Qadin.NET / Toyuqlu "qarnıyarıq"(foto resept)

Toyuqlu "qarnıyarıq"(foto resept)

Toyuqlu "qarnıyarıq"(foto resept)

Tərkibi:

2 ədəd toyuğun döş əti

1 ədəd soğan

3 ədəd yaşıl bibər

2 ədəd pomidor

Yarım dəstə cəfəri

2 diş sarımsaq

Duz,

Qara bibər,

Kəklik otu

9 ədəd badımcan

Qızartmaq üçün "Zeytun bağları" zeytun yağı

Sousu üçün:

1 çay qaşığı bibər tamatı, 2 su stəkanı su 

Hazırlanması:

Badımcanları soyub, ortadan uzunlamasına bıçaqla kəsik atın, amma tamamilə kəsməyin.

Duzla ovun. Yarım saata qədər gözlədib yuyun və qurulayın. Qızmış yağda hər tərəfini qızardın.

 

Toyuqlu "qarnıyarıq"(foto resept)

Digər tərəfdə soğanı və bibərləri xırda doğrayıb az yağda qızardın.

İçinə kiçik doğranmış toyuq ətini qoyub 5 dəqiqəyə qədər qovurun.

Dördkünc doğranmış pomidoru da əlavə edin.

Suyunu çəkməyə yaxın incə doğranmış cəfərini, duzu və ədviyyatları əlavə edib qarışdırın və ocaqdan götürün.

Qızaran badımcanları, hazırladığınız içlə doldurun.

 

Toyuqlu "qarnıyarıq"(foto resept)

1 cay qaşığı bibər tamatı suda əridin və badımcanların aralarına tökün.

Üzərini folqa ilə bağlayıb 200 dərəcəlik sobada 45 dəqiqə qədər bişirin. Üzərini açıb 10 dəqiqə daha bişirin.

 

Toyuqlu "qarnıyarıq"(foto resept)

Nuş olsun!

8 iyun 2015
GO BACK