13 rəqəminin uğursuz olduğuna bağlı inanc dünyada o qədər məşhurdur ki, həyata bir çox istiqamətdə ciddi olaraq təsir etməkdədir. Bəzi ölkələrdə evlərin qapılarına 13 nömrəsi verilməz, təyyarələrdə 13-cü oturacaq sırası yoxdur, mənzillərdə, otellərdə 13-cü mərtəbə ya 12A-dır ya da 14-dür. 13 nömrəli otaq yoxdur. Olsa belə insanlar o otaqda qalmaq istəməzlər. Hətta ayın 13-də işə gəlməmək, təyyarə və qatar rezervasiyalarının ləğvi, alverin intensiviyinin azalması və bənzər davranışların ABŞ-a gündə milyonlarla dollara başa gəldiyi deyilməkdədir. Bu inanc bir fobiyadır, yəni bir növ qorxu xəstəliyi olaraq qəbul edilib, adı "triskaidekaphobia"dır.
Ümumiyyətlə bu inancın Hz. İsanın məşhur son yeməyindəki həvarilərin sayından qaynaqlandığı hesab edilsə də, kökü çox daha qədimlərə, mifoloji tanrıların yaşadığına inanılan çağlara, Skandinaviya torpaqlarına qədər gedir.
Rəvayətə görə, o zamanlarda işıq və gözəllik tanrısı Balder bir ziyafət verirmiş. Balder Vikinqlərin məşhur tanrısı Odin ilə Friqqanın oğlu olub, ay kraliçası Nannanın da həyat yoldaşıdır. Bu ziyafətə 12 adam qonaq ikən yalanların və hiylələrin tanrısı Loki qonaq olmadığı halda, zorla 13-cü adam olaraq məclisə qatılmaq istəyir. Ancaq bu vaxt yaranan mübahisədə Loki digər tanrılar tərəfindən də çox sevilən Balderi öldürür.
Bu mifoloji hekayə və inancı Skandinaviyadan Avropanın cənubuna qədər yayılır. Xristian din adamları bu xalq nağılını istifadə edirlər və Hz. İsanın son yeməyinə "tətbiq edirlər". Xristian versiyasında Balderin yerini Hz. İsa, Lokinin yerini də xain Judas (İuda) alır. Bu yeməkdən sonra 24 saat içində də Hz. İsa çarmıxa gərilərək öldürülür. Buna görə xristianlarda axşam yeməyində 13 adam bir araya gəlirsə bunlardan birinin başına bir fəlakət gələcəyinə inanılır.
Bu inanışlara görə 13 rəqəmi uğursuzdur ,amma ayın cümə gününə rast gələn 13-cü günü ümumiyyətlə uğursuzdur. Ancaq belə bir gündə doğulmusunuzsa tam tərsi, yəni 13 sizin uğurlu gününüzdür.
Cümə gününün uğursuz sayılmasına səbəb yaradılış mifində Həvvanın Adəmə almanı cümə günü yedirdib cənnətdən qovulmasına səbəb olması, Hz. Nuh zamanındakı böyük selin cümə günü olması, Hz. İsanın cümə günü çarmıxa gərilməsi kimi hadisələrdən biri və ya hamısı səbəb olmuş ola bilər. Müsəlmanlar isə Hz. Adəmin cümə günü yaradılması bu günə digər günlərdən daha çox dəyər verirlər.
13 rəqəminin uğursuzluğuna duyulan inancın mənşəyində bir il içində ayın 13 dəfə bütöv ay olaraq görünməsinin yatdığını söyləyənlər də vardır.
İlkin Cəfərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Madrid derbisində Xocalı qurbanlarının xatirəsi anıldı
Filmləri "toxuyan" Rasim Ocaqov
Gedənlərin geri qayıtmadığı adalar
ABŞ səfirliyi vizaların verilməsi ilə bağlı problemə aydınlıq gətirdi
Günün ulduz falı
Riyazi məntiq 6 (rəsmli)
Bakıda gəzməli hava olacaq
HAVA necə olacaq?- 3 MART
Tom Henks və xanımı koronavirus peyvəndi üçün könüllü oldular
İnsanın ehtiyacı olan bütün elementləri saxlayan qida
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Azərbaycanda çörək bahalaşır?
Merve Özbeyə milyon dəyərində hədiyyə
Təbəssüm bəxş edən çiçəklər
QATIQ, AYRAN VƏ SÜZMƏ HAQQINDA
Ronaldunun yeni yaxtasının qiyməti məlum oldu - FOTO
Mobil telefondan düzgün istifadə qaydaları.
Sentyabr ayının qalibləri!
"Bizim ən çətin rəqibimiz Azərbaycan millisidir"
"İdman və siyasəti qarışdırmaq lazım deyil"
Sizin eşq rəqəminiz neçədir?
Sürücü 1 hərf səhvinə görə İtaliya əvəzinə Almaniyaya getdi-FOTO
Mənasız dizayn nümunələri
İlin astroloji təhlili – 2020-ci ilə hazır olun!
Abituriyentlər üçün SON GÜN
Yığcam, lakin möhtəşəm ağac evi (FOTO-lar)
Qadınlar üçün deyilmiş sözlər
Bu ölkədə Allah sözü yasaqlandı
Avropada Windows phone zəiflədi
Hande Erçeldən nümunəvi addım
"Çukur" mövsum finalına hazırlaşır
Meyvəli piroq (foto resept)
Prezidentdən yeni Sərəncam
Romanı ayaqyalın fəth edən afrikalı
Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?
Rusiya Ermənistanda əlavə beş sərhəd postu yerləşdirib
Azərbaycanda kolleclərə qəbulda yenilik
Pozitiv olmaq öz əlinizdədir
Hamiləlikdə saç tökülməsi
Eksklüziv Audi RS6
İki ay əvvəl oğurlanan uşaq evinin 20 kilometrliyində zirzəmidə tapıldı
Məryəm Uzerli son görüntüsü ilə hamını heyrətləndirdi-FOTO
Rafet El Romanın EVLİLİK xəbəri yayıldı-FOTO
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
Bakı metrosunun yeni qatarları gəldi
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Kəbənin üzərini qara parça ilə nə zamandan örtürlər?
Doğulduğu aya görə uşağın xarakteri
Ukraynanın “Obezrevatel” kanalı Dağlıq Qarabağ münaqişəsi haqda film hazırlayıb - VİDEO
Sabahın HAVAsı
- ŞƏRHLƏR