28 may 1918-ci il müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.
İstiqlal Bəyannaməsi. Məmməd Əmin Rəsulzadə
1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə, Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub. 1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.
XƏBƏR LENTİ
Karantində qalmaq üçün kral qəsri təklif olundu - FOTO
İlham Əliyev: “Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir”
Yaxşı evdar xanımsınızmı?
Ronalduya Avropadan cəmi iki səs verilib
Bakıda ərzaq qıtlığı təşvişi
"Neftçi" fanatlarına şad xəbər
“Batmayan qadın”ın həyatı film olur-FOTO
Xiyar salatı (foto resept)
Günün qoroskopu: başladığınız işləri başa vurun
Ən yeni gəlin ayaqqabı modelləri
Bilərziklər
Kənd turizmindən pul qazanmaq istəyənlərin NƏZƏRİNƏ
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
İlham Əliyev qərəzli beynəlxalq təşkilatlardan danışdı: “Gəlsinlər və dəlilləri təqdim etsinlər”
Bürcünüzə görə hansı idmanı etməlisiniz?
Azərbaycanda elektron hərraclar keçiriləcək
HAVA necə olacaq?- 24 fevral
Qan vermənin faydaları və zərərləri
Dərini qidalandıran maska
Təqaüdçülər üçün ən yaxşı ölkə
Türk xilasedici itə süni nəfəs verdi - VİDEO
Neftimiz yenə bahalaşdı
Məhərrəm ayının fəzilətləri
Günün qoroskopu: deyilənlərdən yararlana bilərsiniz
Çiyələkli piroq (foto resept)
Azərbaycanda zəlzələ oldu
İrem Dericinin hələ də evsiz qalması diqqət çəkir
Daha sağlam yaşamaq üçün su için!
Günün qoroskopu - 26.10.2013
HAVA necə olacaq?
Azərbaycanda kompüter istifadəçilərinə XƏBƏRDARLIQ
Bu ölkə eboladan xilas oldu
2019-da 2000-ci illərin trendləri geri qayıdır
Kraliça geyimlərinin qiymətindən yazdı-FOTO
Azərbaycanda pensiyaların ödənilməsinə başlanıldı
Azərbaycan yeni pensiya sisteminə keçir
Dondurmalı Profiterol (foto resept)
Nazir birinciləri təbrik etdi: "Hər birinizə nailiyyətlər arzulayıram"
Qadın yaylıqlarının bağlanma üsulları
90 yaşlı "Azərbaycanfilm"
Azərbaycanda ən çox yayılan qeyri-infeksion xəstəliklər açıqlandı
Ancelina Coli qızardılmış əqrəb və tarantul yedi
İrina Şeyk geyimi ilə diqqət çəkdi-FOTO
Yeni bir səhifə...
Azərbaycandan ABŞ-a etiraz
Plaşları necə kombinləməli?
Merve özünə qoyduğu qadağanı pozdu - FOTO
Lətifələr
Günün ulduz falı - 24.12.2013
Yaşlandıqca cavanlaşan qadın-FOTO
- ŞƏRHLƏR