Yusuf çiçək əkib sataraq dolanardı. Onun işi bütün ölkədə bəyənilərdi. Heç bir çiçək onun bağçasındakılar qədər gözəl deyildi.
Padşah ölən bağbanın yerinə Yusufu işə götürmüşdü. Yusuf sarayın bağçasını gözəlləşdirməyə başlamışdı. Bir gün pəncərədən bağçanı izləyən padşahın qızını görür və ona dəli kimi aşiq olur. Gözlərini ondan çəkə bilmir və bir müddət onu izləməyə başlayır. Bir gün padşahın qızı onu görür, inci kimi gözləri ilə ona baxaraq gülümsəyir və sonra içəri keçir.
Yusuf işi ilə məşğul olurdu, amma ağlı hələ padşahın qızında idi. Elə onu düşünür, onunla əlaqədar xəyallar qururdu. Onunla evləndiyini və iki uşağı olmasını arzulayırdı. Yusuf hər gün bir tərəfdən bağçada işləyir, bir tərəfdən də şahzadənin pəncərəyə gəlməsini gözləyirdi, o gəldiyi zaman da onu baxışları ilə izləyirdi.
Günlərin bir günü padşahın qızı yanına nədimələrini də götürərək bağçada gəzintiyə çıxır. Bağçanın bənzərsiz gözəlliyini görür və nədimələrindən birini çağıraraq:
--Bu bağçanın bağbanını yanıma gətir - deyə əmr edir. Nədimə dərhal gedib Yusufu tapır və şahzadənin qarşısına gətirir. Şahzadə nədimələrinə dönərək:
--Siz çıxın - deyir. Qulluqçular oradan ayrılırlar. Şahzadə və Yusuf baş-başa qalır. Şahzadə Yusufa:
--Heç bu qədər gözəl bağça görməmişdim - deyir.
Yusuf yarıutancaq şəkildə:
--O sizin gözəlliyinizin yanında heçdir, şahzadəm - deyir. Padşahın qızı Yusufa dönərək :
--Sənin adın nədir? - deyə soruşur:
--Yusuf, şahzadəm.
Şahzadə:
--Yusuf, səndən bir şey istəyə bilərəmmi? - deyə soruşur.
Yusuf:
--Əlbəttə, şahzadəm - deyə cavab verir.
Şahzadə:
-- Bənzəri yalnız ay şahzadəsində olan mavi gülü mənim üçün tapmağını istəyirəm - deyir. Yusuf mavi gülün dünyada yetişmədiyini bilsə də aşiq ürəyiylə şahzadəyə"Yox" deyə bilmir. Şahzadə də ''Mavi gülü əlimə alacağım günü səbirsizliklə gözləyirəm'' deyərək ordan ayrılır.
Şahzadə getdikdən sonra Yusuf düşünməyə başlayır. "Mən necə, haradan taparam mavi gülü" deyir.
Ən son əllərini açaraq Tanrıya belə dua edir: "Ey Tanrım! Ey kimsəsizlərin kimsəsi, köməyə möhtac insanların dərmanı, mərhəməti bol Tanrım, sən mənim dərdimi bilirsən, mən bu işin içindən çıxa bilmirəm, mənə kömək et Tanrım'' , sonra yatır. Gecə yuxusunda göydən ulduzlara bənzəyən cisimlərin sarayın bağçasına endiyini görür və nə olduğuna baxmaq üçün çölə çıxır. Bağçanın ortasına gəldiyi zaman gördüyü işığın parlaqlığından bir müddət ətrafını görə bilmir. Gözləri işığa alışanda qarşısında 3 dənə əvvələr heç görmədiyi varlıqları görür.
Ortada dayanan bir neçə addım yaxınlaşaraq:
--Salam, Yusuf - deyir. - Mən Eşq mələyiyəm, sağımda dayanan yaxşılıq mələyi, solumda dayanan isə təbiət mələyidir. Sənə kömək etməyə gəldik. Tanrı mavi gülü tapmaqda sənə kömək etməyi tapşırıb.
Daha sonra Mələk geri çəkildi və Təbiət mələyi yanındakı qırmızı gül qönçəsinə dönərək:
--Ey qırmızı gül qönçəsi, Tanrının əmriylə sənə dərhal bənzərsiz mavi gül cücərtisinə çevrilməyini istəyirəm - deyir. Cücərti dərhal dəyişməyə başlar və çox gözəl, çox cazibədar bir gül qönçəsinə çevrilir. Yusuf beləsini daha əvvəl nə görmüş nə də eşitmişdi. Təbiət mələyi işini bitirdikdən sonra geri çəkilir.
Yaxşılıq mələyi önə çıxaraq:
--Ey mavi gül qönçəsi, Tanrının əmriylə hər bir zərrənin yaxşılıq, gözəllik içində mavi gül kimi açmağını istəyirəm - deyir. Bu zaman qönçədən bir tumurcuq çıxır və açmağa başlyır, yavaş-yavaş mavi gülə çevrilir.
Sonra yaxşılıq mələyidə geriyə çəkilir və eşq mələyi önə çıxaraq:
--Ey yaxşılıq və gözəlliklərlədolu mavi gül, Tanrının əmriylə sənə sahib olacaq şahzadənin səni iylədiyi an bütün ürəyiylə Yusufa aşiq olmasını istəyirəm - deyir. Bunu deyərkən mavi gülün ətrafını bir işıq buludu örtür. Yusufun bundan gözləri qamaşır. İşıq buludu böyüyür və bütün bağçanı təsiri altına aldıqdan sonra sürətlə mavi gülün ortasındakı boşluğa girərək oranı doldurur. Mələklər işlərini bitirdikdən sonra uçub gedirlər, Yusuf da yuxudan oyanır, artıq səhər idi. Dərhal bağçaya qaçır, mavi gülün eyni yerdə bitdiyini görür və yuxusunu gerçək etdiyi üçün Tanrıya şükr edir.
Daha sonra şahzadənin nədimələrindən birinin yanına gedərək:
--Şahzadəmizin məndən istədiyi bir şey vardı. Gedib söyləyin, istədiyi şeyi artıq gəlib ala bilər - deyir. Nədimə Yusufun dediklərindən bir şey anlamır, amma gedib onun sözlərini şahzadəyə çatdırır. Şahzadə həyəcanla Yusufun yanına gələrək:
--Nədimədən eşitdiyim doğrudurmu? - soruşur.
Yusuf:
--Bəli, şahzadəm - deyir və şahzadəni gülün yanına aparır. Gülü görüncə əvvəlcə gözlərinə inana bilməyən şahzadə daha sonra gülü qoparıb əlinə alır və dərhal iyləməyə başlır. Bir an sonra başı dumanlanmağa başlayır və özündən gedib yerə yıxılır. Nədimələr bunu padşaha bildirirlər. Padşah Yusufun qıza nəsə bir şey etdiyini düşünüb cəlladlara dərhal Yusufun boyunun vurulmasını əmr edir. Yusufun boyunu vurub cəsədini qaranlıq meşəyə basdırırlar.
Şahzadə 3 günlük dərin yuxudan sonra çox gümrah halda ayağa qalxır və ilk olaraq nədimələrindən Yusufu soruşur. Ağır xəbəri öyrəndiyi zaman dərhal gülünü istəyir. Gülün yarısının solduğunu görür. Şahzadə bir həftə yemədən, içmədən, yatmadan davamlı olaraq göz yaşı tökür.
Bir həftə sonra gecə yuxusunda Yusufu görür. Çox gözəl bir evin həyətində çox gözəl bir bağça yetişdirirmiş. Bağçasında hər növ çiçək vardı. Ancaq mavi güldən yalnız bir dənə idi.
Yusuf şahzadəyə dönərək:
--Bura cənnətdir, bura bizim evimizdir, şahzadəm. Hər şey sizi gözləyir, lütfən artıq yanıma gəlin - deyir. Şahzadə oyanar görür ki, hələ gecədir. Ağlından gördüyü yuxu keçir, zehnində Yusufun dedikləri səslənirdı. Birdən mavi gülü əlinə alır, pəncərəsini açır və özünü aşağı atır...
Səhər sarayda qiyamət qopur. Hamı ağlayırdı. Şahzadənin cansız bədəni yerdə idi, amma üzü ay kimi parlayır və üz ifadəsi sanki gülümsəməyi xatırladırdı. İki əlinin arasında bütünlüklə solan mavi gül vardı...
Buna görə də artıq dünyada mavi gül açmayacaq. Çünki Yusuf və şahzadə sevgisi bir də yaşanmayacaq. Mavi gül dünyaya yalnız bir dəfə gəldi, gəlişi də eynilə belə idi...
XƏBƏR LENTİ
Hansı yaş fərqi intim uyğunsuzluğa və xəyanətə səbəb olur? - ARAŞDIRMA
Bu həkimlər cərimələnəcək
Tariximiz Qazaxıstanda
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Qəhvə masajıyla selüliti yox edin
Qış röyası (foto resept)
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
Yanğının səbəb olduğu fəlakət
Uşaqlar uçun xəz papaqlar
Üç dövlət universiteti distant təhsil sisteminə keçdi
Demet Sıladan kömək istədi
Ağ evdə Novruz şənliyi
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Pazllar ("Epik")
Kabab (foto resept)
Teleradio yayımı ilə bağlı MÜHÜM QƏRAR
Şokoladlı və fındıqlı biscotti (foto-resept)
Azərbaycanda koronavirusdan sağalma sayı yoluxmanı keçdi: 38 nəfər öldü
Şeyma Subaşını paylaşdığı FOTO ələ verdi
İnsan üçün yaradılmış planet
Depressiyadan qorunmaq üçün idman
Araqla kompres edəndən sonra həmin yeri pak etmək lazımdırmı?
Pendirli açma (foto-resept)
Fransanı qana bulayan bilindi
Azərbaycanda hərbi qulluqçular üçün yeni binalar inşa edilir
Fahriye Evcenin estetik sirri ortaya çıxdı
Dondurmanı necə seçək?
Düyü şorbası (foto resept)
Kralın anası:"Oğlum şorgözdür"-FOTO
Aktrisa ayrılıq xəbərlərindən danışdı
Atəşkəs rejiminin pozulduğu Tovuzdan son görüntülər - VİDEO
Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq
Ölüm kokteyli:Ecstasy və spirt
Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI
Bunlar hər qadının qarderobunda olmalıdır!
Boyunbağılar
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün YENİ QAYDALAR
Emrahın oğlu"Survivor"dakı açıqlamaları ilə Gündəmdədir -FOTO
Pis vərdişləri necə tərgitməli?
Di Kaprio yeni filmdə qatil obrazını canlandıracaq
Toyuq ciyərindən olladilər (foto resept)
Hava haqqında - 15.12.2013
Kral ailəsi üçün 39 maşın aldı-FOTO
Cəfərinin faydaları
Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA
Acı bibərli isti şokolad
Karvinq dərsi-2
İdmançılarımız çətin sınaq qarşısında
Qadınları düşünən dizaynerlər
Alçanın kilosu 100 dollara satılır - İranda
- ŞƏRHLƏR