım. O da "Olar, əgər istəyirsənsə, sən də ona şans ver, uşaq deyilsən" dedi. Onunla danışdım, qısa vaxtda onu çox sevdim. Əsl sevgini yaşayırdım. Aramizda sevgidən əlavə hörmət, dostluq var idi. Xoşbəxt idim. Hətta bu yay nişanlanmaq istəyirdik. Ailəsi bilirdi, mənim də ailəmdə atamdan başqa hamı bilirdi.

 Çarə axtarıram

Sonra bir gün yenidən əvvəlki sevdiyim qarşıma çıxdı. Sevgilim olduğunu öyrənib qayıtmışdı. Onu tapıb gözlərimin qabağında döyəcəyini dedi. Şəkillərimi ona göstərəcəyini, ailəmi məhv edəcəyini dedi. Qorxdum, çox qorxdum. "Nə istəyirsən?" dedim."Ondan ayrılacaqsan və mənimlə olacaqsan. Sonunda ölmək, yaxud öldürmək belə olsa, mənim olacaqsan", dedi. Çox sevdiyim insandan ayrıldım. Sırf onun başına bəla olmasın deyə, ailəm kimlərinsə yanında biabır olmasın deyə ayrıldım. Onunla qaçmağımı istəyir, mənsə istəmirəm, çünki ona nifrət edirəm. Amma bununla belə, onunla danışmağa davam edirəm. Çünki o belə istəyir. Hər gün ona "Səni sevirəm" deməyə məni məcbur edir. Gələcəklə bağlı planlar qurur. O, hər dəfə mənə "Sevirəm" deyəndə içimdən sanki bir şeylər qopur. Çox sevdiyim bir söz indi həyatda eşitmək istədiyim ən axırıncı söz belə deyil.

Çarə axtarıram

Onun sayəsində sevgiyə, sevməyə nifrət edirəm. Onun yaninda olmaq mənə cəhənnəm əzabından pisdir. Amma məcburam, mənim səhvlərimin cəzasını yaxınlarım çəkməməlidir. Çox əzab çəkirəm. Çünki birinə dəlilər kimi bağlı olarkən başqasıyla bir yerdəyəm. Birinin səsinə möhtac ikən başqası məni səsini dinləməyə məcbur edir.

aq ikən etdiyim bir səhvin cəzası bu olmalıdırmı?!

Xahiş edirəm, mənə bir yol göstərin. Ondan canımı qurtarmaq üçün bir yol deyin. Dayanmağa gücüm qalmayıb. Çox çarəsiz və acizəm. Yaşamağa səbəbim qalmayıb. Məsləhətinizə böyük ehtiyacım var, çünki mənim ətrafımda bunları danışıb məsləhət ala biləcəyim heç kimim yoxdur.

14 mart 2014
GO BACK