İnsanlar bədənlərində olduğu kimi duyğularında da fərqli yaradıldıqlarından fərqli duyğular içindədirlər. Bilirik ki, Peyğəmbərimiz Əleyhissalam "İnsanlar mədənlər kimidir" buyurmuşlar. Kimisi sərt, kimisi yumşaq, bəzisi soyuq, bəzisi istidir. Bəzən hərəkətli, bəzən durğun oluruq. Bunların da hamısı Allahdan gələn hallardır. İnsanın öz içində hər şeylə və hər kəslə əlaqədar tərəfləri vardır. Bunların da müsbət olanı və olmayanları olduğu kimi, müsbət olan bir təkliyin də kimə uyğun, kimə uyğun olmadığını bilmək lazımdır.Bütün bunlar insanlıq halıdır, amma insan üçün özbaşına yaşamaq məqbul olan bir həyat deyil.
Burada təbii ki, insanın düşünmə və təfəkkür ölçüsündən bəhs etmirəm. Uca Kitabımız Quran müttaki və mütəfəkkir olanlardan bəhs edər. Müttakilərə elmi Allah öyrədib yetişdirərkən, mütəfəkkir özündə olan qabiliyyətlərin gücünə görə elm əldə edər. Beləliklə, müttakilərin elmlərində yanlış olmaz, mütəfəkkirlər isə bəzən düzgün deyər, bəzən səhv edər. Müttaki bəsirət sahibidir. Mütəfəkkir isə basar (görmə) ilə bəsirət arasındadır. Bir müddət inziva həyatı yaşamaq istəyən bir müsəlmanın təklikdə şeytanın verə biləcəyi vəsvəsələrin öhdəsindən gələ biləcək məlumata sahib olması lazımdır. Ancaq elm və məlumat insanların düzəlməsi üçün kifayət deyil.
Dinimizin ən əhəmiyyətli baxışı gözəl əxlaqdır. Peyğəmbər (S.Ə.V) Əfəndimiz ''Mən gözəl əxlaqı tamamlamaq üzrə göndərildim'' buyurmuş ki, əsl imtahan da bundadır. Çünki gözəl əxlaq da cəmiyyət içərisində mötəbərdir.
Bu dünyada hər yaradılan faydalı yaradılmış və insanın da bundan faydalanması, bilməsi, görməsi və götürməsi lazımdır. İslam böyüklərimizin hər cür halları hikmətlərlə doludur. Onların inzivası da danışar, susması da danışar. Bizim danışmağımız belə bəlkə işləri qarışdırar. Elmli olmaq əhəmiyyətlidir, ancaq bundan da əhəmiyyətli olan məqsəddir. Çünki məqsəd elmdən qabaqda gəlir.
Bir zamanlar İranda alimlər və şairlər “Susqunlar Məclisi” adlı cəmiyyət qurmuşlar. Üzvləri 30 nəfər idi və bunu artırmışdılar. Üzvlüyün ilk şərti çox düşünmək, az yatmaq və çox az danışmaq idi. O zamanlar məşhur şair və alim Molla Cami bu məclisin eşqində idi. Bir gün məclisin bir üzvünün öldüyünü eşidəndə onun yerinə namizəd olmaq üçün alimlərin olduğu yerə gəlir. Onu qarşılayan qapıçıya heç nə demədən adını bir kağıza yazaraq məclisə göndərir. Məclis üzvləri bu təklifi görəndə bir qədər kədərlənirlər.
Molla Cami oraya layiq bir alim idi, amma ölən üzvün yerinə başqa birini götürmüşdülər. Yeni bir üzv üçün yer yox idi. Məclisin başçısı bir stəkanı tamamən suyla doldurduqdan sonra Molla Camiyə göndərir. Ağıllı alim vəziyyəti başa düşür. Bir damcı daha olsa, stəkandakı su daşardı. Bundan sonra o da həmin an oradakı gül budağından balaca bir yarpaq qopardıb yavaşca suyun üstünə qoyur. Su daşmır və o, suyu içəri göndərir. Məclisdəkilər bu incə cavabın mənasını başa düşürlər. Zərif insanların yeri başqa idi. Üzvlər bu dəyərli alimi də aralarına almağa qərar verdilər. Başçı siyahıya Molla Caminin adını əlavə etdi. 30 rəqəminin önünə bir 0 yazaraq, 300 yazdı. Bununla da Molla Caminin sayəsində məclisin dəyərinin 10 misli artdığını bildirir. Siyahının son şəkli Molla Camiyə gələndə məsələni anlayır. Ancaq sayın böyük göstərilməsindən xoşu gəlmir. Sağdakı 0-ı silərək, 30 rəqəminin soluna qoyur, yəni 030 yazır. Təvazökar Molla Cami beləcə özünü solda 0 sayır, suyu daşırtmadığı kimi, həmin məclisin quruluşuna da mənfi təsir etməyəcəyini demək istəyirdi. Digər üzvlər bunu görəndə hörmət və heyranlıqları bir qat daha artdı və məclisin yeni üzvünü salamlayırlar.
Qısaca olaraq, nə söylədiyini, nə zaman, harda və nə söyləyəcəyini bilənlərin yeri hər zaman vardır. Günümüzdə ən böyük sıxıntı isə danışmaq problemidir. Hamı danışır, amma heç kim heç kimi dinləmir. Buna misal olaraq, ər-arvad bir birini dinləmir, iş yerində isə başçılar işçilərə sadəcə təlimat verir, amma dinləmirlər. Ən pisi uşaqlar ana-ataları, ata-analar isə uşaqlarını dinləmir. Hədisi Şərifdə buyurulur: “Ən mühüm ibadət qılınan namaz, sonra ata-anaya baxmaq (sayğı göstərmək) cihaddır”.
Əziz dostlar bir az susub dinləsək, daha böyük səhvlər, daha böyük günahlar etmək ehtimalını azaltmış olarıq...
Kimsəyə baqi deyil, mülkü dünya simi zər
Bir xarab olmuş könülü təmir etməkdir hünər,
Buna fani dünya deyərlər dayanmadan daim dönər
İnsanoğlu bir fənərdir, nəhayət bir gün sönər.
XƏBƏR LENTİ
Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Bu gecədən ekspres avtobusların fəaliyyəti dayandırılacaq
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərlə onlayn müsahibələrə başlandı
Əmziyin xeyri və ziyanı
Sizi xoşbəxt edəcək cəsur hərəkətlər
Pomadalar
Stiven Siqal Qubernator olmaq istəyir-FOTO
İlham Əliyev: “Prezident bunu edirsə, başqası niyə edə bilməz?”
Havada infarkt keçirən pilot 161 can qurtardı
Harrinin qara üzüyünün sirri açıldı-FOTO
Yeni metrostansiyanın açılışı 2020-ci ilə qaldı - RƏSMİ
İzləyicisi Alişanı özündən çıxardı-FOTO
Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib
Böyürtkən mürəbbəsi (foto resept)
Dünyanın ən təhlükəsi festivalı başlayır-FOTO
Bakı rəsmən imtina etdi
Bu 4 yaşlı qızın 78 min izləyicisi var
1860-cı ildə "Ayfon" olub - İDDİA
Moruqlu bisküvit (foto resept)
Rusiyanın NTV telekanalının Türkiyədə tutulan jurnalistləri casusluqda ittiham oluna bilər
Tuğba sevgisindən danışdı-FOTO
Bu ölkədə minlərlə insan bataqlıqda yaşayır
Bakı məktəblərində işləmək istəyənlər üçün imtahan vaxtları açıqlandı
Sərnişinlərə şad xəbər
Tələbələrə ŞAD XƏBƏR - Bu xərcdən AZAD EDİLDİLƏR
Körpə dərisi və şirin yuxu
Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO
Yoluxma olarsa, məktəb və ya sinif bağlana bilər - Təhsil Nazirliyi
Çoban sərvət tapdı
Maska taxanların əsas səhvləri açıqlandı
Türkiyədə zəlzələ olub
Sürücülük vəsiqəsini almağa getdi, evli olduğunu öyrəndi
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
Mədə kiçiltmə əməliyyatı
Tufan “Neft daşları”nda faciəyə yol açdı
Diş fırçanızı vanna otağında saxlamayın!
Modern yalnızlıq və Sosial media
Qumdan möhtəşəm əsərlər
Nəticələr açıqlandı
"Xüsusi" günlər haqqında miflər
HAVA necə olacaq?- 6 MAY
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ
Dəbli, yarım boğazlı çəkmələr
Firəngiz Əlizadənin əsəri daxil olan albom "Grammy" mükafatına layiq görülüb
İmsakda içilən çay susuzluq yaradırmı?
Koronavirusla bağlı SON STATİSTİKA
Saçlara diqqət mütləqdir
Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
- ŞƏRHLƏR