
Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövrün daxilində hər il bir heyvan üzərində təhvil olur. Yaponiyada bu təqvim çox məşhurdur.
Əziz Qadın. Netlilər, buyurun öz doğum tarixinizi asanlıqla axtarın, tapın, oxuyun.

Meymun ili - 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016...
Bu insanlar ağıllıdırlar, cəlddirlər, ixtiraçıdırlar, orijinaldırlar. Ən mürəkkəb məsələni asanlıqla həll etməyi bacarırlar, lakin bununla bərabər etibarsız və ziddiyyətli insanlardırlar. Onlar hər nə oldusa, onu dərhal bilmək və öyrənmək istəyirlər, səbrsiz və hər şeylə maraqlanan olurlar. Ən yüngül maneə belə onların əhval-ruhiyyələrini korlaya bilir, hər hansı bir planlarını onların gözündən asanlıqla sala bilir. Onlardan bir çoxu qərarsız olurlar, bu xüsusiyyətləri ilə digərlərdən fərqlənirlər.
Düzgün qərar qəbul edirlər, sağlam düşüncəyə malik olurlar. Əgər onlara mane olan olmasa onlar çox şöhrətli olarlar. Yüksək vəzifə sahibi olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha və siçan.
Ailə qurduqda bəzən uğurlu ola bilər-dovşan, qoyun, it, meymun.
Ailə qurmaq üçün uğursuz olanlar - ilan, qaban, pələng.
Xoruz ili - 1921, 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017...
Bu insanlar əməyi sevirlər, öz işlərini həmişə asanlıqla yerinə yetirən olurlar. İstənilən işi öhdələrinə götürüb başa çatdırırlar, hətta bu işə gücləri çatmasa belə yenə də bezmirlər, sona qədər gedirlər. İnsanlarla dərhal ünsiyyət qura bilmirlər. Həqiqəti sevirlər, həqiqət üzrə mübarizə aparırlar və çox vaxt haqlı çıxırlar. Təbiətcə utancaq olan bu insanlar çox vaxt təkliyə üstünlük verirlər. Onlar həmişə maraqlı insan olurlar, daima yeniliklər düşünüb yaradırlar. Adətən dərin düşüncəli olurlar. Bəzən eqoist olurlar, amma həddindən artıq düzgün seçimlər edirlər.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- öküz, ilan, əjdaha.
Ailə qurduqda bəzən uğurlu ola bilər- xoruz, it, dovşan.
Ailə qurmaq üçün uğursuz olanlar- at, meymun, qoyun, qaban.

İt ili - 1922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018...
Bu insanlar doğrudurlar ,onlara etibar etmək olar, sirr saxlamağı bacarırlar. Bəzən eqosit olurlar, çalışqandırlar, bir çox hallarda inanılmaz dərəcədə tərs olurlar. Heç vaxt mal-dövlətə həris olmurlar, amma həmişə pulları olur. Daima mübarizə aparırlar və bilirlər nə dərəcədə düzgündürlər. Hə

