Bulimiyadan əziyyət çəkən insalar stress və depressiv hallara çox və əllərinə keçəni yeməklə reaksiya verirlər.
Çox yeməklərinə baxmayaraq kökəlməyə də bilərlər.
Çox zaman bu vəziyyəti hormonal pozğunluqlarla səhv salırlar.
Bulimiya nədir?
Həyatın hər hansı mərhələsində istər böyük, istər kiçik neqativ hadisə, hiss, uğursuzluq, üsyan, tənhalıq, ayrılıq, itki xəstəliyi işə salır. Narahatlığı, təşvişi yüngülləşdirmək üçün insan qaydasız, sərhədsiz, vaxtsız-vədəsiz, demək olar ki, əlinə keçəni yeməyə başlayır. Hətta qidanı çeynəmədən sürətlə udur. Bu hal ilk əvvəl onu narahat etmir. Amma çəkisi artdıqca və yolda, küçədə belə gözü yemək axtaranda bu halından utanmağa başlayır, ətrafın qınağından, gülüş hədəfi olacağından qorxur. Piylənmə və çəki artımından qorunmaq üçün bulemiyalı insanlar mədə-bağırsağını yumağa, təmizlətməyə can atır, süni olaraq qusma effekti yaradır, sidikqovucular, qarınişlədicilər, çəki atan dərmanlar atmağa başlayır. Çox hallarda qonaqlıqda, restoranda, evdə yemək yeyir və bitəndən sonra çox yediyini düşünərək, tualetə qaşır, barmağını qida yoluna salıb özünü qusdurur. Belə adamlar qusmağa da meyilli olur.
Bulimiyalı insanları anoreksiya və piylənmədən əziyyət çəkən insanlardan fərqləndirmək, ayırmaq çətindir. Çünki çox zaman normal çəkidə, görünüşdə olurlar.
Bulimiyalı pasiyentlər özlərinə nəzarəti itirə bilir: onları heç kim yola gətirə bilmir, təkcə yeməyi yox, içki, nikotin və alkoqolu da çox qəbul etməyə meyilli olurlar. Digər stereotip davranışlardan mağaza və marketdə kiçik oğurluqlar və intihara meyilli olmağı misal göstərmək olar.
Bulimiyanın inkişaf səbəbi:
-Stress, depressiya
-Özünü dəyərsizləşdirmə
-Baş beyində kimyəvi maddələr və hormonların disbalansı
-Irsi, genetik
Əlamətləri:
-Diş emalının dağılması, damar problemləri
-Bədənin susuzlaşması
-Barmaqlarda cızıqlar, zədələr
-Udlaq və qida borusunda iltihab
-Mineral və duz dibalansına görə tez-tez əzələ qıcolması və ayaqların uyuşması
-Bağırsaq pozğunluğu
-Böyrək və qaraciyərin funsksiyasında pozulmalar
-Menstrual tsiklin pozulması
-Ürəkdə zəiflik
Nə etməli?
Əgər özünüzdə və ya yaxın insanda bu kimi əlamətlər varsa, məvburi şəkildə terapevt və nevropatoloq müayinəsinə getməlisiz. Çox zaman xəstə özü bulimiya olduğunu bilmir, həkimə getmək istəmir, o zaman başqa bir bəhanə ilə onu həkimə cəlb etmək lazımdır.
Bulimiya əlamətlərini təsdiq edən həkim dietroterapiya təyin edir. Xəstəyə antidepressantlar yazılır və psixoterapiya seansları keçirilir.
Güclü psixoterapevt hipnoz vasitəsilə xəstənin qarşısı alınmaz iştahını kontrol edə bilir. Yaxşı olar ki, bulimiyalı insanın ailəsi də səfərbər olsun. Çünki ailə bu adama nəzarət etməsə, o özünə kömək etməyəcək.
Profilaktika
Çox zaman xəstəliyin kökü ailədə, uşaqlıqdan qoyulur. Ailədə sağlam psixoloji ab-hava olmalı, uşaqlara yeməklə cəza və ya mükafat vermək olmaz. Əgər uşaq yeniyetməlik vaxtı öz çəkisi və bədənindən utanırsa, valideyn mütləq onun pəhrizinə diqqət etməlidir. Uşağın qida qəbulu arasındakı vaxt, yeməyin miqdarı və uşağın həyat tərzi korrektə olunmalıdır. Həmçinin uşaqda dərman qəbuluna qarşı etinasızlıq yaratmaq olmaz. Bəzən valideynlər uşağa dərmanları sevdirir, lazım oldu olmadı dərman verir. Uşaqda dərmandan ehtiyat etmək hissi olmur. Ona görə gələcəkdə bulimiya halında dərman qəbuluna da meyillik yaranır.
XƏBƏR LENTİ
Dükan pəhrizi ilə 25 kq arıqladım(3-cü mərhələ)
Qubadlı viran qalmış daha bir kəndindən görüntülər - VİDEO
Xərçəng xəstələrinə müjdə!
Fobiya növləri
Azərbaycanlı alim koronavirusun dərmanını tapıb - VİDEO
İdmançılarmız çinlilərə, türklər ermənilərə qarşı
Asiyanın ən gözəl şəlaləsi
Çin koronavirusa görə doqquz vaksin hazırlayıb
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi keçiriləcək
Ərdoğan Əhməd Cavadın şeirini səsləndirdi – VİDEO
Növbəti 4 günün havası AÇIQLANDI
Metropoliten "28 May" stansiyasını təhvil verməyə hazırlaşır
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Öz əllərimiz ilə 8 mart
Kimlərin qapanma günlərində işləyəcəyi açıqlandı - RƏSMİ
Ziynet Salı toy tarixini açıqladı
Hamiləlik dövrləri (11-19 həftələr)
Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyənləşdi
Piyləri artıran… fruktoza
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
Hind xalının sirri
Sarkisyan Ərdoğana başsağlığı verdi
Şeyma Subaşı bu dəfə də belə FOTO paylaşdı
Nokia tarixə qovuşacaq
Bonding nədir?
Can Yaman efirlərə qayıdır
Ermənilər Gəncəni atəşə tutdu: 5 ölü, 28 yaralı - YENİLƏNİB + VİDEO
İrem -4 dərəcə şaxtada konsert verdi-FOTO
Uşağın makrozomik olaraq doğulması
"Qarabağ" mərhələ adlasa, kimlə oynayacaq?
Ana Vətənimiz - Uşaqlarımız
Məşhur hind aktyorlarının bu günü
Kişi hansı halda arvadından boşana bilməz?
Qurani-kərim nə zaman indiki formasında toplanılıb?
Qış aylarındakı yaranan öskürək üçün nə etməli?
İngilis dili-Aa (3)
“Danışır Qarabağ!”: Vətənimizin səsini indi hər kəs duyacaq - VİDEOREPORTAJ
Günün ulduz falı
Dəri üçün faydalı olan qidalar
Rahat ayaqqabılar
Mətbəx dizaynı
Sürücülərə XƏBƏRDARLIQ: "Diqqətli olun"
Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək
Rusiya Azərbaycan FHN-ə mobil konteynerlər göndərdi - VİDEO
Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı VACİB AÇIQLAMA
Kürdəmirdə 67, bir kəndində 21 nəfər koronavirusa yoluxub - RƏSMİ
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Naxçıvandan gələn hərbçilər Şuşadan yaylım atəşi ilə yola salındı - VİDEO
Antarktidada nəhəng deşik tapıldı - FOTO
Tədris saatının azalması müəllimlərin əməkhaqlarına təsir edəcək? - RƏSMİ
- ŞƏRHLƏR