Qısqanclıq demək olar ki, qədim zamanlardan bəri gələn xəstəlik kimi hissdir. Bizi bizdən edən, içimizi yeyib bitirən mənfi hiss.. Bəs qısqanclıqdan necə xilas ola bilərik? Özümüzü bu hisslərdən necə qoruya bilərik? Bizi təsiri altına aldığında nə etməliyik? Bütün bu sualların cavablarını gəlin, birlikdə tapmağa çalışaq.
Qısqanclıq tamamilə normal və insani bir hissdir və mənşəyi uşaqlıq dövrünə qədər söykənir. Ailədə yeni doğulan körpə və diqqətin həmin körpəyə yönəlməsi qısqanclıq duyğusu ilə tanış olmağımıza səbəb ola bilir. Bu zaman tərk edilməkdən və gözdən düşməkdən qorxarıq. Qısqanclıq uşaqlar arasında bu şəkildə inkişaf edir. Həyatımızın sonrakı zamanlarında isə bu uşaqlıq dövrlərindəki qısqanclıq hissi əlaqələrimizdə davam edir. Hamımız zamanla qısqanırıq, amma güclü qısqanclıq duyğusunun əsl səbəbi adamın özünə olan etibarsızlığıdır. Qısqanc bir insan yalnız sevdiyi şəxsin sədaqətindən şübhə etməklə qalmaz, öz cazibədarlığından da şübhə edər. Özlərini birlikdə olduqları insanın sevgisinə layiq olmadıqlarını fikirləşərlər.
Həyat yoldaşımızı, sevgilimizi, bir başqasının müvəffəqiyyətini və s.. bu nümunələri çoxalda bilərik. Bu mənfi duyğu halı ilə necə mübarizə apara bilmək üçün nələr etməliyik?
1- Özünüzə Güvənin
Yaşadığınız bütün mənfilikləri unudun. Bu sayədə yaşanmaq ehtimalı olan mənfiliklərlə də daha asan başa çıxacaqsınız. Müvəffəqiyyətinizə təsir edəcək mənfilikləri unudun. Özünüzlə olan ünsiyyətiniz də çox əhəmiyyətlidir. Özünüzə nə söyləsəniz beyin bunu edə bilmək üçün bütün gücü ilə çalışacaqdır. Buna görə özünüzə düzgün sualları soruşmalısınız. Heç bir işinizi sabaha buraxmayın, təxirə salmayın. Müşahidə etmə qabiliyyətinizi inkişaf etdirin və həyat enerjinizi yüksəldin.
2- Bir siyahınız olsun
Qısqanclıq duyğunuza təsir edən hiss vəziyyətlərinin siyahısını tutun. Bu siyahı özünüzə və duyğularınıza daha obyektiv bir gözlə baxmanızı təmin edəcək . Bu siyahı pis duyğulardan təmizlənmənizi təmin edəcək. Mənfi qısqanclıqları həyatınızdan yavaşca çıxara biləcəksiniz. Rolları dəyişdirin və birlikdə olduğunuz insanın başqası ilə söhbəti zamanı hər səfər qısqanclıq etməsinin məntiqli olub olmadığını ya da vəziyyətə həddindən artıq reaksiya verib vermədiyini soruşun.
3- Ünsiyyət qurun
Sevdiyiniz şəxslə danışın. Qorxularınızı, narahatlıqlarınızı ona bildirin. Əmin olun ki, onunla hər şeyi bölüşsəniz əvvəlki tək qıcqanclıq problemləriniz olmayacaq.
4- Bir-birinizə bitişik yaşamayın
Özünüzə zaman ayırın, hobbiləriniz olsun. Şəkil çəkin. Musiqi dinləyin, gözəl bir kitab oxuyun, əl və ev işləriniz üçün zaman ayırın. Partneriniz çölə çıxdığında siz də çıxın. Yoldaş və dost söhbətlərinə qatılın. Sevdiyiniz adam və siz bir-birinizdən ayrı zaman keçirin ki, danışıb paylaşacaq mövzular və söhbətləriniz bol olsun. Evə qayıdanda onu, bütün gün nə etdiyiylə əlaqədar sorğu suala çəkməyin.
5- Özünüzə dəyər verməyi öyrənin
Tək başınıza və ya tərəf müqavilinizlə özünüzün müsbət xüsusiyyətlərinizi siyahıya alın. Fiziki baxımdan cazibədar olan bölgələrinizi və sevgilinizin sizdə bəyəndiyi bütün xüsusiyyətlərinizi bir kağıza yazın. Nə vaxt qısqanclığınızın artdığını hiss etsəniz, bu siyahınızı oxuyun və özünüzə onun sizi sevdiyini və o sarışın qızı qısqanmanız üçün heç bir səbəb olmadığını xatırladın.
Sevgiliniz haqqında davamlı mənfi ssenarilər inkişaf etdirmək və onun sizə sadiq olub olmadığını düşünmək düzgün deyil və bu qısqanclığınızın həyatınızı əlinə aldığının göstəricisidir. Əgər bu nöqtədəsinizsə, bir mütəxəssisdən kömək almağınız və onun, sizin özünüzü yenidən kəşf etmənizə, özünüzə və sevgilinizə etibar etməyinizə icazə verməyiniz lazımdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Lox-Ness bədheybəti yenidən peyda oldu?-FOTO
Nəhəng uzunqulaq-FOTO
Noutbuklara tələbat niyə azalır?
Keçmişin 3 milyarderi
Azərbaycan dəmir yollarında yoxlamalar başlayır
Çağla Şikeldən sellülitə qarşı maska
İldırım 60 inəyi vurdu
Uşaqlarda özünə hörmətin inkişafında 20 yol- (1)
İzləyicisinin evlilik təklifini qəbul etdi
Uşaqların sosial-psixoloji inkişafı-10
Bu gün həmin yoldan keçməyin
Xəzər dənizinin sahilində çoxlu sayda suiti ölüsü tapılıb
Uşaqlara rəngləmə şəkilləri (900 ədəd)
Qan vermək haqqında
Xüsusi dəvətlər üçün tüllü don dəbi
Arıqlamaq istəyirsizsə, bu məhlulu için.
Qarabağı necə alaq?
Şuşakənddə erməni qərargahı məhv edildi - VİDEO
Qarabağda orduya əmr verildi
Make up -makiyaj 3(foto dərs)
Məşhur müğənninin ağciyərləri sıradan çıxdı-SƏBƏB
Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
Kəsmikli rulet (foto-resept)
Özcan Deniin paylaşımı Diqqət Çəkdi-FOTO
Lobyalı-göbələkli salat (foto resept)
Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildi - RƏSMİ
Harri və Meqana daha bir ev bağışlandı - Foto
Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür
Mollalarla bağlı təklif
Əl işi boyunbağılar
Azərbaycanda güclü-dağıdıcı zəlzələ ola bilərmi? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda güclü külək olacaq
National Geographic foto müsabiqəsi-4
Maraqlı yatmış uşaq şəkilləri
Rusiya böhranı Azərbaycana çatdı
Demet əri ilə barışdı
Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!
Yol Polisi qəfil reyd keçirdi
Məşhur aktrisa tanınmaz halda - FOTO
Avqust ayının 12-də Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Hansı bürclər gözəl ailə başçısı və ideal həyat yoldaşıdır?
Azərbaycanlı milyarder məşhur klubun sponsoru oldu
Düşünməyə təşviq edən 5 film
Türkiyəli aktyorların məşhur bacı və qardaşları
Doğum gününə görə xarekter (dekabr)
Qarabağdakı sülhməramlılar müşahidə postlarını qoruyucu vasitələrlə təchiz etdilər
Facebook-a qarşı təhqiqat başlanıldı
Qucaqlaşmaq əhval-ruhiyyəni yaxşılaşdırır və ağrıları azaldır
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Niyyətin hara, mənzilin ora
- ŞƏRHLƏR