"Zəmanə dəyişir" sözü nə qədər çeynənmiş olsa da, o söz dünyada və şəhərimizdə hər kəsə aiddir. Bir zamanlar həyətdə oynayan uşaqları anaları evlərinə çağırmaq üçün eyvana çıxırdılar. Hərdən anamızın "Gəl evə!" səsinə görə də darıxırıq. O səsi min səsin arasından da seçə bilirdik. İndi isə analar uşaqlarını mobil telefona zəng vurmaqla çağırırlar. Milli.Az Day.Az-a istinadən bildirir ki, bunların səbəblərindən biri də ataların birinci sinfə gedən uşaqlarına həvəslə mobil telefon almasıdır. Atalar bunu edirlər ki, övladlarının anaları ilə ünsiyyətini rahatlaşdırsınlar. Bu arqumenti gətirən adamlar məktəbli üçün mobil telefonun vacib olduğunu iddia edirlər. Haqlı da ola bilərlər. Çünki mobil telefonu olan uşaq ilə hər zaman əlaqə saxlamaq, onun nə vaxt dərsdən qayıdacağını bilmək olar. Hər hansı səbəbdən bu ünsiyyət itdikdə valideynlər həyəcan təbili çalmağa başlayırlar. Uşağın mobil telefon gəzdirməsinə qarşı olanlar isə deyirlər ki, telefon uşağın dərslərinə, dərsə davamiyyətinə mənfi təsir göstərir. Uşaqlar mobil telefonla oyun oynayır, sosial şəbəkələrdə vaxt keçirirlər. Bir sözlə, hər şey edirlər ki, dərs oxumasınlar. Bununla belə, əziz valideyinlər, hər şey sizin əlinizdədir. Təkcə böyüklərlə deyil, uşaqlarla da razılığa gəlmək olar. Əgər siz uşağa telefon verib-verməmək problemini həll edə bilmirsinizsə, deməli, uşağın gələcəkdəki tərbiyəsində də çətinlik çəkəcəksiniz. Digər tərəfdən, valideynlər dərs zamanı işlətdiyinə görə müəllimin uşaqdan telefonu almasına hazırdırlarmı?
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
34 kq arıqladı, şahzadəyə bənzədi - FOTO
Neslihan yoldaşına ad günü sürprizi edib -FOTO
Valideynləri qocalar evinə atmaq çarə deyil
BÜRCLƏR bizə nə vəd edir? - 23 APREL
Azərbaycanda uşaqları sevindirəcək yenilik
Ailə qurmağa mane olan səbəblər
İndi də İspaniyada məşhurlaşdılar - FOTO
Hülyadan daha bir FOTO
Bu yeməklər narkotikdən betərdir
Koronavirusun öskürmə zamanı otaqda hərəkəti göstərildi - VİDEO
Evdə saç rəngini açmaq üçün 2 təbii üsul
Bu gün Milli Mətbuat Günüdür
Aldığı əraziyə baxış keçirərkən içərisində insan qalıqları olan 300 çuval aşkarladı - FOTO
6 aya idmansız 27 kq arıqladı - Sirri - FOTO
Rusiyada koronavirus testindən ilk olaraq kimlərin keçəcəyi açıqlandı
Oktyabrda hava necə olacaq?
Bu sezon ən iddialı trendləri
Gökhan Özen və Demet Akalın qalmaqalı böyüdü-VİDEO
Qadın.Net-lilərin ən böyük arzuları (2-ci hissə)
Evlərin dam örtüyü dəyişdiriləcək
Kivili piroq (foto resept)
COVİD-19-dan ölüm ehtimalını ikiqat artıran amil
İşin, yoxsa mənəviyyatın?
Facebook-dan qalmaqallı yenilik
Tibb bacısı: “Biz dəmirdən deyilik” - VİDEO
Builki abituriyentlərə ŞAD XƏBƏR
Sevgilinizi sizdən soyudan xətalar
Paltarına görə təyyarəyə buraxılmadı-FOTO
Leyla Əliyevadan qardaşına təbrik - FOTO
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edildi
Hazal Kaya AÇIQLAMA verdi
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
1905-1906-ci illər qırğınları
Avropada 66-cı olduq
Aişvariya Rainin 31 yaşlı Oğlu Peyda Oldu-VİDEO/FOTO
Bunu etməsən sənə nə deyərlər?
Uşağınıza ev tapşırığını sevdirin
Uçarkən ürəyiniz rahat olsun deyə…
Lənkərana dolu yağıb, təsərrüfatlara ziyan dəyib
Dünyada İLK: Yeni televizorlar gəlir - FOTO
Bakıda şaxta olacaq
Bu filmlərə baxmaq pulsuzdur!
Dünyanın ən zəngin futbolçuları
Saç tökülməsinin qarşısını alan qidalar
Türk bayrağına qarşı hərəkət sosial şəbəkəni "partlatdı"
Dərmanların qiyməti ilə bağlı açıqlama
Ağız və diş sağlamlığı ilə bağlı bilinən səhvlər
Təbii kosmetika
Anar Eyvazov: “Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir”
Uşaq və pul
- ŞƏRHLƏR