Hər kəsə məlumdur ki, süni mayalanmadan adətən təbii yolla valideyn ola bilməyən cütlüklərin müalicəsində istifadə edilir. Adətən deyirəm, çünki son zamanlar bu yolla valideyn olmağa sadəcə cinsiyyət və say seçimi üçün də "varlığa nə darlıq" deyərək üz tutulur. Kimisi əkiz, üçüz, kimisi qız və ya oğlan "sifariş edir".
Bu xəbərdə süni mayalanmaya dini tərəfdən nəzər salmağımızı istəyirəm. Cəmiyyətimizdəki fikirlər təbliğat nəticəsində müəyyən qədər dəyişsə də, hələ də süni mayalanmaya "xor" baxanlar var. Sanki süni mayalanma demək, dünyaya qeyri-qanuni uşaq gətirmək deməkdir. Bir tərəfdən doğruluq payı da var...
Gəlin görək, süni mayalanmada hansı proseslər baş verir.
1. Qadında və ya kişidə olan səbəbdən normal yolla hamiləlik baş verə bilməyəndə, ər və arvadın cinsi hüceyrələri ekstrakorparal-yəni bədəndən xaricdə laboratoriya şəraitində mayalandırılaraq qadının rəhminə (uşaqlığına) yerləşdirilir. Burada haram heç nə yoxdur. Bir şərtlə ki, qadınla və ya kişi ilə yaxın ünsiyyətdə olan tibbi personal eyni cinsdən olacaq.
2. Qadında mayalanmağa yararlı yumurta hüceyrəsi olmayanda donor qadının yumurta hüceyrəsi ilə ərin sperma hüceyrəsi mayalandırılaraq ana olmaq istəyən qadının rəhminə yerləşdirilir. Bu bir halda halal ola bilər ki, donor qadın kişi ilə kəbinlidir. Bir şərtlə ki, qadınla və ya kişi ilə yaxın ünsiyyətdə olan tibbi personal eyni cinsdən olacaq.
3. Qadının rəhmi uşaq böyütmək üçün yararsızdırsa, ərlə arvadın cinsi hüceyrələri mayalandırılaraq başqa qadının-surroqat ananın rəhminə köçürülür. Yəni surroqat anadan inkubator kimi istifadə edilir. Bu halda da surroqat ana kişi ilə kəbinlidirsə halaldır. Bir şərtlə ki, qadınla və ya kişi ilə yaxın ünsiyyətdə olan tibbi personal eyni cinsdən olacaq.
4. Kişinin sperma hüceyrəsi yumurta hüceyrəni mayalandırmağa qadir deyil. Bu zaman donor kişinin cinsi hüceyrəsindən istifadə edilir. Burada isə qətiyyən halallıq yoxdur.
Yuxarıda sadaladığım halların halal olması bir çox din alimlərinin fikirləridir. Lakin gəlin bir də insanlığın, mənəviyyatın pəncərəsindən baxaq. İllər sonra baş verəcəklərə nəzər salaq...
2-ci və 3-cü bəndlərdə halal deyilən hallara nəzər salaq. Heç kimə gizli deyil ki, müasir zamanda heç də hər qadın yoldaşı üçün ikinci, üçüncü arvad almağa hazır deyil. Ana olmaq üçünsə qadın, qadınlıq prinsipindən keçməli olur. Ərinə kəbinli arvad almağa razı olur və o qadını öz analığına "şərik" edir. Bəli, bunlar doğulacaq körpənin şərikli anaları olur. İllərlə bu ailədə baş verənləri təsəvvür edin... Qadınlığı ilə analığının seçimi arasında qalmaq elə özü dərin psixoloji travmadır. Daha sonra uşağın gələcəkdə nə üçün iki analı olduğunun açıqlamaq çətinliyi. Və ya bu hal gizlədiləcəksə, ikinci ananın gözü qarşısındakı övladından "ana" kəlməsini duymamağın iztirabı və bunların ailəyə əks olunmaları... Zəncirvari davam edən proseslər bir körpə üçün verilən qurbanların sayını artırmayacaqmı?
Süni mayalanma ilə bağlı yenilikləri araşdırarkən bir həqiqət də mənə aydın oldu. Abort, yəni süni uşaqsalmanın günah olduğu hər kəsə bəllidir. Düzdür, bəzi din alimləri bunu 3 aya qədər etməyin mümkün olduğunu desələr də, çoxluq, ümumiyyətlə döllənmə baş verdikdən sonra abortun günah sayılmasının tərəfdarıdır. Süni mayalanma nəticəsində çox vaxt əkizlər və üçüzlər dünyaya gəlir. Buna səbəb isə odur ki, süni mayalanma üçün götürülən yumurta hüceyrələrin ən azı 7-8 ədəd olmasına çalışılır. Çünki bu hüceyrələri əldə etmək həm ağrılıdır, həm də əlavə zaman və maddiyat tələb edir. Bunun üçün xüsusi dərman terapiyasından istifadə edilir. Harama rast gəldiyim ilk məqam bu etapdadır. Belə ki, bu dərmanlar çox vaxt heyvan mənşəli olur və haramdır.
Götürülən yumurta hüceyrələrin içindən adətən 1-2 dənəsi (bəzən isə hamısı yararlı olur) qeyri-funksional sayılaraq atılır. Qalan 5-6 dənəsi isə süni yolla mayalandırılır. Çox vaxt usta əllərdə hamısı da döllənərək "probirkada hamiləlik" yaranır. Lakin uşaqlığa bunlardan yalnız iki və ya üçü köçürülür. Qalan "bəbələrin" taleyi necə olur? Avropa ölkələrində donorların rəsmi icazəsi ilə bu bir neçə günlük " bəbələr" dondurularaq gələcəkdə başqa pasientlərə donor olaraq köçürülür. Təsəvvür edirsiniz-belə davam edərsə, öz bacı və ya qardaşı ilə evlənmək ehtimalı artacaq... Digər ölkələrdə isə "gərəksiz artıq bəbələr" sadəcə atılır, yəni ekstrakorparal abort baş verir. Bu da ikinci haram.
Başda qeyd etdiyim cinsiyyət seçiminin özü də xoşagələn hal deyil.
Bəzən günah əməllər bizə o qədər məsum şəkildə təqdim edilir ki, özümüz də hiss etmədən nəfsimizin qurbanına çevrilirik.
Valideyn olmaq arzusunda olan, amma ola bilməyənlərə isə səbr diləyirəm. Mümkün qədər Allahın əmrləri çərçivəsində müalicələrinizə davam edin və ümidlərinizi itirməyin. Olmayacaqsa da, deməli sizin boynunuza valideyn olmaq görəvi verilməyib. Siz axirətdə valideyn olaraq sorğulanmayacaqsınız. Övladından cavabdehlik isə ağır yükdür. Demək Yaradan sizə başqa bir vəzifə vermişdir. Çalışın "özünüzü" tapasınız, yoxluq içində itməyin, var olanı görməyə çalışın... Ən önəmli vəzifəmiz isə Allaha qul olmaqdır. Əgər hansısa dünyəvi istək bizi bu vəzifədən uzaqlaşdırırsa, bir düşünək - dəyərmi?! Allaha qəlbən təslim olmağı diləyənlərə bütün çətinliklər daha asan gəlir.
Şura 49/ Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.
Şura 50/ Yaxud hər ikisindən -həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
XƏBƏR LENTİ
Cennifer Lopezdən maraqlı addım-VİDEO
Sürücülərin diqqətinə
Ronaldu hönkür-hönkür ağladı
Britni Spirs növbəti ailə qalmaqalına qarışdı
Böyük yazarların gizli həyatı
Toyları ikinci dəfə təxirə düşdü-SƏBƏB
Süd, ət, yumurtanın qiyməti dəyişib
Qısaboğazlı çəkmələr
Sosyopatı necə tanımalı?(1)
Güzgüdəki əksim - həyat yoldaşım
71 yaşlı Ajda Pekkan ana olmaq istəyir
Onlar “Survivor 2021”-də yarışacaqlar - FOTO
2020-ci ildə keçiriləcək "Oskar"ın vaxtı açıqlandı
Prezident İlham Əliyev: "Azərbaycan və Ukrayna arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur"
Məşhur cütlüyün ikinci övladı doğuldu
Məşhurlar estetik əməliyyatdan əvvəl necə görünürdü
"Xruşşovka"ların sökülməsi məsələsinə aydınlıq gətirildi
Olimpiadanın açılışı günü Soçidə körpələr rekord vurdular
Türkiyədə zəlzələ
Bəbir dərisi naxışı dəbi
Son 14 ilin ən parlaq ulduzu yarandı
Balaca gəlinliklər
Təhsil Nazirliyindən məktəbli forması ilə bağlı tövsiyə
Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Sizi sevdiyini göstərən xüsusiyyətlər
Şokoladın faydaları
Sağlam şəkildə cavan qalmaq üçün 12 addım
Yazda estetik əməliyyat ziyanlıdırmı?
Maraqlı evlənmə təklifi
700 metr hündürlükdəki Səma körpüsü
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Azərbaycanlı pəhləvan hər kəsi heyrətləndirdi-FOTO
Microsoft və Facebook boşluq tapana...
Tanınmış qadınların simasında gəlincik
Rusiyalı məşhur müğənninin konsertində pərəstişkarı öldü
Güləşçimiz 5 qat Avropa çempionu oldu
Azərbaycanda qaynana-kürəkən münasibətləri
Cəbhədə güllə səsi eşidilməyən bir saat da olmur
Kan film festivalı; Qırmızı xalça
Bakıda marşrut avtobusu hökumətin qərarını belə pozdu - FOTO
"Avropa Oyunları" zolağına çıxanlar 40 manat cərimə olunacaqlar
Azərbaycanda ilk dəfə Milli Qolf Turniri keçirilir
"Şirin" üzüklər
Dünyanın ən varlı adamları Londonda yaşamağa üstünlük verirlər
Cəsarətli xanımlar üçün yeni şalvar modeli satışa çıxarıldı-FOTO
İnsan bədəni haqqında maraqlı faktlar
Sumqayıtın ən yaxşı orta məktəbləri hansılardır?
“Facebook” “Snapchat”ın analoqunu yaradır
Aspirin xərçəngə qarşı vasitədir.
- ŞƏRHLƏR