EQOİSTLİK
Kişilər hər zaman əmindirlər ki, dünya onlara məxsusdur. Qadınlar isə istəsələr də, istəməsələr də onun ardınca dünyanın istənilən nöqtəsinə getməlidirlər. Onların özlərinə olan məhəbbəti o qədər güclüdür ki, evdə digər sakinin dünyaya gəlməsi dərhal onlarda tənhalıq hissinin oyanmasına səbəb olur. Ən əsası isə onların həyat devizi var: Birincisi kimdir? Bu da eqoistliyin bir təcəssümüdür.
Əslində onlar özlərini həmişə həyatı ən çox anlayan bir varlıq kimi göstərirlər. Və tez-tez “Sənin ananın (bacının, rəfiqənin) həyatdan nə başı çıxır?” sualını işlədir. Əlbəttə ki, inciyib öz qohumlarının heç də onunkulardan geri qalmadığını sübut edə bilərsən. Amma boş yerə əsəbləşməyə dəyməz. Və belə anlarda “O necə olursa-olsun, mən onu sevirəm”-deyin. Yox, əgər hər hansı bir qohumunuzun ad günündə sizi müşayiət etməkdən imtina edirsə, heç də kefinizi pozmayın. Siz o olmadan belə əla vaxt keçirə bilərsiniz.
Futbol – bir çox kişilərin imtina edə bilmədikləri oyundur. Hətta bu, onlar üçün o qədər əhəmiyyətlidir ki, onu izləyərkən televizoru ən yüksək səsə qoyub evdə yatan uşağa və sakitlik istəyən insanlara belə məhəl qoymurlar. Bu zaman əgər mümkündürsə, onlara heç bir sualla müraciət etməyin. Əgər belə bir halla qarşılaşmaq təhlükəsi varsa, imkan daxilində evə 2 ədəd televizor alın.
Evdə nəyin harada yerləşməsini nədənsə qadınlar bilməlidir. Bu da o deməkdir ki, azərbaycanlı xanım həddən artıq evdar olmalıdır. Və atılan əşyanı tapmaq mütləq sizin üzərinizə düşür. Hətta axşam yatarkən çıxardığı corabın itkin düşmüş bir tayını axtarmaq da qadının boynuna düşür. Bundan çıxış yolu yəqin ki, evdə ayrıca bir şkaf qoyub oranı da ona təhvil verməkdir. Hər halda bu yol sizi əziyyətdən xilas edəcək.
Bu inam onların çatışmayan cəhətlərindən biridir. Onlar düşünürlər ki, onların işlərindən vacib və əhəmiyyətli dünyada heç nə yoxdur və ola da bilməz. Çalışın, heç vaxt özünüz və onun işi arasında seçim qoymayasınız. Özünüzə dəyər verməyi bacarın.
ONLAR HAMIDAN BACARIQLIDIRLAR?
Əslində kişilər məsləhət görmədikləri şeyə “Sən bacarmazsan” deyirlər. Amma yaddan çıxarmayın ki, qadın böyük qüvvədir və əgər istəsə, arzusunu reallaşdıra bilər. Məsələn, avtomobil sürmək istəyirsiniz və ondan sizi öyrətməyinizi xahiş edirsiniz. O isə bunu arzulamadığı üçün təbii ki, sizin bacarmayacağınızı söyləyir. Unutmayın, kişiləri fikirlərindən daşındırmaq daha asandır!
CƏMİYYƏTDƏ SİZƏ QARŞI DAVRANIŞ
Cəmiyyət içində kişi və qadın bir-birilərinə irad tutursa, bu, xoşagəlməz haldır. Burada bir az düşünmək lazımdır. Bəlkə siz onun xoşuna gəlmirsiniz? Mütləq bu halın axırına çıxın. Amma əlbəttə ki, qadın uzaqgörənliyi öz rolunu oynaya bilər. Hər halda, onun bu cəhətini bəyənmədiyinizi bildirsəniz pis olmaz.
Əslində azərbaycanlı kişi xanımını nə qədər sevsə də, onun çox dəbdəbəli və seksual görünməyinin qəti əleyhinədir. Hərçənd ki, bizim kişilər çox şöhrətpərəstdirlər və yanında olan xanımın gözəl görünməyini istəyirlər. Amma nədənsə qadın çox cazibədar olanda buna kəskin də olmasa, nəvazişlə reaksiya verirlər.
XƏBƏR LENTİ
Millimizin səbəti "tapıldı"
Toyuqlu bibər dolması (foto resept)
Can Yaman hər kəsi təəccübləndirdi-FOTO
Ölümlərini "kəşf" edənlər
Dikdaban ayaqqabıdan imtina üçün 5 səbəb
İşlənmiş "pampers"lər nə məqsədlə yığılır?-FOTO
Toy tortları (3)
MN: “Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır”
Hamiləlik dövründə necə qidalanmalı?
Dayəni necə seçməli?
İran Xəzər sahilində AES tikəcək
Qara donun tarixi haqqında
“Müslüm” filminin qalmaqalları səngimək bilmir
Şal bağlamağın müxtəlif üsulları (FOTO)
İrəvanda işıq pulunun artırılması əleyhinə aksiya keçirilir
"Dərmanları içməyi unutdum" deməyəcəksiz
Yeni uçan avtomobil hazırlandı
Nə müsəlmandır, nə də xaçpərəst
Qızılın qiymətində artım var, alıcı isə yoxdur
Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?
Bakıya girişi bağlayırlar
Fraktal həndəsə
Cırbır (foto resept)
Dovşan ətini yemək olarmı?
Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi - STATİSTİKA
Aygün Bəylərdən inanılmaz dəyişiklik - FOTOLAR
HAVA necə olacaq?-23 Sentyabr
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
Günün ulduz falı
Qreypfrut toxumunun eksraktı kosmetologiyada
Azərbaycanda könlü balıq istəyənin...
Səhərlər idman etməyin faydaları
5G-yə 600 milyon dollar xərcləyəcək
Sabah hava necə olacaq?
Meksika klubu Ronaldunu transfer etdiyi barədə məlumat yaydı
Tibbi maskadan düzgün istifadənin yolları açıqlandı
Ay ətrafındakı dairənin SİRRİ-FOTO
Qayınanasının zəngindən sonra milyonçu olmağa qərar verdi-FOTO
Qızdırması olan hər kəs test edilir - RƏSMİ AÇIQLAMA
NASA rəsmisi: "Yadplanetlilər mövcuddur"
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Bakıda 430 min dollara "Mercedes" satılır
Günün qoroskopu:Yaranan imkanları dəyərləndirin
Məşhur italiyalı aktyor vəfat etdi
Dərinizi təravətləndirən maskalar
Uşağınızın dişinə baxın
Arda Turan Ronaldunu geridə qoydu
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
TƏBİB əhaliyə müraciət etdi
Həyatınızdakı insan sizə aşiq deyilsə...
- ŞƏRHLƏR