Qadınlarda müxtəlif səbəblərdən aybaşının gecikməsi yaşana bilər. Mütəxəssislər ildə bir-iki dəfə aybaşı gecikməsinin normal ola biləcəyini, ancaq nizamsızlığın iki-üç ay davam edəcəyi təqdirdə həkimə müraciət etmək lazım olduğunu ifadə edir.
Aybaşı gecikməsinin bir çox səbəbi ola bilər: hormonal amillər, yumurtalıqların xəstəlikləri, stres, ağır məşq və ya çəkinin həddindən çox artması. Aybaşı gecikməsinin səbəbləri arasında ən çox rast gəlinəni yumurtalıqda folikulun çatlamamasıdır.
Əslində qadınların bir çoxu ildə bir-iki dəfə bu kimi problemlər yaşaya bilərlər. Fizioloji olan bu vəziyyət bir neçə günlük aybaşı gecikməsinə gətirib çıxardığı üçün qadınlar tərəfindən çox zaman fərq edilmir.
Gecikmə zamanı ilk olaraq ağla gəlməsi lazım olan isə hamiləlikdir. Aybaşı gecikməsi fizioloji olan bu hallar istisna olmaqla yumurtalıqlarda inkişaf edən endometrioz kistaları, yumurtalıqların xoş və bədxassəli şişləri kimi patoloji hallarda da ola bilər. Bəzi hormonal tarazlıq pozğunluqlarında da ilk əlamət aybaşı gecikməsi şəklində ola bilər.
Aybaşının gecikməsi zamanı müalicə şəkli baş vermiş patoloji hala görə dəyişir. Tiroit hormonunun çatışmazlığı zamanı tiroit hormonu verilir. Prolaktin hormonunun yüksək səviyyədə olduğu hallarda ifraz kəsici dərmanlar verilir. Yalnız çəkinin azalması hallarında belə aybaşı nizamlana bilər.
Progesteron hormonu və ya hamiləlik əleyhinə dərman preparatı ilə də müalicə mümkün ola bilər. Davamlı ostrogen hormonunun təsiri altında qalan uşaqlıq daxilini örtən endometrium təbəqəsi hər ay nizamlı olaraq aybaşı şəklində atılmadığı üçün davamlı olaraq qalınlaşar. Uzun illər ərzində bu vəziyyət davam edərsə, uşaqlıq xərçənginin meydana gəlməsi riski artır. Bundan başqa, aybaşı gecikmələri müalicə edilməzsə, hamilə qalmaq gecikər və ya reallaşmaz. Aybaşı gecikməsinin səbəbi yumurtalıqdakı kista olarsa, bu zaman gecikmədən müalicə almaq vacibdir.
XƏBƏR LENTİ
"Qarabağ" çempion oldu
Handenin makiyajsız halı_FOTO
Elm yoxsulluğunun yaratdığı dəhşət
"Tatlı" paxlava (foto resept)
Patoloji qısqanclıq və ya Otello sindromu
Acılı əzmə (foto resept)
Azərbaycanda 11 bank ləğv olunur
Bu göbələk bütün xəstəlikləri sağaldır
İsti su içməyin 5 faydası
Möhtəşəm valideynlər
Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir
Koronavirusla bağlı son STATİSTİKA
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Hormon dəyişmə qanunu
"Həkim, mənə ölüm ver..."
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Azərbaycanda koronavirus xəstələrinin sayı 400-ə çatdı
Ebru Gündeş Bodrumda dincəlir-FOTO
Yaz dekorasiyası
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu - VİDEO
Möhtəşəm don modelləri
Acun Ilıcalı Hülya Avşarın qonağı oldu
İşgüzarlığı artıran qidalar
Hansı dövlətin pasportu ilə vizasız daha çox ölkə gəzmək olar?
Britaniyalı model 16 illik sirrini açıqladı
Reynmen koronavirusdan sağaldı
Hava necə olacaq?
Vətən daşını yastıq edən qəhrəmanlar – VİDEO
Çempionlar Liqası finalının biletləri satışda
Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO
Səhər yeməyinin əvəzedilməz ərzaqları
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Hava haqqında
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Cazibədar xanımlara gəlinlik nümunələri
Yay çantaları
Alman dili 9-cu dərs
Arnold Şvartsnegger bomj oldu
Çaydanlar
Azərbaycanlı həkimlər Qəzzaya getməyə hazırdırlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-32
Leyla Əliyeva uşaqlar üçün bayram tədbirində - FOTO
Xanımlara sual!
Azərbaycanda 4387 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi
Günün qoroskopu:Uğurlu gündür!
Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
Cəbhədən son xəbər
- ŞƏRHLƏR