Hardan başlayım, nə yazım bilmirəm. Amma qərar verdim öz həyatımı yazıb bölüşməyə. Bununla rahat olacağımı düşünürəm. Bəlkə də yanılıram, bəlkə də əksinə, daha çox sıxıntılarım olacaq, bilmirəm. Bildiyim və yaşadığım bir tək şey var. O da həyatımın puç olması...
Ailəliyəm. 2 ili hələ mayın 29-da olacaq. O günün gəlməsini, bir ilin üzərinə bir ilində qatılmasını istəmirəm, amma çıxış yolum yoxdur. Özüm seçdim özümə bu yolu. Ata-anam razı deyildi. Yalvarmaqla, göz yaşlarım ilə razı sala bildim ailəmi. Çünki həyat yoldaşımı çox sevirdim. Əsas bu sevginin böyüklüyü Allaha xatir sevdiyimə görə idi.
Bəzəkli cümlələrlə yazmaq istəmirəm. İstəsəm də bacarmıram bunu. Sadəcə həyat hekayəmi yazacam.
Sosial şəbəkələrdə çoxlu möminə bacı və qardaş tanışlarım var idi. Tez tez bu uşaqlarla birgə uşaq evlərinə, qocalar evlərinə, ruhi dispanseri ziyarət edirdik. Çox sağlam və mehriban kollektivimiz var idi. (Hansını ki, sonralar yoldaşım məni məhrum etdi) Bİr dəfə isə heç vaxt getmədiyim kollektivlə getdim uşaq evinə. Həyat yoldaşımla orda tanış olduq. Daha sonra məlum oldu ki, hər ikimiz eyni dini saytın istifadəçiləriyik. Beləcə tanışlığımız başladı. Bu aralar çox oxuyurdum İslamın ailə haqqında buyurduqlarını və bu çərçivədən çıxmamaq, Allahın razılığını qazanmaq ən böyük isytəyim idi. Gözəl bir müsəlman ailəmin olmasını istəyirdim, körpələrim gözlərini açıb dini, islamı bizlə öyrənsin istəyirdim....
Sən demə həyatda din adı altında gizlənən insanlar da var imiş. Əsla bu bütün möminlərə aid deyil. Nə də bununla kimsə islamın adına yüngüllük gətirdiyimi düşünməsin. Sadəcə insan nəfsinə qul olarkən bu cür olurmuş demək istədim. İslamla bağlı heç nə yoxdur dediklərimdə. Çox qısa zamanda bu insan sanki məni ovsunladı. Dini savadı, imanı, təqvası yerində biri olduğuna inandırdı. Tanışığımızdan 2 ay sonra nişanlandıq. 6 ay sonra isə ailə qurduq. Bir nüansı qeyd edim ki, həyat yoldaşımda kiçik fiziki qüsur var. (bunu Allah da şahiddir ki, hansı niyyətlə deyirəm.) Hardasa bu da mənə bir növ sınaq oldu. Özlüyümdə düşündüm ki, kimsə bilmir sabah başına nə gələcək. Əgər mən buna görə o insandan uzaq duraramsa Allahın qəzəbinə gələrəm. Ailəm elə ona görə məni vermirdi. Tanımırıq kimdir, nəçidir. "Qoy, öyrənək" dedi anam. Hətta ona da qarşı çıxdım ki, Allahın quludur. Hər necə pis olsa da ibadət əhlidir. Allah xofu var qəlbində deyə düşündüm. Ağladım, dua etdim, yalvardım ki, razı olun. Ailəm razılaşdı. O qədər uzun uzadı yazmaq olar ki...Amma bezdirici olmaq istəmirəm. Razılıq oldu, nişan gəldi. Heç bir şeyi nə sifariş verdim, nə də marağında oldum. Hər nə gətirsəz qəbuldur, dedim. İndiyə kimi hamı məni buna görə qınayır. Özünün dilindən söz aldım ki, mən valideynlərimə qarşı gedirəm, onları razı salacam. Amma sən məni heç vaxt peşman etmə. Elə nişanlı ikən peşman oldum. Nişanı qaytarmaq həddinə kimi gəldik. Amma olmadı, bacarmadım. Elə nişanlı ikən bu insanın iç üzünü görməyə başladım. İnternətdə ən aşağı, əxlaqsız həddə qadınlarla danışıqları, telefon zəngləri, sms-ləri... Hər şeydən keçdim, dedilər ki, guya ailə qurana kimidir, düzələcək. Amma elə ilk toy gecəmdə nə qədər yanıldığıma bir daha əmin oldum. (Öncədən üzr istəyirəm sözlərimə görə) İlk dəfə yaxınlığı belə mənə sanki qisas alırmış kimi oldu. Bu insan sanki həyatda başına gələn bədbəxt hadisəyə görə kimisə günahlandırmalı idi, o da mən oldum. Hələ gəlin gəldiyim 2 həftə idi ki, gecələr evdən çıxıb həyətdə telefonla danışırdı. Mənə isə "gözlə, gəlirəm" deyirdi. Təsəvvür edin, 2 həftəlik gəlin ərinin ona yaxınlaşmasını həsrətlə gözləyə. Axır bir gün saat 3-də çıxdım dalınca və tutdum telefonla danışmağını. Özü də mənim nömrəmlə danışırdı.
İlk dəfə onda mənə əl qaldırdı. İlk şillə üzümə dəyərkən sanki dünyam puç oldu, sındı darma-dağın oldu hər şey. Yenə yalan uydurmalar guya dostu ilə danışır, guya ölüm-dirim məsələsi var. İnandım, çünki insanın bu qədər asanlıqla, ustalıqla yalan danışa biləcəyini bilmirdim. Daha sonra gecələr zənglər davam edirdi. Bir gün həmin nömrəyə özüm zəng etdim, danışdım. Məlum oldu ki, ərim sadəcə həmin qadınla tanış olub görüşmək istəyib. Mənə də demişdi ki, zəng etsən o nömrəyə səni öldürəcəm. Zamanla həyatım mənə daha solğun görünürdü. Hər gün hər xırda sözə görə döyülmək, təhqir edilmək....Günü-gündən mənəvi dünyamın məhv olduğunu izləyirdim. Mənə dəfələrlə bıçaqla hədə gəlir, kəndiri gətirib özümü asmağa məcbur edir. Hamısı da qaynanamın şahidliyi ilə olurdu. Orucluqda işə gedirdim. Qalırdı evdə, bütün günü internetdə tanışlıqlar, zənglər ....Gəlirdim, kiçik bir şey üstündə amansızlıqla döyülürdüm. Oruclu ikən and verirdim döymə deyə...Yazdıqca sanki yaşadıqlarımı yenidən yaşayıram.
İlk evlilik ildönümüzü tamam matəm etdi mənə. Öz ad günümü mənə ayaqyolunda məcbur saxlatdı. Təhqirlər o qədər məni bezdirmişdi ki... Azca da olsa imanım olmasa idi özümə qəsd etməyi belə düşünürdüm. "Səni o qədər başına vuracam ki, havalanacaqsan, daha sonra sən dediklərinin yalan olduğunu düşünəcək atan-anan" deyirdi.
Bir neçə aydan sonra hamilə olduğumu öyrəndim. Hamiləliyim şükür, fəsadsız keçdi. Amma bu dönəmdə də əzablarım azalmadı. Bıçaqla üzərimə cumub uşaqı məhv edəcəyini deyirdi. Gecələri ağlayıb Allahdan körpəmi məndən almağını yalvarırdım Tanrıya.
9 ayı bir çox zülümlərə dözərək başa vurdum və oğlum dünyaya gəldi. Əməliyyatdan sonra çox pis fəsadlarım oldu. İndi şükür ki, düzəlmişəm biraz. Amma münasibətlər olduğu kimi qalmışdı, bəlkə də daha da pis oldu. Uşaq qucağında ikən mənim ünvanıma ən pozğun söyüşlər verir, kiçik bir sözü böyüdüb dava edir, məni döyürdü. Ona görə indi daha heç bir dialoqa girməməyə çalışıram. Uşağımın xatirinə...Amma sabah oğlum böyüyüb mənim çəkdiklərimi görərsə ona desəm də ki, sənə görə dözdüm düşünmürəm ki, məni anlasın. Bu günlərdə isə komputerdə təsadüfən yenidən danışıqlarını tapdım. Artıq hər şeydən elə bezmişəm ki...
Dözə bilmirəm. Axı mən də insanam. Mən də qadınam. Xahiş edirəm, xanımlar, qınamayın məni. Sadəcə bir bacı kimi, bir rəfiqə kimi, bir qadın kimi məsləhət verin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında
Yuxusuz körpələr
Leyla Əliyeva Şirvanşahlar Sarayında - FOTO
"7 qitənin gözəli" seçildi - FOTO
Dəhşət: əyyaş və pinti ana, acından ölən uşaq və zibilxana ev
İnqilablar bəzən gözəl olur
Məşhurların geyimlərini geyinən 6 yaşlı qız
"Sucuq"Şamaxı mətbəxindən(foto resept)
İspanaqlı toyuq (foto resept)
Qoç bürcü üçün dekorasiya nümunələri
6 aya idmansız 27 kq arıqladı - Sirri - FOTO
Polşa prezidenti koronavirusa yoluxdu
İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı
Bu məktəblər bağlandı
İdmanın faydaları
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Gülşen oğlunu 75 minlik bağçaya qoydu-FOTO
Bu il Bakıda 124 nəfər məktəbin 12-ci sinifini bitirib
Şokoladlı keks (foto resept)
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Tarkanın AYRILIQ xəbəri yayıldı-FOTO
Dünyanın ən nazik noutbuku təqdim edildi
50 yaşlı qadın üçəm doğdu
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Bu qız Rusiya gözəli seçildi
Alban və erməni kilsələrinin əsas fərqləri açıqlandı - VİDEO
Kartof salatı (video-resept)
Bakı bulvarı ərazisində Wi-Fi şəbəkəsi işə salınacaq
Bu gün beynəlxalq Yer Günüdür
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
Sürətli saç uzadan kök maskası
Gözəllik və cavanlıq vannaları
Messiyə nə olub?
Namaz qılan kiçik mələklər
Bosniya Azərbaycanla viza rejimini ləğv etdi
Ağ dişlər üçün ən sadə üsul
Üzdəki məsamələri sıxlaşdıran sabunlar
Sümük və oynaq ağrılarını aradan qaldıran üsullar
Kitabsevərlər "Mən necə oxumuşam"kitabını təqdim etdi!
Niyə kosmosda alkoqol qəbul etmək olmaz?
Şeymanın "Çağatay" kimliyi bəlli oldu-FOTO
Messi Ronaldonun dəvətini cavabsız qoymadı
Azərbaycanda koronavirusa kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
300 azərbaycanlı tələbəyə şad xəbər
Nazirlik “Arsak” qalmaqalına aydınlıq gətirdi
Baş nazirin müavini Uşaq Pulunun verilməsindən DANIŞDI
HTC Çində güclənmək istəyir
Məşhur teleaparıcı koronavirusdan yataraq sağaldı-Türkiyədə İLK
Ah kişilər kişilər!
Buraxılış imtahanında tətbiq olunacaq YENİLİKLƏR AÇIQLANDI
- ŞƏRHLƏR