Vanın Gavaş mahalındakı Van gölünün ortasında 1092 illik bir tarixə sahib olan, bərpa işləri tamamlanıb açılışı keçirilən tarixi “Akdamar kilsə”sini bir çoxları tanıyır. Van şəhərinin simvolu olan bu kilsə bütün sirrini və dildən-dilə gəzən acı əfsanəsini qoruyaraq günümüzə qədər gəlib çatıb. Sizə bu kilsənin hekayəsini təqdim edirəm. Bəlkə bir gün oralara yolunuz düşər...
Keçmiş zamanda böyük bir monastırda keşişlərin yaşadığı, heç kəsin kənara çıxmasına icazə verilmədiyi və badam ağacları ilə dolu bir ada varmış. Amma bu adada elə bir qız varmış ki, gözəlliyi dillərdə dastanmış. Nə mən izah edə bilərəm, nə də siz təsəvvür edə bilərsiniz. Sahilə yaxın kəndlərdən birində güclü bədənə sahib, yaxşı üzə bilən, yaraşıqlı cavan oğlan varmış. Van gölünün duzlu və sərin suyunda üzərmiş. Gənc oğlan bir gün çox maraqlandığı adaya doğru üzmüş və sonra adanın sahilində uzanıbmış. İstirahət etdikdən sonra ətrafına göz gəzdirdikdə badam ağaclarının dibində badam yığan Tamara adlı bir qızı görür. Cavan oğlan bu qıza aşiq olur. Qızdırma xəstələrinin belə bu qədər titrəmədiyi şəkildə qızın eşqiylə titrəyir. Qız da oğlana aşiq olur. Artıq iki gənc gecələr keşişlərdən gizli-gizli görüşür, birlikdə Ayı, ulduzları və Van gölünü seyr edirlər. Bu hadisə hər gecə beləcə davam edir. Hər kəs ibadətə gedən zaman gözəllər gözəli Tamara əlinə fənər alaraq cavan oğlana işarə verir və bu gənc də gecə vaxtı adaya doğru üzərək Tamaraya qovuşardı... Ardı isə filmlərdəki, kitablardakı kimi bir sonluqla bitir.
Keşişlərdən biri bunu görür və bu hadisəni qızın atasına danışır. Yenə qaranlıq çökür və cavan oğlan sahildən adaya doğru boylanır. Amma həmin gecə möhkəm bir fırtına qopur. Tamara vəziyyətin gərgin olduğunu görür və həmin gecə fənəri yandırmır. Bunu fürsət bilən keşişlərdən biri fənəri götürür və adaya çıxır. Gənc oğlan da dəhşətli fırtınanı vecinə belə almadan işığa doğru üzməyə başlayır. Amma keşiş tez-tez işığın yerini dəyişir və oğlan da işığa görə istiqamətini dəyişir. Keşiş işığı adanın bütün ətrafı boyu gəzdirir. Gənc oğlan sularda boğulmağa başlayır. Sularda batarkən “Ah Tamara, ah Tamara” deyə qışqırıqları həm adada, həm də Van gölü sahillərində elə bir əks-səda verir ki, Tamara da hamı kimi bu səsləri eşidir. Bu səslərə dözə bilmir və özünü suya atır. Əfsanəyə görə, gəncləri Van gölünün sərin sularının dibində görürlər.
Bu hadisədən sonra "Ah Tamara" deyilməyə başlanan ada zamanla Akdamara çevrilir və kilsə də bu adla adlandırılır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur aktyor izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Badamlı peçenye (foto resept)
Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək? - SİYAHI
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 146 yeni yoluxma
Darçınlı bisküvit (foto-resept)
Krım sakini yadplanetlilər tərəfindən oğurlandı – Şok olay
Dilqəmdən oğluna məktub
Tuneldəki dərinlik
Boğaziçi körpüsünə şəhidlərin adı veriləcək
Hamilə Miranda Kerr -FOTO
Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ
Tarkana 3 milyonluq qonorar verildi-FOTO
İranlılara ümrə ziyarəti yasaqlandı
Siqaretlərin qiyməti düşdü
Çinin bütün əyalətləri virusa təslim oldu
2020-ci il üçün Bill Qeyts-dən beş kitab tövsiyəsi
Sürücələrə: "Yolu unudun"
Gözlər qəlbin aynasıdır
Apple pulları artırdı
Temperatur 40 dərəcəyə çatacaq
Merve Boluğur şantaj edildi
Lotoreyada 5 milyon dollar uddu
Möhtəşəm açılışdan möhtəşəm görüntülər
Nokia brendi yox olur
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
Qozlu, kremli kürəciklər (foto resept)
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Hər şey cəmi 9 gündə oldu... - FOTO
Pomidorlu düyü şorbası (foto resept)
"Mançester Yunayted"in "şrek"i 150-ni partlatdı
Milli Məclis dövlət büdcəsini nə vaxt təsdiqləyəcək?
Bu kişilərlə evlənməyin
Türkiyədə çayda üzən tabutlar insanları qorxuya saldı - VİDEO
Hansı xəstələrə pulsuz dərman verilməlidir?
Bu dəfə yol bağlanmayacaq
Aynada özümüzə baxırıqmı?
Nə üçün xiyar yeməliyik?
"Qarabağ" - "Neftçi" finalının keçiriləcəyi stadion
Qızıl balıqlı yaşıl şorba (foto resept)
İlham Əliyev və Ərdoğan bir-birinə təşəkkür etdi
Məşhur aktyordan gözlənilməz addım-FOTO
Niyə bəzi insanlar evlənməkdən qorxur?
Bacısı Bergüzar Korel haqqında DANIŞDI
Əfsanəvi aktyor karyerası ilə vidalaşır
Hava haqqında
BÜRCLƏR bizə nə vəd edir? -26 İyun
Bu günün hava proqnozu - 07.11.2013
Qadınlar haqqında deyilənlər
Payız fəsli üçün geyimlər
Özcan Deniin paylaşımı Diqqət Çəkdi-FOTO
- ŞƏRHLƏR