Türk kino tarixinin bir anda parlayıb bir anda da sönən tanınmış siması Cahidə Sonkunun həyat hekayəsi bir çoxları üçün unudulmazdır. Yüzlərlə filmdə yer alan, brilyant qaşlı ayaqqabı geyinib, evinin təməlinə qızıl səpdirən aktrisa ömrünü yoxsul, kimsəsiz başa vurub.
1916-cı ildə Yəməndə hərbçi ailəsində doğulub. Ailəsi onun oğlan olacağını düşündüyündən hələ doğulmamışdan ona Necdet adını verib.
Bir qədər sonra İstanbula köçən Sonkunun atası ailəsini tərk edir və onlar yoxsulluq içində yaşamağa başlayırlar. 1932-ci ildə qəzetlərin birində gördüyü elan Sonkunun həyatını dəyişir. Qəzetdəki elanda şəhər teatrları və konservatoriyalar üçün tələbə axtarılırdı. Seçilənlər həm təhsil alacaq, həm də işləyəcəkdi.
Müsahibəyə qatılan Cahidə rejissor Muhsin Ərtoğrulun xoşuna gəlir və müsabiqədən keçir. Ərtoğrul daha sonra dəfələrlə Cahidəyə evlilik təklif etsə də, gənc aktrisa bununla razılaşmır.
Səhnədə ilk debütü "Yeddi kəndin Zeynəbi" tamaşası olur. Bir il sonra isə Ərtoğrulun çəkdiyi "Söz bir, Allah bir" filmində rol alır.
Bir anda şöhrət qazanan Cahidə çoxlu pul qazanır. Tarabyada villa tikdirən aktrisa onun təməlinə qızıl belə səpdirir. Brilyant qaşlı ayaqqabılar geyinib, dəbdəbəli həyat sürən Cahidə Avropanı gəzir, dəvətlərə qatılır, lüks həyat sürür.
İlk evliliyini 1936-cı ildə aktyor Tələt Artəməllə edən Sonku ərinin xəyanəti səbəbindən bir müddət sonra boşanır. 1943-cü ildə ikinci dəfə "tütün kralı" İhsan Dorukla ailə qurur. Ancaq bu evliliyi də uzun çəkmir və üçüncü dəfə Cahit İrqata ərə gedir.
Cahidə təkcə aktrisa kimi deyil, rejissor və prodüser kimi də fəaliyyət göstərirdi. O hətta "Sonku Film" studiyası belə açmışdı.
Ancaq aktrisanın həyatı qəfil çıxan yanğınla alt-üst olur.
Yenicə parlamaya başlayan Zəki Mürənlə kamera qarşısına keçdiyi "Beklenmeyen şarkı" filminin çəkilişləri zamanı Cahidənin bütün var-dövlətii yatırdığı "Sonku Film" studiyası qəsdən yandırılır. Bütün var-dövlətini yanğında itirən Cahidə depressiyaya düşərək spirtli içkiyə başlayır. Alkol asılılığı ucbatından teatrda da uğur qazana bilməyən Cahidə müalicələr alsa da, sağala bilmir.
Dəbdəbəli həyatı ilə məşhur olan Cahidə Sonku 1981-ci ildə 62 yaşında dünyasını dəyişib. Onu son mənzilə cəmi 8 nəfər yola salıb...
Milli.Az
XƏBƏR LENTİ
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Hündür daban ayaqqabılar
Yubiley sikkələri buraxılacaq
Uşaq dənizdə çimərkən su udarsa... - ÖLÜMCÜL FƏSADLAR
Rusiyadan Ermənistana "qardaş"lıq
Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu
2020-ci ilin bürclər üzrə PROQNOZU
Bakının bu ərazisində qaz olmayacaq
Şəhidlərin məzarları fərqli olacaq
Leyla Əliyeva - deputatlığa namizəd
ABŞ Azərbaycan millisinə 2 verdi
Saçlar üçün
"Məzarıma bir cüt ayaqqabı qoyun"
Tək qaş dəbi
Yeni Trend: "Monokrom"
Prezidentə maşınına görə 1 mln təklif etdilər
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Akın sevgilisinə EVLƏNMƏ Təklifi etdi-FOTO
Rusiya Suriyaya lazımi texnika verəcək
Ancelina Coliyə iki mükafat verildi
Ən paxıl və qısqanc bürclər hansılardır?
Uşaqlara bezi tərgitmənin 8 qızıl qaydası
Cennifer Enistonu ölümlə hədələdi-FOTO
22879 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına pul verildi
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
Türkiyədə dördgünlük komendant saatı tətbiq ediləcək
Kağız halva (5)
Rusiya vətəndaşlığı almaq istəyənlərə bəd xəbər
Koronavirus xəstəsinə cinayət işi açıldı-SƏBƏB
Yulaflı qara tut kokteyli (foto-resept)
Azərbaycanda 660 valideyn məsuliyyətə cəlb edilib
Pişiyi araq içizdirməklə sağaltdılar
Bu sosial şəbəkədə ŞƏXSİ İSMARICLAR OXUNUR
Bu ölkədə işçi qırtlığı var-SƏBƏB
"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
“Ayfon” pasportu əvəz edə bilər
Aldadan bir daha aldadar mı?
Günün ulduz falı
İynə ilə rəsm çəkən tibb bacısı
Üz dərinizi məhv edən təhlükəli düşmənlər
Azərbaycanda Kürdən tilovla tutulan balıq hamını mat qoyub - FOTO
Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək - TƏBİB
Sabah qaz olmayacaq
Ermənilərin başı yeni dərdə girib
Əcnəbi şəxslərlə nigah bağlamanın qayda və şərtləri
"Yaşlı" görünən gənc Sara-FOTO
İşçilər hansı halda intizam məsuliyyətinə cəlb edilə bilərlər?
Zirəddin Rzayevdən dəhşətli proqnoz
Aprelin 27-dən bu iş və xidmət sahələrində fəaliyyət bərpa olunur - SİYAHI
"Hər bəlamda günahkar sənsən!"
- ŞƏRHLƏR