Dövlət İmtahan Mərkəzi 5 martda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər (39795 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Beləliklə, şagird öz yazı işi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.
Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunur. İmtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə şagirdlərin Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlarından toplanılan ballar cəmlənir və 3-ə vurulur.
Yaxın günlərdə martın 12-də, 18-də və aprelin 16-da keçirilmiş imtahanların nəticələri də mərhələli şəkildə açıqlanacaq.
İmtahanların nəticələri ilə bağlı 05 - 09 iyun 2017-ci il tarixində saat 9:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 30 may 2017-ci il tarixindən başlayaraq şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Apelyasiya Komissiyası Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, DİM-də inşaların (esselərin) yoxlanılması prosesi davam edir və buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək inşalara (esselərə) verilən qiymətlər də elan olunacaq.
Milli.Az
XƏBƏR LENTİ
Ermənilər qoşun yeritdi
Hələ yaşamağa dəyər
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Saç boyasının zərərləri
Bitcoin-in qiyməti 2500 dolları keçdi
Bakı sürücülərinin nəzərinə: yol dəyişdi
Azərbaycandan ABŞ-a etiraz
Bəzi "İPhone" telefonları bloklanacaq
Yeniyetmələrin 15 faizə qədəri yaşlarına uyğun olmayan saytlara daxil olurlar
Serotonin nədir və təbii yollarla necə artırılır
Biskvitlı tort (foto resept)
"Birinci ledi" lərin geyim stilli
Feysbildinq- üz üçün məşqlər
Kişilər hansı qadınlara meyillidirlər?
Kristina Bazan
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Uşaq aləmi
Yazda cücərdərəm səni…
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
7 addımda gözaltı torbalardan xilas olun!
Yarpız haqqında bilmədiklərimiz
Bakıda küçə sənətçiləri üçün yerlər ayrılacaq
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
"Qabusnamədən dəyərli sözlər" I hissə
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
Məşhur ulduz intihar etdi
Jerar Deparde təcavüzdə günahlandırır
İşə velosipedlə getməyin faydaları
"Çelsi" Kostaya 16 milyon təklif edir
"Terminator"un ulduzu vəfat etdi
Tanış olun: dünyanın ən yaşlı insanı odur
4D ultrasəs nə işə yarayır?
Binə hava limanı bağlanır
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Bugünkü evliliklərin ən böyük problemi
23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Uşağınızın sizi sevdiyini bildirən 7 işarə
Şokoladlı bezeli tort (foto resept)
Əkizlərin festival keçirildi-FOTO
Depressiyada olduğunuzu göstərən 4 xüsusiyyət
Erməni yalanları ifşa edilir
Polis gücləndirilmiş iş rejiminə keçdi
NAMAZ-VI Dərs-Azan və İqamə, Namazın fərzləri
Dazlaşma problemi olanlar, çarə tapıldı
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
Nelson Mandela haqqında bilmədiklərimiz