Bakıda hava
USD AZN
EUR AZN
14:48Ayla Ayla qizlar necəsiz Survivora kim baxdı? səhərə kimi ağladım e 09:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41423

Parfe (foto-resept)

 

Tərkibi:

4 ədəd yumurta sarısı

1 ç/q vanil 

1 paket krem (200 ml)

1 su st çəyirdəksiz albalı

yarım su st xırdalanmış peçenye

yarım su st xırdalanmış fındıq

 

Xüsusi şərbəti üçün:

yarım su st su

yarım su st toz şəkər

 

Hazırlanması:

Su və şəkəri şərbət halına gələnə qədər qaynadın, qazın üstündən götürün.

Benmaridə yumurta sarılarını çırpın. Hazırladığınız şərbəti ip kimi axıdın və qabarıb, rəngi açılana qədər çırpın. Qatılaşdıqda vanil əlavə edin, soyuducuda soyumağa qoyun.

Kremi mikserlə çırpıb, qabardın. Üçdə birini soyutduğunuz yumurtalı qarışıma altdan yuxarı doğru söndürməməyə diqqət edərək qarışdırın.

Qalanını da az-az əlavə edib qarışdırın.

Parfe (foto-resept)

Silikon qəlibləri su ilə isladın, artıq suyu süzün.

Qəliblərin yarısına parfe qarışımı tökün, albalıları qablara yerləşdirin və qalan qarışımı tökün. Son olaraq peçenye qırıntılarını səpin. 

Parfe (foto-resept)

Soyuducuda 3-4 saat soyudun. Bəzəyib servis edin.

Parfe (foto-resept)

Səslərin sayı: 0
0
297
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!