1. Yemək yeməzdən əvvəl əllərinizi yuyursunuzmu?
A) Çox vaxt yumağı unuduram.
B) Bəzən uuntsam da, bəzən unutmuram.
C) Heç vaxt unutmuram.
2. Səhər məktəbə və ya işə gedərkən iş və ya sinif yoldaşlarınıza və ya ailə üzvlərinizə “Sabahınız xeyir” deyirsinizmi?
A) Çox vaxt demirəm.
B) Bəzən desəm də, bəzən demirəm.
C) Həmişə deyirəm.
3.Müəlliminiz dərs danışarkən və ya hansısa yığıncaqda kimsə danışarkən siz də yerinizdə danışırsınızmı?
A) Çox vaxt danışıram.
B) Bəzən danışsam da, bəzən danışmıram.
C) Heç vaxt danışmıram.
4.Məktəb, ev və ya iş yerinizdəki avadanlıqlarla düzgün rəftar edirsinizmi?
A) Çox vaxt düzgün rəftar etmirəm.
B) Bəzən düzgün rəftar etsəm də, bəzən düzgün rəftar etmirəm.
C) Həmişə düzgün rəftar edirəm.
5.Başqasının (və ya başqalarının) otağına girməzdən əvvəl qapını döyürsünüzmü?
A) Heç vaxt döymürəm.
B) Bəzən döysəm də, bəzən döymürəm.
C) Həmişə döyürəm.
6. Kiminləsə oyun oynayarkən sərt hərəkətlərə yol verirsinizmi?
A) Həmişə yol verirəm.
B) Bəzən yol versəm də, bəzən yol vermirəm.
C) Heç vaxt yol vermirəm.
7.Kiminləsə oyun oynayarkən sərt zarafatlara yol verirsinizmi?
A) Həmişə yol verirəm.
B) Bəzən yol versəm də, bəzən yol vermirəm.
C) Heç vaxt yol vermirəm.
8.Paltarlarınızın təmiz olmaq şərtilə səliqəli olmasına diqqət yetirirsinizmi?
A) Heç vaxt diqqət yetirmirəm.
B) Bəzən diqqət yetirsəm də, bəzən diqqət yetirmirəm.
C) Həmişə diqqət yetirirəm.
9. Ətrafınızda kimsə sizə yaxşılıq edəndə ona təşəkkür edirsinizmi?
A) Heç vaxt təşəkkür etmirəm.
B) Bəzən təşəkkür etsəm də, bəzən etmirəm.
C) Həmişə təşəkkür edirəm.
10. Kiminsə əşyasını yerə salsanız (istəmədən belə), ondan üzr istəyirsinizmi?
A) Heç vaxt üzr istəmirəm.
B) Bəzən üzr istəsəm də, bəzən istəmirəm.
C) Həmişə üzr istəyirəm.
Nəticə:
“A” bəndi çox olanlar:
Verdiyiniz cavablardan təəssüf ki, davranış qaydalarına çox da diqqət yetirmədiyinizi görmək olar. Unutmayın ki, davranış qaydaları hər şeydən əvvəl hamımızın, daha dəqiq desək, bir-birimizin həyatını asanlaşdırmaq üçündür. Davranış qaydalarına riayət edən insanlar təkcə ailə tərəfindən yox, cəmiyyət tərəfindən də sevgi və hörmət görürlər. İndi isə özünüzə bir yaxşılıq edin! Yuxarıda qeyd olunan davranış qaydalarından ehtiyacınız olanı seçin və bu andan etibarən ona riayət etməyə başlayın!
“B” bəndi çox olanlar:
Davranış qaydalarının əhəmiyyətini bilirsiniz, ancaq onları həyata keçirməkdə çətinlik çəkirsiniz. Harada necə davranmalı olduğunuz barədə hər hansı bir şübhəniz (ya da şübhələriniz) varsa, valideynlərinizdən, müəllimlərinizdən və ya dostlarınızdan məlumat ala bilərsiniz. Digər tərəfdən, bu məsələdə kitablar da köməyinizə çata bilər. Sizə uğurlar!
“C” bəndi çox olanlar:
Verdiyiniz cavablar davranış qaydalarını çox yaxşı bildiyinizi, həmçinin bu qaydaları çox yaxşı həyata keçirdiyinizi göstərir. Çox ehtimal ki, siz ailənizdə də, cəmiyyətdə də sevgi və hörmət sahibi olan bir insansınız. Buna görə də sizə həm böyük təşəkkürlər həm də böyük təbriklər. Bu minvalla da davam edin!
XƏBƏR LENTİ
Dünyanın ən maraqlı dilləri
Qurban bayramı namazının VAXTI AÇIQLANDI
Böyük Britaniyada “COVİD pasport”ları tətbiq oluna bilər
Dişlərinizi onunla qoruyun !
Azərbaycanda nikahdankənar doğum halları araşdırılacaq
"Azərbaycan bu filmə qadağa qoymayıb"
Bakıda torpaq ucuzlaşıb
Suriyalı qaçqınların sayı 2 milyona çatıb
Alban və erməni kilsələrinin əsas fərqləri açıqlandı - VİDEO
İqtisadiyyat Nazirliyindən bəzi dərmanların qiymətinin artmasına - Münasibət
Ankara Papaya nota verdi
Emin Bakıda film çəkir - FOTO
Xanımlar üçün ziyafət geyimləri
Bakıda yolların biri açılır, digəri isə bağlanır
Hansı qan növü "xərçəng"ə qarşı davamiyyətlidir - Açıqlama
Duyğu xarici qavramalar
WikiLeaks ABŞ-ı ifşa etdi
Alimlərdən SENSASİYALI KƏŞF
Bakıda yayılan pis qoxunun səbəbi bilindi-RƏSMİ AÇIQLAMA
Bakıdakı yeni binalara qaz veriləcək?
Bakının mərkəzi yollarından biri bağlanır
Dinozavrların ən böyük məskəni
Harmoniya
Cem Yılmaz keçmiş xanımından danışdı-FOTO
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
Dadlı salat (foto resept)
Qəribə qadağalar
2017-2018-ci illərdə ən çox qazanan məşhurlar
“Barbi”yə bənzəmək üçün... – FOTO
Rəngli kağızlar, həndəsi fiqurlar
Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiniz
Ali məktəblərin tələbələrə verdiyi biliyin səviyyəsi artırılacaq
Alla Puqaçova hər oxuduğu mahnı üçün 1 milyon alırmış?
Günün ulduz falı
Çingiz "Eurovision" da belə çıxış etdi - VİDEO
Biri-birindən gözəl ayaqqabılar
Rezin uzunboğaz çəkmələr
Barmaqlarda gizlənən təhlükə
Azərbaycanlı gəncin qeyri-adi hobbisi - VİDEO
Aslı 19 il əvvəlin FOTOsunu paylaşdı
Bu gün imtahandır
"Evdə tək" yenidən çəkilir
"Çudo-peçka"lar bağlanır
Tartolet (foto-resept)
Skandinaviya ölkələrinin mətbəx dekorasiyaları
"Bizim Tarla" - Bibər pastası
Pensiyaçılara XƏBƏR VAR: Yanvar ayının ödənişləri ...
Günün ulduz falı - 04.03.2014
4 yaşlı qız milyonları heyran etdi
Eniston indiyədək ana olmaması haqqında danışdı-FOTO
- ŞƏRHLƏR