Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib.
Qəsəbənin korpus 8 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb. Həmin şəxsin ailə üzvləri dərhal təcili yardım çağırıblar. Nizami Mirzəyevi xəstəxanaya çatdırmaq istəsələr də, 57 yaşlı kişi yolda keçinib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
İnsan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi?
Qadin.Net trend-ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirir.
Həkimin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: "Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Belə halda da çox vaxt ölüm baş vermir. Ola bilər ki, arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sanca və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur. Bizim şöbəyə arı sancması ilə bağlı müraciətlər edirlər. Lakin, heç bir halda ölüm halı olmayıb".
A.Maqsudov bildirib ki, arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir: "Arının neştərində zəhər həddindən artıq azdır. Bu zəhərin həm təsiri azdır, həm də miqdarı. Zəhərin kimyəvi tərkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər".
Şöbə müdiri bildirib ki, iyun-iyul aylarında toksikologiya şöbəsinə arı sancması ilə bağlı 4 nəfər müraciət edib: "Onlardan 3-ü iyun, 1 nəfər isə iyul ayında müraciət edib. Həmin şəxslərə lazımi tibbi xidmət göstərilərək evə buraxılıb. Əsasən arı insanları isti aylarda sancır".
XƏBƏR LENTİ
Arıqlamaq üçün ilkin addımlar
Romantik bir gecə
Xərçəng xəstəliyinin əlamətləri
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Görünməmiş möcüzədir qadınlar
Saçlarımızı qoruyaq
Prezident AZAL-ı TƏNQİD ETDİ: Bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri haradadır?”
İlin ən yaxşı küçə rəsmləri
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
JLo öz bədən quruluşu ilə HEYRƏTLƏNDİRDİ
MN: “Hazırda döyüş əməliyyatları davam edir”
Günün qoroskopu: yalnız öz marağınızı düşünün
İsmail YK
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Fəlakət ölkə ərazisini artırdı
100 milyonluq TƏLƏB-FOTO
Smartfondan kiçik kondisioner hazırlandı
Hava XƏBƏRDARLIĞI
Ermənistanın sonu yaxınlaşır
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
3 şahmatçımız medalla dönür
Pop kraliçası Eurovision səhnəsində
Bakıda avtobuslar yenilənir
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Günün ulduz falı - 27.02.2014
İnsan alverinin qurbanı olmuş uşaqlara müjdəli xəbər
Köklü,darçınlı,qozlu keks (foto resept)
ABŞ-ın sabiq birinci xanımı vəfat etdi
Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra... - FOTO
Çinli alimlər xərçəngə qarşı nanorobotlar hazırladı
Hədiyyə ilə bağlı etiket qaydaları
Yaponlar dünyanı heyrətləndirdi
Britney Spears pəhrizi
Xocavənddə düşmənin darmadağın etdiyi həyatın bərpası ilə bağlı VACİB ADDIM
Rəssamlıqla məşğul olan həkim
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
Məşhur aparıcı ana oldu-FOTO
Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb
Putindən çoxbaşlı "soyqırımı" bəyanatı
Türkiyə İŞİD-lə döyüşə qoşulur
Mülki əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilib - VİDEO
Avokadolu pizza(foto resept)
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
Münasibətdəki soyuqluğun səbəbləri
Yarım ildə dörd min ailə dağıldı
BÜRCLƏR bizə nə vəd edir? - 23 mart
Bakıda uşaq bağçalarının açılması üçün hazırlıq işləri başladı