Dekabrın 28-də Bakıda rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, iş adamlarının və ekspertlərin iştirakı ilə "Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı - 2018" adlı tədbir keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısının rəhbərliyi ilə sistemli islahatların 2018-ci ildə də davam etdirildiyini, bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu keçdiyini, iqtisadiyyatın prioritet sahələrində müsbət nəticələrin əldə olunduğunu, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sənaye istehsalının və ixracının stimullaşdırılması və digər tədbirlər nəticəsində Azərbaycanın iqtisadi potensialının daha da artdığını qeyd edib. Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin istehsal və ixrac potensialının, habelə Azərbaycanın tranzit imkanlarının böyük olduğunu və bunların reallaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının və ixracının təşviqi məqsədilə təşkil olunmuş dəstək mexanizmlərinin uğurla həyata keçirildiyini bildirib.
Diqqətə çatdırılıb ki, bu istiqamətdə reallaşdırılan tədbirlər artıq öz nəticələrini verməkdədir. Belə ki, Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, regionların sənaye potensialından daha səmərəli istifadə etmək məqsədilə ölkə başçısının müvafiq tapşırıqlarına əsasən sənaye parkları və məhəllələri yaradılıb, müvafiq infrastruktur qurulub, həmin ərazilərdə müasir texnologiya və standartlara uyğun müəssisələr fəaliyyətə başlayıb. Artıq sənaye parklarının və məhəllələrinin 70-dən çox rezidenti tərəfindən 5 milyard manatdan çox investisiya yatırılıb. Azərbaycanda 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi çərçivəsində indiyədək 330 layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələrə 2,8 milyard manata qədər investisiya yatırılması və 22 minədək yeni iş yerinin açılması nəzərdə tutulub. Azərbaycanın 30 rayonu üzrə investisiya dəyəri 1,5 milyard manat olan 45 aqroparkın yaradılmasının təşviqi üzrə işlər davam etdirilib və artıq 18 aqropark fəaliyyətə başlayıb.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan regional və qlobal miqyaslı nəhəng infrastruktur və enerji layihələri barədə məlumat verib.
Sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 35 min 600-dən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib, bu kreditlər hesabına 165 minədək yeni iş yerinin açılması imkanı yaranıb.
Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə bir sıra ixrac təşviqi mexanizmləri tətbiq olunub, xarici ölkələrə ixrac missiyaları həyata keçirilib.
Şübhəsiz ki, dövlət səviyyəsində sahibkarlığın, qeyri-neft sahəsində istehsalın və ixracın dəstəklənməsi üçün atılan addımlar Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, sahibkarlığın davamlı inkişafına, Azərbaycan xalqının həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə xidmət edəcək.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edib.
Şahin Mustafayev özəl bölmənin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə ölkə sahibkarları adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edib.
Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dövlətimizin başçısının sərəncamları ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və səmərəli fəaliyyətlərinə görə təltif olunan 23 sahibkara medallarını, müxtəlif nominasiyalar üzrə seçilmiş 22 sahibkara İqtisadiyyat Nazirliyi tərəfindən verilən mükafatları təqdim ediblər.
XƏBƏR LENTİ
Azərbaycan 900 yeni vaqon alacaq
Badə-badə "yuxarıya"
Yemək görünüşlü üzüklər
Günün qoroskopu: romantik hisslərə qapılmayın
Əfqanıstanda təyyarə qəzasında ölənlərin cəsədlərinin laborator müayinəsinə başlanılıb
Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?
Bolqar bibərinin bilmədikləriniz faydaları
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Test imtahanının taleyi sual altındadır
Hicablı xanımlar üçün
"Fənərbağça" Azərbaycana gəlir
2011- Dovşan ili
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi
Müqəddəs Ramazan ayının ilk günü məlum oldu
Çində satıcısız mağazalar istifadəyə veriləcək
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Buqələmun yoxsa insan?!
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Şəmkirdə tibb məntəqəsi tikiləcək
Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş edib
2018-ci ilin ən çox qazanan aktyor bəlli oldu-FOTO
Venesuela prezidenti Obamadan xahiş etdi
Ketrin Zeta Cons qızı ilə ilk dəfə-FOTOsessiya etdirdi
İran kosmosa insan göndərəcək
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Qozlu tort (foto resept)
Göz rənginə görə göz qələmi seçimi
Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındı
Bundan sonra "Whatsapp" internetsiz olacaq - YENİLİK
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Ledi Qaqa və Madonna illər sonra barışdı-FOTO
Avropa Oyunları neçəyə başa gəldi?
İğdırlılar Ermənistan sərhədinə yürüş edəcəklər
Küçə sənəti - 2
Koronavirus infeksiyasının smartfonun və əsginasın üzərində qalma müddəti açıqlandı
Metroda daha bir yenilik
Mobil telefonlar haqqında bilmədiklərimiz
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Duz terapiyası
Stomatoloqdan qorxanlar oxusunlar!
Güclü yağış Gəncədə 34 evi uçurdu
Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - RƏSMİ
Yuxular və yuxuyozmalar (5)
Limon içlikli peçenye (foto resept)
Mehriban xanım Heydər Əliyevi andı
“Odnoklassniki”də video avtomatik işə düşəcək
Vulkan fermeri milyonçu etdi
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız