Mən həyatı sevirəm. Amma bilmirəm nədən belə pərişanam. Masa arxasındayam, əlimdə qələm, hər günüm belə keçir. Çünki işim belədir, çörəyim budur. Ayım yeknəsəqdir, günlərim yekrəng. Bir az kədərliyəm, bir az qəmliyəm. Bir az da yorğunam, həm də üzgünəm.
Məni bu qədər kədərli, qəmli edən nədir? Həmişə düşünürəm, hardasa özümü axtarıram, sanki itmişəm, yoxam bu qədər işin-gücün içində. Mənə elə gəlir ki, həyatdan təcrid olmuşam, nə isə axtarıram, tapa bilmirəm. Hər şey məni sıxır, içimdə bir boşluq var. Ətrafa baxıram, düşüncələr başımda min sual yaradır, həyatın gözəlliyindən sanki zövq ala bilmirəm.
Masamın üstündəki komputerə sarı çevrilirəm və gözlərimi monitora zilləyib baxıram. Hə, internet açıqdır. Bu dünyada aləmlər çoxdur. Amma bir aləm var ki o, çoxlarını özünə bağlayıb. Özü də möhkəm-möhkəm. O aləmə düşərsən, lakin çətin ayrıla bilərsən. Bu virtual aləmdir. Aləmlərin aləmi. Tanıdığım müxtəlif saytlar var. Bəlkə o sayta baxım, yox, orda mən özümü tapa bilmədim. Bəlkə o birisinə baxım, eh, bu da həmçinin. Necə də yaman sıxıldım. Bir anlıq özümü tək-tənha hiss etdim, bu qədər insanın içində. İçimdə bir dünya var, içimdə bir aləm var, lakin sıxılıram, yoruluram. Zaman axıb gedir su kimi. Hər gün ömürdən gedir. Zamanı saxlaya bilmərəm ki. Onda bəs neyləyim bu adiliyin, bu tənhalığın içində. İstəmədən əllərimi klaviaturanın hərfləri üzərində gəzdirirəm. Nəyi arayıb, nəyi axtarıram, bilmirəm, sadəcə baxıram, nə isə marağımı, diqqətimi çəkən bir şey axtarıram, yoxdur. Ola bilməz, bu virtual aləm mənə belə boş görünə bilməz.
Həyatda hobbilərim çoxdur; gözəl geyimlər, aksessuarlar, bacarıqlı, intellektual qadınlar, biş-düşlər, şirniyyatlar, həmçinin ən çox sevdiyim ədəbi mühit. Axı mən qadınam. Amma mən bunların hamısını bir yerdə tapa bilmirəm. Axtarıram, aha, gözümə bir siluet dəyir kölgə kimi. Deyəsən qadın siluetidir. Hə, elədir. Yazılıb: "QADİN.NET", bu nədir? Bəlkə bura baxım. İstəmədən, asta-asta, könülsüz düyməni iki dəfə sıxıram, gözlərimin önündə bir gözəllik, bir aləm açılır. Sərlövhədəki yazıları oxuyuram, müxtəlif, eyni zamanda rəngarəng, düşündürücü, eyni zamanda çəkici mövzular bir-birini əvəz edir. Oxuyuram, sonra yenə də oxuyuram, başqa, bir başqa şey axtarıram. Və tapıram. Sanki gözlərimə bir işıq gəlir. Bölmələr bir-birini əvəz edir, mən isə yorulmadan, usanmadan hamısını maraqla oxumağa çalışıram. Bir az daha diqqətlə baxıram, sanki burda fikir mübadiləsi də gedir, fikirlər, rəylər və sonda sərbəst düşüncələr. Nə gözəl, görən mən buranın sakini ola bilərəmmi, içimdən keçənləri yavaş-yavaş tapmağa başlayıram. Burda virtual aləmin bütün gözəllikləri cəmlənib. Qadın dünyası, Qadın aləmi, Qadın gözəlliyi, Qadın məhəbbəti. Əziz Qadin.Net, hə, indi bildim nəyi axtarırdım, qəlbimdə sən idin, axır ki tapdım.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bürclər necə üzr istəyir?
Uşağı necə əmizdirmək lazımdır
Mənim əl işlərim (1)
Əsl yay salatı (foto resept)
Broşlar
Günün ulduz falı - 01.12.2013
Salfet ilə süfrələrinizi bəzəyin (3)
Qadın siyasəti
Ayaqaltı modelləri
Həyat deyilən bir şey var...
Günün qoroskopu: ciddi uğurlar zamanıdır
Evindən 45 zəhərli ilan tapıldı-FOTO
Azərbaycanda əhalinin sayı artıb
Vafli (foto resept)
Köhnə kitablar üzərində rəsm əsəri
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
Azərbaycanda hava xəbərdarlığı - qar gəlir
Konfransda Leninin ruhu ilə danışdılar
Disney şəhzadələrinin modern görünüşləri
Xanımların sevdiyi hədiyyələr
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Qadın.Net-lilər üçün avatarlar
Saçlarınız üçün lazım olan qidalar
“Facebook” istifadəçilərə pul verəcək
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
İlham Əliyev Ramazan Abdulatipovla görüşdü
Azərbaycanda 200 və 500 manatlıq əskinaslar olacaq
Bakıda ictimai nəqliyyatın iş rejimi dəyişdirilir
Milyoner 2-ci mərtəbədən yıxıldı-SƏBƏB
İlk modulyar planşet satılır
Emily Ratajkowski'nin gözəl dərisinin sirri
Boşanmanın səbəbləri
Google şirkəti Qreys Hopperi andı
Azərbaycanın ən yaşlı sakini KİMDİR?
Türkiyə silkələndi - TƏŞVİŞ
Artur Rasizadə qanunu dəyişdi
Nişanlılar üçün qoşa üzüklər
Azərbaycanda ən çox yoluxma haradadır?
Millimizin "Şaxtyor"la oyununda unikal hadisə
Qızlar üçün məktəbli çantaları
Ən yaradıcı instgram şəkilləri
63 qadın səmada rekord vurdu
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər edilib
Uşaqların rəsmləri oyuncaqlara çevrildi
Cüneyt Arkın qızından və nəvəsindən imtina etdi - SƏBƏB
Rəngarəng saatlar
Zakir Həsənov Qarabağdan danışdı
"iPhone"nun qiyməti düşür
Külək Zərdaba ciddi ziyan vurub
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
- ŞƏRHLƏR