Bakıda hava
USD AZN
EUR AZN

Toyuqlu "qarnıyarıq"(foto resept)

Toyuqlu "qarnıyarıq"(foto resept)

Tərkibi:

2 ədəd toyuğun döş əti

1 ədəd soğan

3 ədəd yaşıl bibər

2 ədəd pomidor

Yarım dəstə cəfəri

2 diş sarımsaq

Duz,

Qara bibər,

Kəklik otu

9 ədəd badımcan

Qızartmaq üçün "Zeytun bağları" zeytun yağı

Sousu üçün:

1 çay qaşığı bibər tamatı, 2 su stəkanı su 

Hazırlanması:

Badımcanları soyub, ortadan uzunlamasına bıçaqla kəsik atın, amma tamamilə kəsməyin.

Duzla ovun. Yarım saata qədər gözlədib yuyun və qurulayın. Qızmış yağda hər tərəfini qızardın.

 

Toyuqlu "qarnıyarıq"(foto resept)

Digər tərəfdə soğanı və bibərləri xırda doğrayıb az yağda qızardın.

İçinə kiçik doğranmış toyuq ətini qoyub 5 dəqiqəyə qədər qovurun.

Dördkünc doğranmış pomidoru da əlavə edin.

Suyunu çəkməyə yaxın incə doğranmış cəfərini, duzu və ədviyyatları əlavə edib qarışdırın və ocaqdan götürün.

Qızaran badımcanları, hazırladığınız içlə doldurun.

 

Toyuqlu "qarnıyarıq"(foto resept)

1 cay qaşığı bibər tamatı suda əridin və badımcanların aralarına tökün.

Üzərini folqa ilə bağlayıb 200 dərəcəlik sobada 45 dəqiqə qədər bişirin. Üzərini açıb 10 dəqiqə daha bişirin.

 

Toyuqlu "qarnıyarıq"(foto resept)

Nuş olsun!

Səslərin sayı: 11
28
7532
loading...
Şərhlər
Offline
könka
Nə maraqlı yeməkdi bəyəndim give_ros
8 iyun 2015 19:45
Offline
Xanim_Xatun
Çox sag olun resept üçün

Buyurun Mələk xanim
8 iyun 2015 16:35
Offline
Mələksima
Çox sag olun resept üçün
8 iyun 2015 13:19
Offline
Xanim_Xatun
Əcəb gözəl görünür, məmnuniyyətlə, birini yeyərdim. Bunu sobasız da bişirmək olar, vam odda tavada, əla olar. Bəyəndim, paylaşım üçün təşəkkürlər.



Ramilya ))
Cox dadli yemeye oxshyir ) hazirlayib dadina baxmaq lazimdi)))


nigar dadasova
ellerinize salik baciim


Gultekin
Cox dadli gorunur beyendim mutleq edecem

cox sag olun xanimlar...
8 iyun 2015 13:10
Offline
Gultekin
Cox dadli gorunur beyendim mutleq edecem
8 iyun 2015 12:39
Offline
nigar dadasova
ellerinize salik baciim
8 iyun 2015 12:28
Offline
Ramilya ))
Cox dadli yemeye oxshyir ) hazirlayib dadina baxmaq lazimdi))) yes
8 iyun 2015 11:51
Offline
Sonay Quluzade
Əcəb gözəl görünür, məmnuniyyətlə, birini yeyərdim. Bunu sobasız da bişirmək olar, vam odda tavada, əla olar. Bəyəndim, paylaşım üçün təşəkkürlər.
8 iyun 2015 11:38
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )