Qoç - liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun. Ən xırda təfərrüatları diqqətdən qaçırmayın.
Günün ikinci yarısında maddi durumunuz pis olmayacaq. Əlavə gəlir mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları aktiv istirahət üçündür.
Buğa - günün ilk yarısında münaqişə riski artacaq. İnciklik, günah hissi, arzulanmamış arzular və ümidlər istisna deyil. Hər şey çox sərt, aqressiv, dar çərçivədə olan nəsnələr təsiri bağışlamasın.
Günün ikinci yarısında təkbaşına çalışın, müstəqil olun və fəaliyyət arealınızı kənar müdaxilələrdən qoruyun. Hadisələri, sözləri, işarələri yanlış qiymətləndirməyin.
Sirlərinizi yaxşı bələd olmadığınız insanlarla bölüşməyin.
Axşam saatlarında normal dincəlin.
Əkizlər - günün ilk yarısı qarışıq və gərgin vaxtdır. Mühüm olaylar diqqət tələb edir. Dəyişikliklər və yeniliklərdən qorxmayın. Fəaliyyət obyektinizin rekonstruksiyaya ehtiyacı var.
Səhvləri aşkarlayın, dürüst qərarların məntiqi ardıcıllığını hazırlayın.
Günün ikinci yarısında məhsuldar əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Köhnə layihələrdən birinin tamamlanması və uğurla başa çatdırılması üçün münasib zamandır. İndiki dəyişikliklər pespektivdə yaxşı nəticələr verə bilər. Şərik və ya tərəfdaşları diqqətlə dinləyin.
Axşam saatlarına yaxın yaxşı məsləhətlər ala bilərsiniz.
Xərçəng - nüfuzlu insanlarla münasibətlərdə sərtlik yaratmayın. Təzyiqə məruz qala bilərsiniz. Yaxın ətrafınızdakı insanların tələbkarlığı sizin rahat çalışmağınıza maneələr yaradacaq. Səbrli, təmkinli davranıb vəziyyətdən çıxış yolu arayın.
Günün ikinci yarısında güzəştlərə meylli olun, tam müstəqilliyə can atmayın.
İmicdə zəruri dəyişikliklər barədə düşünməyin vaxtıdır. Zərərli vərdişlərinizdən birindən əl çəkin. Bütün müşküllərə, problemlərə rəğmən pozitiv olun.
Maliyyə məsələləri izafi diqqət tələb edir.
Şir - adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun. Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər.
Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir.
Günün ikinci yarısında şəxsi münasibətlərdə durum yaxşı olacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş olacaq.
Axşam saatlarında qəfil görüş ola bilər.
Qız - uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa, təsir imkanlarınız var. İşlərinizi yaxşı planlaşdırın, boşuna vaxt itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək gərəkdir.
İnadınız və iradəniz sonucsuz qalmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda daha diqqətli olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli hissəsinin çözümünü öz üzərinizə götürün.
Tərəzi - maddi məsələlərdə realist olun, illüziyalara qapılmayın. Bu yaxınlara qədər maraqlandığınız məsələ artıq ikinci dərəcəli məqam təsiri bağışlaya bilər. Tələsik qərarlar, yanılmalar sonradan ağır fəsadlar yarada bilər.
Günün ikinci yarısında inandığınız insanın müdrik məsləhətindən yararlanın. Daxili durumunuz stressdən qurtulmağınızı tələb edir. Axşam saatları sadə olmayacaq.
Normal istirahət etməyə çalışın. Qüvvələrinizi maksimal dərəcədə bərpa edin.
Əqrəb - fəaliyyətinizdə rasional olun. Hisslərinizdəki laübələr işlərinizə təsir etməməlidir. Mümkün qədər tez həll etməyə çalışdığınız məsələlələrin çözümü ilə məşğul olun. Əvvəlki günlərlə müqayisədə daha çox güzəştlər etməli olacaqsınız.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarınız məhdudlaşacaq. Dəyişikliklərin mənasını, proseslərin məğzini anlayın. Qərarlarla yanaşı, informasiya alınmasında aktiv olun.
Maddi məsələlərdə gözləntiləriniz doğrulmayacaq. Perspektivlər tam aydın deyil.
Oxatan - günün ilk yarısında yaşananlar sizdə gərginlik hissi yarada bilər. Rəqiblər bütün qaydaları pozacaq, məqsədlərinə çatmaq üçün istənilən vasitədən istifadə edəcəklər. Cavab tədbirləri hazırlayın.
Vicdanınıza xilaf çıxmayın, ədalətli olun.
Günün ikinci yarısı yaxşı şanslar vəd edir. Amma bununla belə, bəzi problemlərin həllində çətinliklər yarana bilər.
Gördüyünüz işlərdə ciddi, fəsadlı nöqsanlara yol verməyin. Təfərrüatlara və detallara barmaqarası baxmayın.
Oğlaq - hadisələrə təsir imkanlarına malik insanlarla əlaqələri yenidən qiymətləndirin. İnandığınız insanla yeni layihənin icrasına başlamaq olar. Cari proseslərə təsir etməklə hadisələrin məcrasına korrektələr edin. Planlara riayət edin. Yaranan insanları və aldığınız təklifləri dəyərləndirin.
Günün ikinci yarısında avantüralara qatılmayın. Konstruktiv məsələlərin müzakirəsi üçün yaxşı zamandır. Əlaqələri bərpa edin.
Maliyyə məsələləri aktuallaşacaq.
Yardıma ehtiyacı olan insanlara diqqətlə yanaşın. Emosional travmaya uğramayın.
Dolça - yeni ideyalar, qüvvələr və dəstək olacaq. Başladığınız işdə uğur qazana bilərsiniz. İndiyədək tam sürətlə hərəkət etdiyiniz sahələrdə aktivliyinizi bir qədər azaldın. Zəif mövqeləri gücləndirin.
Günün ikinci yarısında situasiya sizdən qəti qərar, vidalaşma, bəzən isə niyyətlərdən əl çəkməyi tələb edə bilər. Asılılıqlarınızın birindən qurtulun. Rasionunuzun sağlam olmasına çalışın.
Şəxsi münasibətlərdə vəziyyət pis deyil. Axşam saatlarında nisgilli hisslər yarana bilər.
Balıqlar - mühüm saydığınız məsələlərdən biri ilə bağlı danışıqlar aparın. Emosional gərginliyə rəğmən sakit, təmkinli olun. Təxribatlara uymayın. Sizi münaqişəyə cəlb etmək istəyəcəklər. Gərəksiz məqamlardan imtina edin, lazımsız əlaqələrə son qoyun.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə mühüm söhbət olacaq. Münasibətlərdə dəqiqləşdirmələrə ehtiyac var.
Ev işlərinin sayı adi günlərlə müqayisədə artacaq.
Alış-verişdə çox pul xərcləməyin
XƏBƏR LENTİ
“Çölçü” filmi yenidən mükafata layiq görülüb.
NASA kosmosda “robot otel” qurur
Bakını toz bürüyəcək
Ayaqqabınızın ömrünü uzadın
O bir ilə 620 milyon qazandı
Məşhur aşbaz Sıla haqqında
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Fahriyə Buraka qadağa qoydu
İnsan bədəni qüsursuzdur
Yeni serial başlayır-"Kızım"-VİDEO
Kəsmikli, peçenyeli piroq (foto resept)
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Təmizlik xəstəliyi
Qozun faydaları
Dəbli şalvar modelləri
Cinsi həyatınızın qayğısına qalın
Bananlı keks (foto-resept)
Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır
İranda QİÇS-ə yoluxma halları artıb
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Ziynet Salı ərə gedir-FOTO
Bakıda dünya çempionatı olacaq
Yeni toy "adətləri"
Bacılar da bir-birini qısqanır...
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb
MakSim ərə gedir-FOTO
21 Fevral-Ana dili günüdür!
Qızının ev tapşırığı atanın həyatını xilas etdi - FOTO
Hicablı makiyaj ustası
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Hindistanda koronavirusa qarşı üç peyvənd sınaqdan keçirilir
Bakı ABŞ, Rusiya, Fransya səsləndi
Möcüzə enerji-2
Planşetə çevrilə bilən xrombuk
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Əliyev, Putin və Sarkisyan sambo yarışında
Çində matəm elan edildi
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Həccin vaxtı açıqlandı
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Təmizlik zamanı edilən səhvlər
Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib
Maşınlar (Pazl)
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Ayaqqabı modelləri
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
WhatsApp-da daha bir yenilik