Baş gicəllənməsinin necə xoşagəlməz hiss olduğunu yəqin ki, hamımız bilirik. Ancaq çoxlarımız bu halın hansı səbəbdən yarandığından xəbərsizik. Qeyd edək ki, başgicəllənmə bəzən özünü qorxulu xəstəliklərin əlaməti kimi də göstərir.Əlbəttə, bu əlamət haqda dəqiq diaqnozu yalnız yoxlama və analizlərdən sonra həkim təyin edə bilər. Bununla belə, bu xoşagəlməz hiss haqda siravi insanların da bilməli olduqları bir çox məqamlar var.
İlk öncə qeyd edək ki, başgicəllənmə müxtəlif səbəblərdən yarana bilər. Həmin səbəblərin içində qorxulu məqamlarla yanaşı narahatçılığa əsas verməyənləri də var. Belə ki, insan özünü tam sağlam hiss etdiyi və əhval-ruhiyyəsi yaxşı olduğu halda belə başgicəllənmə baş verə bilər. Bu halla biz adətən həyəcanlandıqda, həddən artıq sevindikdə və s. hallarda qarşılaşırıq. Belə olan halda həyəcanlanmağa lüzum yoxdur. Bilin ki, bu, ötəri bir haldır və heç bir xəstəliyə işarə deyil.
Məsələn, sizdə başgicəllənmə hər hansı bir vacib tədbir öncəsi, qaraqabaq müdirinizə hesabat vermək ərəfəsində və ya lap elə sevgilinizin ağuşunda və s. vəziyyətlərdə yaranırsa, özünüzü qorxutmayın. Bilin ki, ötəri olan bu hal orqanizmdə baş verən normal proseslər səbəbindən yaranıb. Belə hallarda adətən başgicəllənmə qanda adrenalinin çoxalması səbəbindən hamar əzələlərin (o cümlədən də damarların hamar əzələlərinin) yığılaraq beyinə qanın normal çatmasına əngəl törətməsi üzündən baş verir.
Əksər hallarda isə başgicəllənmə nəqliyyat vasitələrində gedərkən, karuseldə yellənərkən və ya gəmi ilə səfərə çıxarkən baş verir. Bu halda da sizin həyəcanlanmağınıza lüzum yoxdur. Çünki belə başgicəllənmələrin səbəbi gördüklərimizlə vestibulyar (müvazinət) aparatın hiss etdikləri arasında uyğunsuzluqların olmasıdır. Belə ki, beyin eyni zamanda həm gördüklərimizi, həm də vestibulyar aparatın ona göndərdiyi siqnalları analiz edir və onlar arasındakı uyğunsuzluqlar beyini çaşdırır. Nəticədə isə başgicəllənmə yaranır.
Yuxarıda göstərilən amillərdən əlavə başgicəllənmələrinə beyinin mütənasibliyə cavab verən nöqtələrinə qanın normal çatmaması, başın qəfil döndərilməsi (odur ki, idman edərkən ani hərəkətləri ehtiyatla etmək lazımdır), qanda qlükozanın azalması (belə səbəbdən başgimcəllənmə daha çox dieta saxlayan xanımlarda müşahidə olunur) da səbəb ola bilər.
Arifə bir işarə
Yuxarıda göstərilən hallarda başgicəllənmə qorxulu xarakter daşımadığı halda aşağıda göstərəcəyimiz məqamlarda artıq onu hər hansı bir xəstəliyin əlaməti kimi qiymətləndirmək lazımdır. Qeyd edək ki, özünü xəstəliyin əlaməti kimi göstərən başgicəllənmələr mütəmadi olaraq baş verir. Belə olan halda xəstə anlamalıdır ki, bunun səbəbi artıq fizioloji yox, patoloji amillərdir. Yəni artıq həkimə müraciət etmək vaxtıdır. Ancaq bəzi hallarda başgicəllənməni müşayət edən amillərə diqqət yetirməklə xəstə özü də onun hansı xəstəliyin əlamati olduğunu müəyyən edə bilər.
Beləliklə, əgər sizdə başgicəllənmə zamanı...
...eşitmə zəifləyirsə
Əgər sizdə başgicəllənmə qulaqlarda küy və eşitmənin zəifləməsi ilə müşayət olunan bir neçə saatlıq tutmalarla keçirsə, bu, Menyer xəstəliyinə işarədir. Menyer daxili qulağın vestibulyar və eşitmə hissələrini əhatə edən mayenin normadan artıq olması və ya elektrolit nisbətinin pozulması nəticəsində yaranan xəstəlikdir. Xəstəliyin ən qəribə xüsusiyyəti ondadır ki, xəstə müəyyən tezliklə gələn səs dalğalarını eşidə bilmir. Məsələn, o, ucadan danışıqları pis eşitdiyi halda pıçıltı ilə deyilən sözləri aydın eşidir.
Yox, əgər başgicəllənmə ani olaraq başlanırsa və getdikcə eşitmənin birtərəfli zəifləməsi ilə müşayət olunursa, çox güman ki, bu beyində yaranan şişə işarədir.
Başgicəllənmə zamanı eşitmənin ani olaraq kəsilməsi isə orta və daxili qulaq arasındakı pərdənin yırtılmasından xəbər verir. Mərəzin əsas əlaməti öskürək və asqırma zamanı gicəllənmənin şiddətlənməsidir.
...başağrıları olursa
Başgicəllənmə zamanı qulaqlarda yaranan küy, işıqdan və səsdən qıcıqlanma miqrenin əlamətləri sayılır. Yox, əgər başgicəllənmə ilə baş ağrıları eyni vaxtda başlanarsa, bu, zəhərlənmə və ya kəllə-beyin zədələnməsindən xəbər verir.
...hərəkətin koordinasiyası pozularsa
Kəskin şəkildə yaranan başgicəllənməsi huşun itməsi, görmənin zəifləməsi, süstlük və hərəkətin koordinasiyasının pozulması ilə müşayət olunarsa, bu, beyinin qan dövranının kəskin şəkildə pozulduğuna (insult) işarədir. Əgər özünüzdə və ya yaxınlarınızda belə hal baş verərsə, "Təcili yardım" çağırmaq lazımdır.
...psixoloji diskomfort yaranarsa
Nevroz və depressiya zamanı isə başgicəllənmə adətən beyinin dumanlanması, ürəkbulanma, yıxılmaq qorxusu ilə müşayət olunur. Həkimlərin psixoqen başgicəllənməsi adlandırdıqları bu halın ən pis cəhəti onun həftələr, bəzənsə aylarla davam edə bilməsidir.
Sadəcə başgicəllənmə
Bəzən də başgicəllənmə heç bir amillə müşayət olunmur. Vestibulyar aparatın xəstəlikləri zamanı yaranan və özünü kəskin şəkildə göstərən bu başgicəllənmə zamanı xəstədə qəribə illüziyalar yaranır. Xəstəyə elə gəlir ki, o ətrafdakı predmetlərin içindədir. Daha sonra xəstəni soyuq tər basır və onda ürəkbulanma və gəyirmə başlanır.
Bu cür başgicəllənmə otit xəstəliyi fonunda meydana çıxarsa, xəstədə kəskin qulaq ağrıları da müşayət olunur.
Hərəkət zamanı kəskinləşən başgicəllənmə
Onurğa sütununun boyun hissəsində osteoxondroz olduqda isə baş gicəllənmələri hərəkət etdikcə (əsasən də başı hərəkət etdirdikdə) kəskinləşir.
Bəzənsə başgicəllənmə uzanmış vəziyyətdə bədənin vəziyyətinin dəyişməsi zamanı yaranır. Belə tutmalar bir neçə saniyədən tutmuş bir neçə dəqiqəyədək davam edir və heç nə olmayıbmış kimi ötüşür. Xəstəlik vestibulyar aparat reseptorlarının korlanması nəticəsində yaranır.
Dərman qəbulundan sonra yaranan başgicəllənmə
Bir çox dərmanların qəbulu nəticəsində də başgicəllənmə yarana bilər. Bunlara misal olaraq allergiya (suprastin, dimedrol), soyuqdəymə (koldreks, teraflyu) əleyhinə olan dərmanları, həmçinin bəzi antibiotikləri, yuxugətiriciləri və trankvilizatorları göstərmək olar.
Nə etməli?
Əgər dayandığınız yerdə başgicəllənmə başlanarsa, ilk növbədə özünüzü ələ alıb bir yerdə oturmağa və ya uzanmağa çalışın. Çünki müvazinətinizin itirilməsi nəticəsində yıxılaraq zədə ala bilərsiniz. Uzandıqda başınızın altına yastıq qoymayın ki, beyinə qanın çatması asanlaşsın. Heç bir kəskin hərəkət etmədən nəzərlərinizi otaqdakı predmetlərin birində cəmdəşdirin və ya gözlərinizi yumun.
Ən əsası isə başgicəllənmə uzun müddət davam edərsə və mütəmadi olaraq təkrarlanarsa, mütləq həkimə müraciət edin.
XƏBƏR LENTİ
AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək
Azərbaycan idmançısı dünyanın on ən yaxşı oyunçusu sırasında!
Azərbaycanda çimərliklərin istifadəsi ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Çay evlərində ömrünüzü çəkirsiniz?..
"Qızıl top"un sahibi bilindi
“Coker” üçün 50 milyon dollarlıq təklif
Rusiya prezidenti: “Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”
Prezidentin Mübariz İbrahimovun ailəsinə bağışladığı villa
Ebru Şallı aylar sonra ilk dəfə
Bolqar bibərindən bağlama(foto-resept)
Bu günün tarixi (03.01.2015)
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
Qıvrım saçlı xanımların diqqətinə
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Kloze yeni klub axtarışındadır
Ermənistandan Qarabağa gətirilən silahlılar: “Biz heç kimə lazım deyilik” - VİDEO
Günün ulduz falı
Bakıda GP2 yarışları oldu
Dikdaban ayaqqabıdan imtina üçün 5 səbəb
Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən daha qabaqcıl və demokratikdir
Dünya çempionatı başlanır: Azərbaycan Türkiyəyə qarşı
Məhərrəm ayının ilk gününün müstəhəb əməlləri
Daxili İşlər Nazirliyində kütləvi ixtisar? - 140 işçiyə 4 gün möhlət
Kişilərin koronavirusa yoluxma səbəbi BİLİNDİ
Dəri pencək alarkən bunlara diqqət edin!
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandı
Əhməd Davudoğlu koronavirusa yoluxub
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Geox payız kolleksiyası
ÜST-dən qrip peyvəndinin koronavirusa təsiri barədə AÇIQLAMA
İsti hava zəlzələnin carçısıdır?
Hazal Kayanın XINA GECƏSİndən -FOTO
Övladlarını təkbaşına böyüdən analar və ya...
Oruc əmrinə görə Allaha şükr etməliyik
Qarabağın azad olunması ilə bağlı imzatoplama kampaniyası davam edir
Bakıda 700 manata alça satılır
Azərbaycan dili - XIII Dərs
Rusiya Yay Olimpiya oyunlarından kənarlaşdırıla bilər
Günün qoroskopu: ömür dediyin...
Günün qoroskopu: şəxsi münasibətlərdə dəyişikliklərə hazır olun
Avqust ayı üzrə sosial yardımlar ödənildi
Kərə yağlı paratha (foto resept)
Burcu Esmersoy Bodrumda 2 milyona ev aldı
Dünya gəlinləri
Moskvada yaşayan həmvətənlərimiz də seçkidə aktivlik nümayiş etdirirlər
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
Moda saytı 20 milyon dollar investisiya aldı
28 dərəcə şaxta olacaq
Kraliça işçi axtarır - FANTASTİK MAAŞ
İnsanın mimikasını təkrarlayan robot yaradılıb
- ŞƏRHLƏR