İnsanların xarakteri bir-birinə bənzəmir. Qadınlarla kişilərin xarakterləri arasında böyük fərq olur. Bunu daha çox ailə qurduqdan sonra meydana çıxan xasiyyət uyuşmazlıqları, yaxud gənc qızların və oğlanların tərk edildikdən sonrakı peşmanlıqlarından müşahidə etmək mümkündür.Məsələn,əlaqənin başlanğıcında kişinin qadını narahat etməyən xarakter xüsusiyyətləri zaman keçdikcə problem olmağa başlayır. Çox halda narazı tərəflər daxilən bu kimi ifadələri təkrar edirlər: “O,axı əvvəllər belə deyildi”, “Onun dəyişməsini istəyirəm”.
Gəlin düşünək. Qarşımızdakı insanı dəyişdirmək mümkündürmü? Biz insanların dəyişə bilmələri üçün yalnız yol göstərə bilərik. Dəyişilmək, dəyişməyi istəmək isə onların özlərindən asılı olur. İnsan özü istəməzsə,onu heç bir mütəxəssis belə dəyişə bilməz.
İllərin müşahidələrinə görə, daha çox qadınlar kişilərlə münasibətlərinin başlanğıcında onları tanıya bilmirlər. Onlara gərəyindən çox dəyər verərək, sonrakı mərhələlərdə peşman olurlar, daha sonra da dəyişmələrini istəyir və ya tələb edirlər. Təbii ki, bu, sadəcə qadınların başına gəlmir, eyni zamanda kişilər də belə halla qarşılaşırlar. Buna eşqin korluğu deyilir.
Belə vəziyyətdə nə etmək lazımdır?
Bir müddət sevgi hisslərini ürəyimizdə qıfıllayıb məntiqli düşünməyə cəhd göstərmək lazımdır.
Gəlin, birlikdə kişilərin hansı tipə mənsub olduğuna baxaq:
1. Passiv aqressiv kişi tipi – ilk baxışda sakit görünən bu tip kişilərin günlərin birində alov püskürəcəyini təxmin edə bilməzsiniz. Belə kişilər özünə qapalı, səssiz, qaydalar qoymayan, amma sizin qaydalarınıza tabe olan, nə desəniz edən, sizi tənqid etməyən, sizə tərs olmayan davranışları ilə zamanla heyranlığınızı qazana bilirlər. Bu tiplər sizə əsəbləşsələr belə, bunu dillərinə gətirmir, ürəklərində saxlayırlar və bu da onların ən təhlükəli tərəfləridir. Passiv aqressiv kişi tipinin sizinlə xoşbəxt olduğunu sanarsınız, amma günlərin bir günündə və ya təxmin etmədiyiniz zamanda bomba kimi elə partalayar ki, şok olarsınız.
Mütəxəssislərin tövsiyyələrinə görə, bu tip kişilərlə münasibətlərinizdə problem varsa, onlarla tez-tez bu haqda danışmalısınız. Onlar özləri bu haqda danışmaqdan boyun qaçıracaqlar.
2.Meqaloman kişi tipi – ( Meqaloman , yunan dilindən μεγαλο - çox böyük, şişirdilmiş , μανОЇα - ruhi xəstəlik deməkdir.Bir şeyə,bir fikrə həddindən artıq mübtəla olmaqdan ibarət ruh halı ) onunla göz-gözə gəldiyiniz zaman özünə inamına heyran qalırsınız. Bu tip kişilərin sanki “Dünya mənimdir” davranışları qadınların xoşuna gəlir. Qadınlar ilk zamanlarda onların yanında özlərini “etibar”da hiss etsələr də, bir müddət sonra bu hissin “boş” olduğunun fərqində olurlar.
Bu tip kişilər özlərindən başqa kimsəni düşünməzlər. Onların saxta “Mən hər şeyəm” görünüşləri münasibətlərin sonrakı səviyyəsində sizi zədələyə bilər. Heç bir zaman sizin üçün fədakarlıq etməz, uğurlarınızı tərifləməz, gözəlliyinizi vurğulamazlar və belələri ilə həyatı paylaşmaq mümkün deyil. Çünki, onlar paylaşmağı bilmirlər.
3.Hiperaktiv kişi tipi – diqqətləri dağınıq, düşüncələri qeyri-sabit olur. İş həyatında müvəffəqiyyət qazana bilmirlər. Bir insana bağlana bilmirlər. Nəinki həyat yoldaşını, hətta işlərini də dəyişirlər. Tez-tez iş dəyişdirməklə ətrafdakılarını da yorurlar. Onları anlamaq mümkün olmur, çünki, heç özləri də özlərini anlamırlar.
4.Paylaşmanı sevən kişi tipi – bəziləri özünə qapalı, bəziləri isə əksinədir. Onlar sizin problemləriniz olan zaman yanınızda hazır olurlar. Əvvəllər ona inanmaqda çətinlik çəkərsiniz, amma sonralar dəyərini anlayaraq onu kəşf etməyə başlayarsınız. Bu kişilər paylaşmaqdan o qədər xoşlanırlar ki, hətta bu, bəzən sizi bezdirə bilər. Onlar üçün “Mən” deyil, “Biz” vardır.
XƏBƏR LENTİ
Ermənistan sərhədlərinə qayıdır
Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı
Qardaş qısqanclığı
Kiyev milisi odlu silaha əl atacaq
Bengü nişanlandı - FOTO
Bəşər Əsəd dürüstlük testindən keçdi
Yayın qısa saç trendləri
Çay sodasının faydaları
Dəbli polto modelləri
Qaşlar niyə tökülür?
150 balla bu ixtisaslara daxil ola bilərsiniz - SİYAHI
Kəmaləddin Heydərov: “FHN Suqovuşan su anbarını mühafizəyə götürüb”
Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 50 yeni yoluxma
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Şəhidimiz torpağa tapşırıldı
Sarımsağın faydaları haqqında
Broyler toyuğunda təhlükə
Stilini dəyişən Porsche 911
Koronavirusun qorxunc təsiri
Közlənmiş qarğıdalı və makaron (foto resept)
Tərxunun xeyri nədir?
Sıla onunla ayrıldı
Xəzərdə zəlzələ olub
Limonun ən faydalı beş cəhəti.
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
Maus və klaviaturasız kompüter
Dünyaca məşhur aktrisa öldü-FOTO
Təəccübləndirən müştərilər
İstidə işləmək qadağan edildi
Körpənin inkişafı
Makiyajda səhvlərə son
Yer kürəsinin əkizi tapıldı
ASAN Xidmətdə işləmək istəyənlərə ŞAD XƏBƏR
Günün qoroskopu:Uğurlu gündür!
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Pesto souslu balıq (foto resept)
4 K ekran hazırlanıb
Dünya səyahətinə çıxan məşhur cütlük-FOTO
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı
Qeyri-adi ayaqqabılar
Şəhzadə Harry və Meghanın toyu
Orucun qəbul olunmasının mühüm meyarları
Hande Erçel və Kerem Bürsinin yeni serialı bəlli oldu
Maraqlı vəziyyətdə qalan Ukrayna
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Sofiya Verqara sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Necati Şaşmazdan Amerikada evlilik xəbərlərinə AÇIQLAMA
Kardi B "Muhteşem Yüz Yıl"a heyrandır-FOTO
Uşaqların gülməli fotoları
- ŞƏRHLƏR