Ölkənin ekoloji durumunun fəlakətli həddə olduğunu qeyd edən N.Süleymanov deyir ki, təkcə Bakının havasının çirklənməsinin 75 faizi avtomobillərin payına düşür: “Rəsmi statistikaya görə, bu gün Azərbaycanda 1 milyon 245 min avtomobil var. Bunun da 70-75%-i Bakı şəhərindədir. Onların isə atmosferə atdığı və insan orqanizmi üçün olduqca təhlükəli olan zəhərli qazların miqdarı ən azı 25-26 milyon ton təşkil edir”.
Paytaxtda vəziyyətin daha dəhşətli olduğunu vurğulayan N.Süleymanovun sözlərinə görə, hər il təkcə Bakıya avtomobillərdən 25-26 milyon ton zəhərli qaz atılır: “Bu, hər ay azı 2 milyon ton, hər gün isə 70 min ton zəhər deməkdir. Bu hesabla məlum olur ki, atmosferə saatda təqribən 3 min ton, dəqiqə isə 50 ton (!) zəhərli tullantı atılır. Bu, çox dəhşətli göstəricidir”. Akademik bu gün dünyanın bir çox ölkələrində ekologiya məsələsinin prioritet olduğunu və xüsusilə də Avropada, Amerikada, Qərbdə, hətta Şərqdə də bu məsələ ilə uzun illərdən bəri ciddi məşğul olmağa başlandığını xatırladır: “Belə bir məqamda ortaya sual çıxır, nə etmək lazımdır ki, bizdə də bu gün bərbad vəziyyətdə olan ekoloji vəziyyət ümumdünya standartları səviyyəsinə yüksəlsin. Bildiyiniz kimi mən materialşünaslıq və metallar fizikası sahəsinin mütəxəssisiyəm və həmçinin də yanacağın ekologiyası ilə 25 ilə yaxındır məşğulam.Yəni bir materialşünas alim kimi nanokatalizatorların, müxtəlif qurğuların hazırlanması ilə yanacağın təmiz yanmasını təmin etməklə əlaqədar işlər aparıram. Ona görə istər-istəməz müxtəlif sahələrin mütəxəssisləri və eyni zamanda Texniki Universitetin metallurgiya və avtomobil kafedraları ilə birgə işləyir, yaxud mütəmadi məsləhətləşirəm. Bütün ciddiyyəti ilə demək istəyirəm ki, bizim alimlərin bu sahədə əldə etdiyi elmi nailiyyətlər yaponlarda, almanlarda, yaxud amerikanlarda yoxdur. Lakin bu işlərin tətbiqinə ”bizimkilərindir" deyə yaxın duran da tapılmır".
Akademik havanı çirkləndirən avtomobillərlə bağlı da tədbirləri zəruri sayır: “Avropa ölkələrində avtomobillərdən atılan dəm qazının miqdarının yuxarı həddi 0,5 %-lə məhdudlaşdırılır. Adam gedir avtomobil alır, dəm qazının miqdarı 0,5%-dən yuxarıdırsa, onun istismarı ümumiyyətlə, qadağan olunur. Əgər göstərici bu rəqəmdən aşağıdırsa, o halda dövlətə müvafiq vergi ödəyir. Bizdə isə avtomobillərdən bir qismi şəhərdə tüstüləyə-tüstüləyə gedir. Bəzən elə qara tüstü buraxırlar ki, tüstü adamın kirpiklərinə də yapışır, zəhərli havadan adam az qalır boğulsun. Bu tüstü, şəhərdəki tıxaclar xərçəng xəstəliyinin mənbəyidir”.
Alimin sözlərinə görə, xüsusilə tıxacların olduğu ərazilərdə yaşayan insanlar xərçəng xəstəliyinə potensial namizədlərdir: “Əgər bir şəhərə dəqiqədə 50 ton zəhər havaya buraxılırsa, orda necə yaşamaq olar?” Belə davam etsə, Bakı şəhəri ekoloji vəziyyəti fəlakətli olan Tehran və digər şəhərləri keçəcək. Amma mən və mənim alim həmkarlarım Bakını çirkli havası olan şəhərlərlə yox, Avropanın təmiz şəhərləri ilə müqayisə etmək istərdik. Müqayisə üçün deyim ki, bir çox ölkələrdə, o cümlədən bütün Avropada avtomobillərin ətrafa atdığı zərərli qazların mütəmadi olaraq miqdarı yoxlanılır".
N.Süleymanov hökumətə təkliflərini də irəli sürdü: “Bu gün respublikada dövlətin nəzdində xüsusi təsərrüfat hesablı bir elmi mərkəz yaradılmalıdır. Bu mərkəz Avtomobilləşmənin Dövlət Tənzimləmə Elmi Mərkəzi və yaxud Avtomobil Nəqliyyatı Problemləri Elmi Araşdırma Mərkəzi də adlandırıla bilər. Amma bu mərkəz müstəqil olmalı, heç bir nazirliyin tərkibində olmamalı və heç kimdən asılı olmamalıdır. Birbaşa Nazirlər Kabinetinə tabe olmalıdır. Həmin mərkəz Avropada olduğu kimi nəinki dövlət büdcəsinə yük olmaz, hətta ona milyonlarla gəlir də gətirər. Bu qurum hər gün bu işlərə nəzarəti həyata keçirməli, təkliflər paketi hazırlayıb nazirliklərə verməlidir. İldə bir dəfə ”ekologiya ayı" keçirməkdənsə, hər saat ekologiyaya nəzarət edən bir qurum yaratmaq lazımdır və belə bir elmi mərkəzə böyük ehtiyac var".
Bazar günü olduğundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin münasibətini öyrənə bilmədik.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İşinizdən razısınızmı?
Azərbaycana yeni vəzifə həvalə edildi
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Tarkan xanımı üçün yollara düşdü
"Peyvəndi ya Acun, ya da Nusret tapacaq"
6 aylıq hamilə qadın: "Gündə 20 banan yeyirəm" - FOTO
Lauranın maraqlı makiyaj nümunələri
Qadın.netlilərin ləhcəsi (1)
Niyə məhz Qadın.Net?
Ayaq incəldən idmanlar
Günün qoroskopu: səbr edin
Sürücülərə xəbərdarlıq edildi
İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI-FOTO
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
Cırıq qaloşlar muzeyə qoyuldu
İspan dili 20-ci dərs
Ronaldodan təsirli paylaşım -FOTO
Dəriyə qulluq üçün istifadə olunan təbii yağlar
Gəlinlik seçərkən...
Bakı Avro-2020 üçün 19 şəhərlə yarışacaq
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
HAVA necə olacaq?-22 İyul
Tərəvəzli gül boxçalar (foto resept)
Balqabaqlı oladi (foto-resept)
Microsoft-dan yeni smartfonlar
Lazer epilasiyasından əvvəl bilməli olduqlarınız
Sabahdan I sinifə qəbul başlayır
Şəkiyə güclü qar yağıb
Gülbən Ergən yenidən gəlin olacaq-FOTO
Bakıda yolun çökməsinin səbəbi bilindi
Notr-Damın damında bağ salına bilər
Ən “təhlükəli” qan qrupu açıqlanıb
Sizdən bir xahişim var!..
Əllərimizi soğan iyindən qoruyaq
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (1)
Turşu suyunun faydaları
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı - RƏSMİ
Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO
Badamın inanılmaz faydaları
Psaki girovlar barədə danışdı
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Su zanbağının hazırlanması
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
- ŞƏRHLƏR