Aşağıdakı suallara bəli və xeyr deyə cavablandırın və cavablarınızı olduğu kimi şərhlərdə yazın. Mən onları hesablayıb comərd, güclü, cəsarətli və ya dürüst olduğunuzu sizə bildirəcəyəm. Ola bilsin ki verdiyiniz cavablar hesablanma zamanı əsl cavablarla uyğun gəlməsin, bu zaman sizə cavab yerinə uyğun gəlmədi yazacam.
Unutmayın ki, bunlar sadəcə olaraq şərti testlərdir və çalışın ciddiyə almayın. Bu tip testləri sizə təqdim etməkdə məqsədim gün ərzində yaşadığımız stresslərdən uzaqlaşmaq və əylənməkdir.
1. Hansısa bir xeyriyyə cəmiyyətinə yardım etməyi sevirsinizmi?
2. Diş həkiminə getməkdən qorxursunuzmu?
3. Hündür ağaclara qalxmaqdan qorxursunuzmu?
4. Dostlarına, rəfiqələrinə adətən çay, qəhvə kimi içkilər təklif edirsinizmi?
5. Sizdən kömək istəmədiyi halda ailə üzvlərinizdən hansınasa qarşılıqsız olaraq kömək edirsinizmi?
6. Dar bir dağ yolunda maşın və ya avtobusla getsəniz, qorxarsınızmı?
7. Qan görəndə qorxmaq və ya özünü itirmək kimi hallar sizdə də olurmu?
8. Bir dostunuza kömək lazımdır və sizdən başqa heç kim kömək edə bilməz. Belə bir halda ona kömək edərsinizmi?
9. Əgər böyük bir almanız olsa və almanı çox sevməyinizə baxmayaraq onu dostunuza
verərdinizmi?
10. Təsəvvür edin ki, diş həkiminin qəbulundasınız. Həkim də sizə deyir ki, dişinizi keyitmədən müalicə etmək məcburiyyətindədir. Buna razılıq verərsinizmi?
11. Bir işi başlayaraq onu bitirənəcən davam edirsinizmi?
12. Mağazadaykən sizə qaytarılan pulun qaytarılması lazım olandan çox olduğunu və kassada işləyənin səhvən sizə çox pul verdiyini bilsəniz, onu geri qaytararsınızmı?
13. Hər hansısa bir imtahandan zəif qiymət alsanız, növbəti günlərdə daim onu düşünüb
gününüzü korlayarsınızmı?
14. Yoldan pul tapsanız, onun sahibini axtararsınızmı?
15. İmtahan zamanı nəzarətçini sinifdən çölə çağırsalar, onun yoxluğundan yararlanıb cavabı köçürərsinizmi?
16. Hansısa bir futbol oyununa getmək istəyirsən, amma bilet almağa pulun yoxdur. O pulu qazanmaq üçün hər hansısa bir işə daxil olarsınızmı?
17. Bir tapşırıq yazırsınız və əlinizdə mürəkkəb qələm var. Birinci dəfə yazarkən qələmin mürəkkəbi vərəqə axır və ikinci vərəqi götürüb yenidən yazmağa başlayırsınız, bu dəfə də vərəqə mürəkkəb axır. Yenidən üçüncü vərəqi götürüb yazmağa başlayırsınız. Əgər üçüncü vərəqə də mürəkkəb axsa, dördüncü vərəqi yazmağa başlayarsınızmı?
18. Avtobusa minirsiniz. Avtobus o qədər basabasdır ki, bilet ala bilmirsiniz və sürücü də bunu hiss etmir. Bütün bunlara baxmayaraq sürücüyə güclə də olsa, yaxınlaşıb biletinizi alarsınızmı?
19.İmtahandan sonra nəticələri yoxlayanın sizə çaşaraq yüksək qiymət verdiyiniz görsəniz, bunu ona deyərsinizmi?
20. Şənbə günü alış-veriş mərkəzlərini gəzərək bir çox şeylər alıbsınız. Evə qayıdarkən çantalardan birini itirdiyinizi görsəniz, gün boyu gəzdiyiniz yerlərə qayıdıb həmin çantanı axtararsınızmı?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mövlana sözləri-3
Evdən gözəl qoxu gəlməsi üçün nə etməli?
Gəncənin raket atəşinə tutulması anı - VİDEO
Adriana Braziliyaya dəstək çıxdı-FOTO
"Türkiyədə korrupsiya qalmaqalı ölkə banklarına ziyan vurur"
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
“Bu gün yeni dövr başlayır”
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Hicablı nişan geyimləri
İş axtaranlara şad xəbər
Ən gözəl göbələklər
Gəncəyə Qafqaz dələləri gətirildi
Atatürk haqqında maraqlı faktlar
Türkiyədə matəm elanı
Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: asfaltsifət, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
Çantalar
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümüdür
Tanınmış aktyor Ələsgər Məmmədoğlu vəfat etdi
Məşhur aktrisadan FOTOsessiya
Şəhid general Polad Həşimovun anasından çağırış
Məhəmməd peyğəmbərin qızına verdiyi cehiz - ARAŞDIRMA
Kəpəyə qarşı təbii üsullar
Bu gecə ƏN UZUN Gecə olacaq
Di Kaprio məhkəmədə - Şok ittiham
İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq
Əl işlərim
Günün qoroskopu: nəyisə gizlədən insanlarla təmaslar istisna deyil
Ulduzlar haqqında yumor
Hülya bu dəfə də heyran etdi - FOTO
Ayselin “Eurovision 2018” mahnısı DƏYİŞDİRİLDİ:VİDEO
Makaronlu şorba (foto resept)
Birinci xanım Atəşgahda
Avropalı müşahidəçilərdən Qərbə tərs şillə: "Seçkilər yüksək səviyyədə keçirildi"
Bakının harasında ev tikilməz?
Bakıya yay gəlir
Yaddaşınız zəifdir? Çarə var
Moskvada metal anqar yanır - VİDEO
Azərbaycana qış gəldi
Heyva mürəbbəsi (foto resept)
Məşhur tərzi: Kate Middleton
Gəlin birləşək
Banklar əhalini necə aldadır?
Sübut edildi- Bəd nəzər var
İohann Ştraus
Bu gün bir neçə rayon qazsız qalacaq
Həkimlər xəbərdarlıq edir
Koornavirus mutasiya keçirdi - Amerikalı alimlər kritik dəyişikliyi açıqladı
Türkiyə ermənilərə qarşı bir yumruq kimi birləşdi
Qeyri-adi aksesuarlar
İngilis dili-Cc (1)
- ŞƏRHLƏR