Qadin.NET / Qəlbimdə sən idin...

Qəlbimdə sən idin...

 

Qəlbimdə sən idin...

 

Mən həyatı sevirəm. Amma bilmirəm nədən belə  pərişanam. Masa arxasındayam, əlimdə qələm, hər günüm belə keçir. Çünki işim belədir, çörəyim budur. Ayım yeknəsəqdir, günlərim  yekrəng. Bir az kədərliyəm, bir az qəmliyəm. Bir az da yorğunam, həm də üzgünəm.

Məni bu qədər kədərli, qəmli edən nədir? Həmişə düşünürəm, hardasa özümü axtarıram, sanki itmişəm, yoxam bu qədər işin-gücün   içində. Mənə elə gəlir ki, həyatdan təcrid olmuşam, nə isə axtarıram, tapa bilmirəm. Hər şey məni sıxır, içimdə bir boşluq var. Ətrafa baxıram, düşüncələr başımda min sual yaradır, həyatın gözəlliyindən sanki zövq ala bilmirəm.

Masamın üstündəki komputerə sarı çevrilirəm və gözlərimi monitora zilləyib baxıram. Hə, internet açıqdır. Bu dünyada aləmlər çoxdur. Amma bir aləm var ki o, çoxlarını özünə bağlayıb. Özü də möhkəm-möhkəm. O aləmə düşərsən, lakin çətin ayrıla bilərsən. Bu virtual   aləmdir. Aləmlərin aləmi. Tanıdığım müxtəlif saytlar var. Bəlkə o sayta baxım, yox, orda mən özümü tapa bilmədim. Bəlkə o birisinə baxım, eh, bu da həmçinin. Necə də yaman sıxıldım. Bir anlıq özümü tək-tənha hiss etdim, bu qədər insanın içində. İçimdə bir dünya var, içimdə  bir aləm var, lakin sıxılıram, yoruluram. Zaman  axıb gedir su kimi. Hər gün ömürdən gedir. Zamanı saxlaya bilmərəm ki. Onda bəs neyləyim bu adiliyin, bu tənhalığın içində. İstəmədən əllərimi klaviaturanın hərfləri üzərində gəzdirirəm. Nəyi arayıb, nəyi axtarıram, bilmirəm, sadəcə   baxıram, nə isə marağımı, diqqətimi çəkən bir şey axtarıram, yoxdur. Ola bilməz, bu virtual  aləm  mənə belə boş görünə bilməz.  

 

Qəlbimdə sən idin...

 

Həyatda hobbilərim çoxdur; gözəl geyimlər, aksessuarlar, bacarıqlı, intellektual qadınlar, biş-düşlər, şirniyyatlar, həmçinin ən çox sevdiyim ədəbi mühit. Axı mən qadınam. Amma mən bunların hamısını bir yerdə tapa bilmirəm. Axtarıram, aha, gözümə bir siluet dəyir kölgə kimi.   Deyəsən qadın siluetidir. Hə, elədir. Yazılıb: "QADİN.NET", bu nədir? Bəlkə bura baxım. İstəmədən, asta-asta, könülsüz düyməni  iki  dəfə sıxıram, gözlərimin önündə bir gözəllik, bir aləm açılır. Sərlövhədəki yazıları oxuyuram, müxtəlif, eyni  zamanda rəngarəng, düşündürücü, eyni zamanda çəkici mövzular bir-birini əvəz edir. Oxuyuram, sonra yenə də oxuyuram, başqa, bir başqa şey axtarıram. Və tapıram. Sanki gözlərimə bir işıq gəlir. Bölmələr bir-birini əvəz edir, mən isə yorulmadan, usanmadan hamısını maraqla oxumağa çalışıram. Bir az daha   diqqətlə baxıram, sanki  burda fikir mübadiləsi də gedir, fikirlər, rəylər və sonda sərbəst düşüncələr. Nə  gözəl, görən mən buranın sakini ola bilərəmmi, içimdən keçənləri yavaş-yavaş tapmağa başlayıram. Burda virtual aləmin bütün gözəllikləri cəmlənib. Qadın dünyası, Qadın   aləmi, Qadın gözəlliyi, Qadın  məhəbbəti. Əziz  Qadin.Net, hə, indi bildim nəyi axtarırdım, qəlbimdə sən idin, axır ki tapdım.

29 may 2013
GO BACK