Bakteriyaların fəaliyyətinə mane olan maddə "antibiotic" adlanır.Antibiotiklər iki cür təsir göstərə bilər: onlar ya bakteriyaların artmasını dayandırır (bakteriostatik antibiotiklər), ya da bakteriyaları birbaşa öldürür (bakterisid antibiotiklər).
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, antibiotiklər bakteriyalar tərəfindən törədilən bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklərin arasında həyat üçün təhlükəli infeksiyalar (məsələn, meningit) və hətta adi problem sayılan sızanaq da var.
Antibiotiklər viruslar tərəfindən törədilən qrip və ya soyuqdəymə kimi xəstəliklər zamanı istifadə olunmur, çünki antibiotiklər viruslara təsir göstərmir.
Antibiotiklərə davamlılıq nədir?
Bakteriya hansısa antibiotikin təsirindən qorunma qabiliyyətini inkişaf etdirirsə, deməli, o, antibiotiklərə davamlılıq əldə edib. Yəni həmin antibiotik artıq bu bakteriyaya təsir göstərmir. İllər ərzində bir çox xəstəliklər törədən bakteriyanın müxtəlif antibiotiklərə davamlı olması antibiotiklərin həddindən çox və ya qeyri-düzgün istifadəsinin nəticəsidir.
Antibiotiklərə davamlılığın yaranması çox narahatedici haldır, çünki mövcud olan bir çox antibiotiklər artıq bakteriyalara təsir göstərmir. Beləliklə də bakterioloji xəstəliklərin müalicəsi çətinləşir.
İnsanlar arasında antibiotiklərlə bağlı bir çox yanlış fikirlər yayılmaqdadır.
Yanlış fikir 1: Özümü yaxşı hiss edən kimi antibiotiklərin qəbulunu dayandıra bilərəm.
Reallıq: Özünüzü yaxşı hiss etdiyinizə baxmayaraq, həkim tərəfindən təyin olunmuş antibiotiklərin qəbulunu davam etdirməlisiniz. Çünki müalicə kursunu tam bitirmədiyiniz halda, orqanizminizdə olan təhlükəli bakteriyaların bəziləri sağ qala bilər və bu, tərkar xəstələnməyinizə səbəb olar. Sağ qalmış bakteriyalarda antibiotiklərə davamlılıq yaranar, bu isə həm sizin, həm də yoluxdurduğunuz insanların xəstəliyinin müalicəsini çətinləşdirər.
Yanlış fikir: Həbləri günün istənilən vaxtında qəbul edə bilərəm, əsas odur ki, təyin olunmuş saya riayət edim.
Reallıq: Antibiotiklər vaxtında qəbul olunmadığı halda, onların təsiri azalır. Bu dərman maddələri orqanizminizdə məhdud bir vaxt ərzində qalır, buna görə də hər növbəti dozanı həkimin təyinatına əsasən qəbul etməlisiniz. Antibiotikləri müntəzəm qəbul etmirsinizsə, bakteriyalara adaptasiya və çoxalma üçün şərait yaradırsınız, bu da davamlılıq probleminin yaranmasına gətirib çıxara bilər.
Yanlış fikir: Mən artıq qalan həbləri növbəti müalicə üçün saxlaya bilərəm.
Reallıq: Müalicədən artıq qalan antibiotikləri özbaşına qəbul etmək düzgün deyil. Spesifik antibiotiklər spesifik bakteriyaya qarşı effektli olduğundan, konkret xəstəlik üçün konkret dərmanı yalnız həkim sizə təyin edə bilər.
Yanlış fikir: Antibiotiklər qrip və soyuqdəyməyə qarşı təsir göstərir.
Reallıq: Qrip və soyuqdəymə (boğaz ağrısı, əzələ ağrıları, titrəmə, zökəm, quru öskürək) adətən virus tərəfindən törədilir. Antibiotiklər virus infeksiyalarına təsir etmir. Onlar yalnız bakteriyalar tərəfindən yaranan infeksiya zamanı effektlidir.
Antibiotiklərdən düzgün istifadə edin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Zander (foto resept)
"Fənərbağça"lılara üzücü xəbər
Yaşıl çay saç maskası
Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi
Evdə jülyen hazırlayaq (foto-resept)
Mətbəx mebelləri
Zərif görünmək üçün nə geyinməli?
Göz ətrafı qırışları aradan qaldıran 2 təbii üsul
BÜRCLƏR bizə nə vəd edir? - 6 MAY
Azərbaycan Milli Ensiklopediyasının yeni binası (FOTO)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Rulet tortu (foto resept)
Şəkillərdə güldürən detallar
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib
Ordumuza səyyar hamamla xidmət edənlər: “Yaşımız çox olduğu üçün döyüşməyə qoymadılar, biz də...”
Film festivalında jüri olacaq - FOTO
Noutbuk satışı dünyada azalıb, Hindistanda iki dəfədən çox artıb
Telefonla çox danışanlara bəd xəbər
Hollivud ulduzu müsəlman olur
Qadının öz həyatını idarə etmə bacarığı
Daha bir yenilik - satışa quru araq çıxarılır
Yatmadan əvvəl dəri baxımı
İlham Əliyev Bəxtiyar Vahabzadə ilə bağlı sərəncam verdi
Qabırğalı-tərəvəzli yemək (foto resept)
Süni mayalandırma düşünənlər üçün düzgün qidalanma tövsiyələri
İşıqsız dünya
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Ulduzun gitarası 6,7 milyona satıldı-FOTO
Hər kəs bu tarixi gözləyir-10 Yanvar
"Kişi və qadın" tamaşası Qazaxda
Tatarıstanda matəm elan olundu
“The New York Times”da Füzuli və Ağdamdakı dağıntılar haqqında məqalə yayımlanıb - FOTO
Moskvada metal anqar yanır - VİDEO
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Aspirinin bilinməyən faydası tapıldı
Günün qoroskopu: xərclərinizi azaldın
Mənim dərsliyim Sənsən!
"İndi ancaq toyxanadır, bozbaşdır, kababdır..."
Ömür dediyin...
Əhaliyə xəbərdarlıq edildi!
Məşhur cütlüyün beşinci övladı doğuldu
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
Kənan yeni ev axtarışındadır - FOTO
Bu da ən uzun iftar süfrəsi
Kompüter təhlükəsizliyi
Hava haqqında
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Güzgüylə dizayn edilmiş otaqlar
Sabahdan Novruz tətili başlayır