Əfsanəyə görə Tbilisi eramızdan əvvəl V əsrdə meşələrlə əhatə olunmuş qapalı bir yer olub. Kral Vahtanq Gorgasal bu yerlərə həmişə ova çıxarmış. Karalı müşayət edənlər uçan qırqovulların arxasınca şahin salar, şahinlər qırqovulları bir həmlədəcə caynaqlarına alıb yerə qoyardılar. Bir gün yenə onlar ova çıxıblarmış. Şahinləri qırqovulların arxasınca göyə qaldırıb nə qədər gözləsələr də, nə şahin, nə də qırqovul gözə dəymir. Onları axtarışa başlayırlar və hər ikisini də isti suya düşmüş bir yerdə tapırlar. Kral buranı çox bəyənir və həmin yerdə şəhər qurulması haqqında göstəriş verir. Şəhərə orada olan “tsheli (isti)” ya da köhnədən deyildiyi kimi “tpili(isti)” sudan ötəri “Tpilisi” ya da “Tbilisi” adı verilir. Həmin təbii isti (yumurtalı) suların üzərində Tbilisinin ən məhşur hamamları salındı. Həmin məhlə bütün Gürcü xalqının və eləcə də turistlərin baş çəkdiyi sağlamlıq mərkəzi kimi tanınır.
Onu da qeyd edim ki, İsti (yumurtalı) su məhləsində mərhum öndərimiz Heydər Əliyevin heykəli ucaldırlıb. Eyni zamanda Tbilisi şəhərində məhşur küçələrindən biri H. Əliyevin adını daşıyır.
Şəhər Kür çayının iki sahilində 350 km boyunca uzanmaqdadır. Ölkənin sənaye, mədəniyyət və sosial mərkəzi olan Tbilisi lap qədimdə Böyük İpək yolunun, bu gün isə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin üstündə yerləşir. Kür çayının şərq sahilində, köhnə şəhər mərkəzindəki Sololaki təpəsinin üzərində III əsrdə inşa edilən Nariqala qalasının qalıqları ən əhəmiyyətli ziyarət nöqtələrindən biridir.
Bu gün VIII əsrdə inşa edilmiş Kale abidələri arasında nəhəng bir qadın heykəli vardır. Bu “Gürcülərin anası” kimi sevilən Kartlis Dedanın heykəlidir. İlkin forma bu cür olub.
Abidə çox möhtəşəmdir, xüsusilə onu gecə işıqlandırdıqda daha uzaq məsafədən görünür. Sol əlində dostlar üçün bir tas şərab, sağ əlində döyüşə çağıran qılınc olan bu heykəl 1958-ci ildə şəhərin 1500 illiyi münasibəti ilə yenidən tikilmiş və Tbilisinin simvoluna çevrilmişdir.
Ötən yazılarımızda biz sizinlə Tbilisinin məşhur, həm də füsunkar əraziləri ilə tanış olduq. Bu yazımızı isə həmin füsunkarlıqların davamı olaraq Dağüstü parkdan davam edirik. Tbilisinin ən hündür zirvəsində yerləşən bu gözəl park “Mtaçminda” (Müqəddəs dağ) adlanır. 1929-cu ildən istifadəyə verilmişdir. Tbilisinin istənilən küçəsindən, istənilən nöqtəsindən həmin dağı və ən əsası onun üzərindəki telequlləni (hündürlüyü 280 m) görmək mümkündür.
Dağüstü park sözün əsl mənasında hər kəsi valeh edir. Bəzi turistlər bura ikinci “Disneyland” də deyirlər. Çünki burada böyüklərlə yanaşı, uşaqların da hər cür istirahəti üçün müxtəlifkonstruksiyalı fəvvarələr, iaşə, sağlamlıq və mədəniyyət obyetkləri, karusellər və s-lər var. Yeni evlənən çütlüklər Tanrı hüzurunda and içib gələcək səadətlərini ilk dəfə burada paylaşır, parkın küçələri ilə gəzir, xatirə şəkilləri çəkdirir, səadət dünyasına ilk addımlarını buradan başlayırlar...
Buyurun həmin dağüstü parkla tanış olun:
Ardı var..
XƏBƏR LENTİ
Ermənistan sərhədlərinə qayıdır
Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı
Qardaş qısqanclığı
Kiyev milisi odlu silaha əl atacaq
Bengü nişanlandı - FOTO
Bəşər Əsəd dürüstlük testindən keçdi
Yayın qısa saç trendləri
Çay sodasının faydaları
Dəbli polto modelləri
Qaşlar niyə tökülür?
150 balla bu ixtisaslara daxil ola bilərsiniz - SİYAHI
Kəmaləddin Heydərov: “FHN Suqovuşan su anbarını mühafizəyə götürüb”
Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 50 yeni yoluxma
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Şəhidimiz torpağa tapşırıldı
Sarımsağın faydaları haqqında
Broyler toyuğunda təhlükə
Stilini dəyişən Porsche 911
Koronavirusun qorxunc təsiri
Közlənmiş qarğıdalı və makaron (foto resept)
Tərxunun xeyri nədir?
Sıla onunla ayrıldı
Xəzərdə zəlzələ olub
Limonun ən faydalı beş cəhəti.
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
Maus və klaviaturasız kompüter
Dünyaca məşhur aktrisa öldü-FOTO
Təəccübləndirən müştərilər
İstidə işləmək qadağan edildi
Körpənin inkişafı
Makiyajda səhvlərə son
Yer kürəsinin əkizi tapıldı
ASAN Xidmətdə işləmək istəyənlərə ŞAD XƏBƏR
Günün qoroskopu:Uğurlu gündür!
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Pesto souslu balıq (foto resept)
4 K ekran hazırlanıb
Dünya səyahətinə çıxan məşhur cütlük-FOTO
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı
Qeyri-adi ayaqqabılar
Şəhzadə Harry və Meghanın toyu
Orucun qəbul olunmasının mühüm meyarları
Hande Erçel və Kerem Bürsinin yeni serialı bəlli oldu
Maraqlı vəziyyətdə qalan Ukrayna
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Sofiya Verqara sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Necati Şaşmazdan Amerikada evlilik xəbərlərinə AÇIQLAMA
Kardi B "Muhteşem Yüz Yıl"a heyrandır-FOTO
Uşaqların gülməli fotoları
- ŞƏRHLƏR