Bu gün çərşənbələrdən üçüncüsü- Yel çərşənbəsidir. Yel çərşənbəsi xalq arasında Külək çərşənbəsi kimi də çağrılır. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləminə xoş təsir bağışlayır. Təbiətdə yazın ətri duyulmağa başlayır. Sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusən qadınlar, qızlar evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyir. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır. Xanımlar artıq bayramın özü üçün tədarüklər etməyə başlayırlar. Onlar bişirəcəkləri şirniyyatlara lazım olan məmulatları indidən hazırlayırlar. Evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdır. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Məhz bu səbəbdən insanlar süfrədə şirin məmulatlardan ibarət xonca hazırlayırlar. Bu çərşənbədə də digərlərində olduğu kimi hamının qapısında, həyətində tonqallar qalanır.
Əziz Qadın.Netin dəyərli istifadəçiləri, çərşənbənizi təbrik edir, sizə uğurlar arzu edirəm.
XƏBƏR LENTİ
Bayranqabağı hava
Ən yaxşılar seçilir
İtin-pişiyin nə xeyri var?
İşıqlı gecələr və zülmət gündüzlər şəhəri
Muğamımız Rusiyada səslənəcək
Üç dövlət universiteti distant təhsil sisteminə keçdi
Gül kələmi salatı (foto resept)
Koronavirusa qalib gəlmək üçün 5 qayda
Ayaqqabı təmizliyi üçün praktik üsullar
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Hava haqqında
Günün qoroskopu:Dəyişikliklərə hazır olun
Qeyri-adi eynəklər
Bakı məktəblərinin I sinfinə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı
HAVA necə olacaq?- 11 MART
İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşü bölgənin inkişafı üçün vacib adlandırıb
Bakı 2015-də ilk medalımızı qazandıq
Sami Yusifdən Azərbaycana dəstək
I siniflərə qəbulun vaxtı uzadıldı
Bu qızla kim evlənsə 10 milyon alacaq-FOTO
Azərbaycanda uşaqların qeysər kəsiyi ilə dünyaya gəlməsinə tibbi komissiyalar icazə verəcək
Dekorasiyada qara rəng dəbi
Bakıda çörək daşınmasında qadağa olacaq?
Manikürdə yarım ay trendi
Qışda maskalardan düzgün şəkildə istifadə etməyin qaydaları açıqlandı
Cəbhə xəttində gərginlik
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
"Victoria's Secret"in yeni mələkləri seçildi-FOTO
Murad Dalkılıç Bakıya gəlir
Ördək əti hansı xəstəliklərə faydalıdır
Rəngarəng çantalar
Yaponların qeyri-adi icadı
Jerar Depardenin məhkəmə işi ləğv olundu-FOTO
YENİLİK! Nazirlik valideynlərin istəyini nəzərə aldı
Azərbaycanlı körpəni erməni gülləsindən möcüzə qurtardı
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Rusiya Qarabağa girərsə, Türkiyə NƏ EDƏCƏK?
Bu ilin ən gözəl 15 qadını
Hər yaşa uyğun makiyaj
Sobada kartoflu toyuq (foto-resept)
HAVA necə olacaq?- 5 fevral
"Türkiyə Avropa Birliyini təhdid etməsin" - Jan Klod Yunker
"Neftçi" üçün "ölüm-qalım" matçı
Şeyma Acunu sildi
Hikmət Hacıyevdən “Sərhədsiz Reportyorlar”a və ATƏT-ə çağırış
Bill Qeyts koronavirus testləri barədə: “Boş yerə pul itkisidir”
Eşq dəryası
Nəhəng uşaq böyüyür
Sürücülərə XƏBƏRDARLIQ: "Noyabr və dekabr ayını gözləməyin"
Kəlbəcər meşələri erməni barbarlığı ilə üz-üzə: Təbiətin rəngini qaytaracağıq - VİDEO
- ŞƏRHLƏR