Qadin.NET / Susqunlar məclisi

Susqunlar məclisi

İnsanlar bədənlərində olduğu kimi duyğularında da fərqli yaradıldıqlarından fərqli duyğular içindədirlər. Bilirik ki, Peyğəmbərimiz Əleyhissalam  "İnsanlar mədənlər kimidir" buyurmuşlar. Kimisi sərt, kimisi yumşaq, bəzisi soyuq, bəzisi istidir.  Bəzən hərəkətli, bəzən durğun oluruq.  Bunların da hamısı Allahdan gələn hallardır. İnsanın öz içində hər şeylə və hər kəslə əlaqədar tərəfləri vardır. Bunların da müsbət olanı və olmayanları olduğu kimi, müsbət olan bir təkliyin də kimə uyğun,  kimə uyğun olmadığını bilmək lazımdır.Bütün bunlar insanlıq halıdır, amma insan üçün özbaşına yaşamaq məqbul olan bir həyat deyil. 

Susqunlar məclisi

Burada təbii ki, insanın düşünmə və təfəkkür ölçüsündən bəhs etmirəm. Uca Kitabımız Quran müttaki və mütəfəkkir olanlardan bəhs edər. Müttakilərə elmi Allah öyrədib yetişdirərkən, mütəfəkkir özündə olan qabiliyyətlərin gücünə görə elm əldə edər. Beləliklə, müttakilərin elmlərində yanlış olmaz, mütəfəkkirlər isə bəzən düzgün deyər, bəzən səhv edər. Müttaki bəsirət sahibidir. Mütəfəkkir isə basar (görmə) ilə bəsirət arasındadır. Bir müddət inziva həyatı yaşamaq istəyən bir müsəlmanın təklikdə şeytanın verə biləcəyi vəsvəsələrin öhdəsindən gələ biləcək məlumata sahib olması lazımdır. Ancaq elm və məlumat insanların düzəlməsi üçün kifayət deyil.  

Susqunlar məclisi

Dinimizin ən əhəmiyyətli baxışı gözəl əxlaqdır. Peyğəmbər (S.Ə.V) Əfəndimiz  ''Mən gözəl əxlaqı tamamlamaq üzrə göndərildim'' buyurmuş ki, əsl imtahan da bundadır. Çünki gözəl əxlaq da cəmiyyət içərisində mötəbərdir.

Bu dünyada hər yaradılan faydalı yaradılmış və insanın da bundan faydalanması, bilməsi, görməsi və götürməsi lazımdır. İslam böyüklərimizin hər cür halları hikmətlərlə doludur. Onların inzivası da danışar, susması da danışar. Bizim danışmağımız belə bəlkə işləri qarışdırar. Elmli olmaq əhəmiyyətlidir, ancaq bundan da əhəmiyyətli olan məqsəddir. Çünki məqsəd elmdən qabaqda gəlir. 

Susqunlar məclisi

Bir zamanlar İranda alimlər və şairlər “Susqunlar Məclisi” adlı cəmiyyət qurmuşlar. Üzvləri 30 nəfər idi və bunu artırmışdılar. Üzvlüyün ilk şərti çox düşünmək, az yatmaq və çox az danışmaq idi. O zamanlar məşhur şair və alim Molla Cami bu məclisin eşqində idi. Bir gün məclisin bir üzvünün öldüyünü eşidəndə onun yerinə namizəd olmaq üçün alimlərin olduğu yerə gəlir. Onu qarşılayan qapıçıya heç nə demədən adını bir kağıza yazaraq məclisə göndərir. Məclis üzvləri bu təklifi görəndə bir qədər kədərlənirlər. 

Susqunlar məclisi

Molla Cami oraya layiq bir alim idi, amma ölən üzvün yerinə başqa birini götürmüşdülər. Yeni bir üzv üçün yer yox idi. Məclisin başçısı bir stəkanı tamamən suyla doldurduqdan sonra Molla Camiyə göndərir. Ağıllı alim vəziyyəti başa düşür. Bir damcı daha olsa, stəkandakı su daşardı. Bundan sonra o da həmin an oradakı gül budağından balaca bir yarpaq qopardıb yavaşca suyun üstünə qoyur. Su daşmır və o, suyu içəri göndərir. Məclisdəkilər bu incə cavabın mənasını başa düşürlər. Zərif insanların yeri başqa idi. Üzvlər bu dəyərli alimi də aralarına almağa qərar verdilər. Başçı siyahıya Molla Caminin adını əlavə etdi. 30 rəqəminin önünə bir 0 yazaraq, 300 yazdı. Bununla da Molla Caminin sayəsində məclisin dəyərinin 10 misli artdığını bildirir. Siyahının son şəkli Molla Camiyə gələndə məsələni anlayır. Ancaq sayın böyük göstərilməsindən xoşu gəlmir. Sağdakı 0-ı silərək, 30 rəqəminin soluna qoyur, yəni 030 yazır. Təvazökar Molla Cami beləcə özünü solda 0 sayır, suyu daşırtmadığı kimi, həmin məclisin quruluşuna da mənfi təsir etməyəcəyini demək istəyirdi. Digər üzvlər bunu görəndə hörmət və heyranlıqları bir qat daha artdı və məclisin yeni üzvünü salamlayırlar.

Qısaca olaraq, nə söylədiyini, nə zaman, harda və nə söyləyəcəyini bilənlərin yeri hər zaman vardır. Günümüzdə ən böyük sıxıntı isə danışmaq problemidir. Hamı danışır, amma heç kim heç kimi dinləmir. Buna misal olaraq, ər-arvad bir birini dinləmir, iş yerində isə başçılar işçilərə sadəcə təlimat verir, amma dinləmirlər. Ən pisi uşaqlar ana-ataları, ata-analar isə uşaqlarını dinləmir. Hədisi Şərifdə buyurulur: “Ən mühüm ibadət qılınan namaz, sonra ata-anaya baxmaq (sayğı göstərmək) cihaddır”. 

Susqunlar məclisi

Əziz dostlar bir az susub dinləsək, daha böyük səhvlər, daha böyük günahlar etmək ehtimalını azaltmış olarıq...

Kimsəyə baqi deyil, mülkü dünya simi zər

Bir xarab olmuş könülü təmir etməkdir hünər,

Buna fani dünya deyərlər dayanmadan daim dönər

İnsanoğlu bir fənərdir, nəhayət bir gün sönər.

17 aprel 2014
GO BACK