1. Rinoplastika- burnun xarici şəklini dəyişdirmək üçün aparılan əməliyyatdır. Bununla birlikdə xəstədə çəpər əyriliyi və nəfəs alma problemi varsa bu da eyni zamanda düzəldilməlidir. Bu əməliyyata “rinoseptoplastika” adı verilir. Bəzən xarici burun toxumaları əvvəlki əməliyyatlar, travma və ya anadangəlmə qüsur səbəbi ilə nəfəs almaya mane olur. Xəstənin burun nəfəsini düzəltmək üçün “funksional rinoplastika” əməliyyatı aparılır.
2. Rinoplastika üçün müraciət edən xəstə burnun hansı hissələrini bəyənmədiyini və dəyişdirmək istədiyini bilməlidir və həkimə bildirməlidir. Heç bir vaxt öz burun formanız haqqındaki qərarı həkimə buraxmayınız! Unutmayın ki, hər kəsin zövqü fərqlidir və əməliyyatdan sonraki burnu məhz siz bütün həyatınız müddətində üzünüzdə daşıyacaqsınız!
3. Rinoplastika əməliyyatı yerli, ya da ümumi narkoz altında aparılır. Burundaki kəsiklər müxtəlif şəkildə icra edilir. Əməliyyatdan sonrakı dövrdə, həkimdən asılı olaraq müxtəlif şəkildə təşkil edilir. Ona görə, burunda əmələ gələcək dəyişiklikləri, aparılacaq kəsikləri, əməliyyat sonrası dövrü, mümkün fəsadları və digər mövzuları həkiminiz ilə acıq şəkildə müzakirə ediniz.
4. Azərbaycan şəraitində rinoplastikanın qeyri-mitəxəssis tərəfindən aparılması nəticəsində burun belciyinin həddindən çox çıxardılması tez-tez görülür. Bundan sonra burun qanadlarının yanlardan kəsilməsi lazım olur və burun həddindən çox kiçildilir. Nəticədə burun nəfəsi çətinləşir, üzdə tikiş izləri qalır və ümumiyyətlə burun “standart, inkubator, əməliyyat edilmiş” bir görünüş alır.
5. Azərbaycan şəraitində burunlarda orta və ağır dərəcəli burun çəpəri əyriliyi və xüsusi ilə burun ucu deformasiyaları daha çox rast gəldiyi üçün əməliyyatın ümumi narkoz altında və açıq üsülla aparılması məqsədə uyğundur.
6. Həkim seçərkən yuxarıda yazılan rəsmi sənədlərə diqqət edin, həkimin əl işlərinə baxın, mümkünsə xəstələri ilə canlı olaraq tanışın. Öz daxili hisslərinizi də dinləyin. Uğurlu nəticə üçün sizin həkim ilə müsbət ünsiyyətdə olmanız çox mühümdür.
7. Burun formasının kompyuter yardımı ilə seçilməsi “su altı daşları” olan bir metoddur. Ekranda çox cazib formalar əldə edilə bilər, lakin canlı toxumaların xüsusiyyətləri virtual şəkillərdən çox fərqlidir və nəticə gözlədiyinizdən fərqli olacaqdır. Bunu unutmayın!
8. Burun estetik əməliyyatından sonrakı dövr təxminən belə keçəcəkdir: burundakı tampon 2-3 gün sonra çıxardılır, gips 7-10 gün sonra alınır, tikişlər varsa 6-7 gün sonra sökülür, göz altı göyərmələr 2-3 həftəya keçir, şişkinliyin bir çox hissəsi 1-2 aya keçir, 6 aydan sonra burun forması oturmağa başlar və kiçik deformasiyalar varsa onların gələcəkdə düzəldilməsi müzakirə olunur, eynək 6-8 ay sonra giyilə bilər, kiçik düzəltmələr lazımsa 10-12 ay sonra aparılır.
XƏBƏR LENTİ
Yun paltarlara qulluq- Vacib qaydalar!
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”
Çoxuşaqlılığa görə müqavimət alan analar
22 yaşlı tələbə evdə sınaq keçirmək istədi, şok nəticə
“Eurovision-2019”un aparıcısı supermodel olacaq
Öskürəyə qarşı ballı qəhvə
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Ebola bitmədi
Sevgilisinə 50 min dollarlıq sırğa bağışladı
Maraqlı mətbəx əşyaları
Ağlayan keks (video-resept)
Christopher McCandles-Cəmiyyət
Nemtsovun qətlini kim sifariş verib?
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Pərviz "Survivor"dan yazdı
Fəlakət robotu ən güclü oldu
Gün var əsrə bərabər: ötənləri yada salaq
Kökəlməmək üçün bunları yeyin
Dəb və sevgi diyarı "Fransa"
Çox sevilən içki - kapuçino
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başa çatır
"Cəbhənin düşmən tərəfində yerləşən kəndlər köçürülüb"
Piylənmə ömürü 8 il qısaldır
Azərbaycanlı şagirdlərin üz qarası
Yağış yağacaq, temperatur yüksələcək
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edir"
İspaniyanın ən gözəl şəhərləri
Selena Gomezdən gözlənilməz açıqlama- VİDEO
Yuxugörmənin öyrənilmə tarixindən (son)
Əmək kitabçaları tarixə qovuşur
Türkiyə dənizçiləri 466 liviyalı qaçqını xilas etdilər
Rihannadan FOTOsessiya
Ölümü proqnozlaşdıran texnologiya yaradıldı
"Rocketman"hər kəsin diqqətini çəkir-FOTO
Ledi Qaqanın AYRILIQ səbəbi məlum oldu-FOTO
Manat nə vaxt ucuzlaşacaq?
Kartoflu çörək (video-resept)
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Bayram süfrəsinin bəzədilməsi üçün 10 aksessuar
Şərf və yaylıq bağlama üsulları - 2
Uşağımın dostu yoxdur...!
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi
Siyənək ilə kartof
2014-cü ilin hörüklü saç düzümləri
Toyda çəkilən FOTO hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Tele ulduz geyimi ilə HEYRƏTLƏNDİRDİ
Əsla bunu YEMƏYİN!
- ŞƏRHLƏR