Gənclərin xəyalları və ideyaları çox olur. Hər bir gənc Allahın ona verdiyi qabiliyyətlərinin ortaya çıxmasını istəyir. Özünü isbat etmək, şəxsiyyətini sərgiləmək istəyir. Bu istək təbiidir. İnsanda “mən” (eqo) duyğusu vardır. İnsan tez-tez bu duyğu ilə yalnız qalır. İnsanın “mən”i müqəddəsləşdirməsi, ilahiləşdirməsi, əlbəttə ki, onun xüsranı deməkdir. Amma insanın xilası da “mən” duyğusu ilə mümkündür. İnsan daxilindəki “mən” ilə olan münasibətlərini səmərəli keçirərsə, hətta Allaha ən yaxın qullardan ola bilər. Çünki bizdə var olan “mən” ilahi sirri daşımaqdadır. İçinizdəki o varlıqla Allaha yaxınlaşa bilərik, zahiri varlığımızla deyil. Bu səbəblə də "mənlik" (eqoizm) xəstəliyinə tutulmamaq üçün çox çalışmalı, amma içimizdə var olan “mən”in də dəyərini bilməliyik.
İnsanlar “mən”i ilə baş-başa qaldıqda uca Yaradanın “mən”lərində "inşa etdiyi" mükəmməl memarlığa heyrətlənirlər. İç dünyamızdakı əsmayi-hüsna dəyişiklikləri o qədər rəngarəng və möhtəşəmdir ki, bəzən bu ehtişamı hamının görməsini istəyirik. Başqalarının bu möhtəşəmliyi görməməsini təəccüblə qarşılayar və görə bilmədiklərinə təəssüf edərik. Halbuki onlar da buna bənzər duyğular yaşayırlar. Uca Yaradan onların da “mən”lərində fərqli şəkillərdə ilahi sənətini sərgiləmişdir. Onlardakı əsma dəyişiklikləri də mükəmməl və möhtəşəmdir. İnsan bunları diqqətə alaraq özünü başqalarından fərqli görməməlidir. Daxili aləmində müşahidə etdiyi bəzi xüsusiyyətlərdən ötrü özünü başqalarından üstün saymamalıdır. Bəlkə də dağda yaşayan hansısa bir çobanın duyğuları qələmə alınsaydı, dünyanın ən məşhur klassikləri onun yanında kölgədə qalardı. Qabiliyyət və bacarıqlarını sərgiləmə fürsəti tapmamış və bu səbəbdən tanınmamış o qədər insan var ki, cəmiyyətdə mövcud olan bir çox iş ona həvalə edilsəydi, o işi indiki sahiblərindən daha yaxşı görərdi. İnsanların çoxu ilahi sənətin ehtişamını layiqincə qiymətləndirə bilmir, qiymətləndirsə belə təqdirəlayiq həyat yaşamır. Allahdan qafil bir həyat sürür. Seçilmək duyğusundan uzaq olsaq, bəlkə də qəflət çirkabından xilas olarıq. Belə olan təqdirdə bəhs etdiyimiz “mən” duyğusu bir məna kəsb edər. Yox, əgər insanlardan dünyəvi bir üstünlüyümüz və fərqimiz olsun deyə bu duyğuya sahib olsaq, getdiyimiz yol yanlışdır.
Dünya üstünlüyü ilə axirət üstünlüyü daxilimdə hər zaman var olan bir mücadilədir. Nəfsim bəzən dünya üstünlüyünə, bəzən də axirət üstünlüyünə meyl etdi. İmanım dünya üstünlüyünə dəyər verdiyim təqdirdə itirənlərdən olacağımı söylədi. Bəzən elə oldu ki, dünya üstünlüyü özünü axirət üstünlüyü kimi göstərdi. Lakin “mən”imlə baş-başa qaldıqda hər şeyin əslini gördüm. Onu da dərk etdim ki, nəyi istədiyimizin fərqində olmalıyıq. Mən “mən”imin fərqində olmalıyam. Daxilimdəki ilahi ehtişamı, qüdrət naxışlarını görməliyəm. O naxışları görməliyəm. O naxışların sahibinə heyrət və heyranlıqla baxmalıyam. “Mən”imlə dost olmalıyam, amma onun dünyəvi üstünlüklərin ardınca düşməsinə mane olmalıyam. “Mən”imdəki və bütün insanların “mən”lərindəki ilahi imzanı dərk etməliyəm. Bu ilahi nişanəyə heyrət və heyranlıqla baxmalı və bu imzanın sahibi üçün səcdəyə qapanmalıyam.
XƏBƏR LENTİ
Məhərrəm ayı ilə bağlı fətva verildi
Kakao yağının dərimizə faydaları
2015-də bu ölkələrə gedin
Bu sezon ən iddialı trendləri
Kələm salatı (foto resept)
Vitaminlər
"Qarabağ"la çətin oyun olacaq
Fransız qadınları kimi geyinməyin sirri
Bahalaşma başladı
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Hava haqqında
Fransa təkcə romantika şəhəri deyil
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Azərbaycana gələn pullar azaldı
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Rafael Dadaşov vəfat etdi
Süd verən analar üçün qidalanma tövsiyəsi
Azərbaycan istifadəçiləri internetsiz qalacaq? -RƏSMİ cavab
Xoşbəxtlik gətirən qidalar
Dünyanın ən balaca iti odur
Kağız halva (3)
Laqeydlik ən böyük şiddətdir
Gülben Ergen haqqında ŞOK məlumat
Qan donduran araşdırma - 5042 ölü
Qasırğanı dəqiq proqnozlaşdıran qurğu hazırlandı
Ermənistan daha 45 hərbçisinin öldüyünü etiraf etdi
Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü
Məşhur model üsyan etdi
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Münasibətin mərhələləri
Dovğa göyərtisinin doğranılması
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Nüsret evlənir?-FOTO
Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı
Limonlu-pudralı peçenye (foto resept)
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Cütlüklər arasında çıxan münaqişə mövzuları
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Gəncə Təbrizlə qardaş oldu
Sobada ətli rulet (foto-resept)
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Göz makyajı
Abituriyentlərinin nəzərinə!
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
Messi əməliyyat olunacaq
Damla şokoladlı keks (foto-resept)
Günün ulduz falı
Yağmasan da, gurulda!
- ŞƏRHLƏR