Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Ünvanlı dövlət sosial yardımı haqqında

Ünvanlı dövlət sosial yardımı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

M a d d ə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları uzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd;

1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrufatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;

1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu;

1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi;

1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;

1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

M a d d ə 2. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

M a d d ə 3. Sosial yardım almaq hüququ olan ailələr

Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

M a d d ə 4. Sosial yardımın məqsədi və prinsipləri

4.1.Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial mudafiəsinin təmin edilməsindən ibarətdir.

4.2.Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:

4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;

4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;

4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.

M a d d ə 5. Sosial yardımın maliyyə mənbəyi

Sosial yardım dovlət budcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Maddə 6. Sosial yardımın alınması üçün muraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi

6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri uzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

6.2. Sosial yardımın alınması üçün muraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən muəyyən edilir.

M a d d ə 7. Sosial yardımın məbləği

7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır;

7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən muəyyən edilir.

M a d d ə 8. Sosial yardımın təyin olunması müddəti

8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il muddətinə təyin olunur.

8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

M a d d ə 9. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər

9.0. Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:

9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar , əlillər və ya

sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);

9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

9.0.3. cəzacəkmə müəssisələrində cəza çəkən şəxslər;

9.0.4. axtarışda olan şəxslər;

9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;

9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

M a d d ə 10. Sosial yardım almaq hüququna yenidən baxılması

10.1. Sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.

10.3. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım odənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

M a d d ə 11. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

M a d d ə 12. Qanunun qüvvəyə minməsi

Bu Qanım 2006-cı il yanvarın 1-dən quvvəyə minir.

Əslində bu dəfəki xəbər MƏZUNİYYƏT HÜQUQUNUN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI olmali idi. Lakin xanımlarımızın bir neçə suallarını görüb, düşündüm ki, məhz bu probleme toxunaq. Məzuniyyətlə bağlı xəbəri isə inşallah gələn dəfəyə hazır etmişəm Sizlər üçün..

 -Adambaşına düşən Ünvanlı dövlət sosial yardımının (ÜDSY) orta aylıq məbləği 9,86 manat;

-Hər ay adambaşına düşən yardımın orta aylıq miqdarı, 23 manat 60 qəpik;

- Bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 105,82 manatdır

Səslərin sayı: 23
50
38667
loading...
Şərhlər
Offline
Rüzgar
Qanunlari oxumadim,çünki indiki zamanda qanun yoxdu,pulun var qanunun üstündə açıq aşkar xətt çəkirsən,yoxdu lazım olan qanunları sənə elə baş ayaq çatdirirlar ki, özlərinə sərf edən formada,yəni sənə də sərf etməyən formada,çəkilib oturursan yerində.Allah özü haminin dadina çatsin.İnşallah.
17 dekabr 2013 22:18
Offline
Memmedova.F
EH BU QANUNLAR BOW WEYDI BAXAN YOXDU.HAMISI RUWVETDI.WAHIDEMKI 6 AY GOTURUB 6 AY VERIRLER.ONUDA ZULMLE 50 DENE SENED ISTEYIRLER.HARAM YIYENLER VAREE ONLAR KASIBA PUL VERER.
30 noyabr 2013 23:13
Offline
Емиля Наджаф
♥Röya♥,Bəlkə kimsə bilir usaq pulunu necə almaq olur??????????
30 noyabr 2013 22:54
Offline
umhana
bura da yazan yoxdu
14 noyabr 2013 20:16
Offline
Ehmedli Jale
xanimlar men de almaq istedi bir ildirki bunun usrunde getdim geldim vermediler biz azteminatli aileyiq ve qubadli rayon mecburi kockunduler yoldasimgil ne evimiz var nede yoldasimin daimi dovlet isi 2 usaq var . ele sertler qoydularki indiki zamanda hansi sofere tdovoy acir sexsi sirket onun ucunde ala bilmedik qalmisiq bele ele bir yerde qaliriqki biyabirciliqdi valah amma caresizik kia evlerin qiymeti 200 m catdira bilmirik. dovletden ne gozleyim men siz deyin.
1 sentyabr 2013 18:19
Offline
♥Röya♥
TESEKKURLERRRRRRRRRRRR.bu haqda melumatim az idi belay
11 iyul 2012 09:02
Offline
cerkezli gulnar
xebere gore cox saqolun.ancaq orda isleyenler ozlerini ele aparirlar ki ele bil yardimi ciblerinden verecekler.
8 may 2012 00:51
Offline
musi
ehhhhhh ,bunu duzeldenecen adamin cani cixir eee ,qonsumuzdan gordum men
xebere gore tesekkurler
16 oktyabr 2011 01:52
Offline
Semedova
cox gozel xeberdir tesekkurler
14 oktyabr 2011 23:36
Offline
Gullu
bu mene aid deyil
14 oktyabr 2011 13:51
Offline
ezizgul
bu sosial yardim kasiblar ucun deyil men ele adamlar taniyiram imkanlidirlar sosial yardim alirlar
14 oktyabr 2011 07:15
Offline
Mexbube
korrupsiya yigisdirilsin deyirler amma hani istediklerini edirler yene de bu yaziq ehtiyaci olanlar qalib bilmirler ne etsinler?
12 oktyabr 2011 12:43
Offline
cemile
duzeltmek istedin dediler ki 6ayi bizim 6 ayi senin.dovletden kime xeyir gelibki menede gelsin .pulu olana pul verirler ama pulu olmayana yox prikol wink wink wink
12 oktyabr 2011 00:57
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
11 oktyabr 2011 17:27
Offline
Fatma xanım
yazını diqqətlə oxudum sağ ol amma təssüfki ünvanlı sosial yardımı kasıblardan çox kimin pulu var ona verirlər 7 ayını özləri götürür 5 ayını camaata verirlər

Bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 105,82 manatdır
bu məbləğ pensiyaya da aiddi yəqin eləmi
11 oktyabr 2011 12:02
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Bakuji
Sitat: Dariya
Men deyerdimki, hal-hazirda duzdur bezi xanimlarimiz serhlerinde de qeyd edirlerki, cetinlikler yaranir almaqda..
ama o qeder deyil, alanlar, istifade edenler var. deyerdimki, 94 faizden coxu yardimi plastik kartlarla alir.demeli istifade edenlerin sayi coxdur.


Sitat: Selcan_Xatun
94% ela reqemdir ki...
Demeli qaydasindadir ,elemi?


eslinde 94% meselenin tamam basqa terefidir. olkede maas, pensiyalar ve s. odenişler onsuz da esasen plastik kartlarla verilir.
esas gostericiler - ehalinin unvanli sosial yardima ehtiyaci olan hissesinin nece faizi bunu ala bilir, qiymetlendirme ve yardim ayrilmasi ne derecede şeffafdir, verilen yardim minumum istehlak sebeti ile ne derecede uzlaşir ve s.dir.
bu sahe ehalinin en cox şikayet etdiyi sahelerden biridir, gorunur chatişmazliqlar movcuddur.
10 oktyabr 2011 23:59
Offline
Ceylan Mumoğlu
Dariya,
94% ela reqemdir ki...
Demeli qaydasindadir ,elemi?
10 oktyabr 2011 23:22
Offline
bahar
Menim bacim boşanib,2 ovladi var.Sosial yardim ucun muraciet edib ,ona deyibler ki sene duşmur,cunki erinnen aliment teleb etmemisen.
10 oktyabr 2011 23:12
Offline
agubugu
men almaq isteyirdim cunki azyasli usaqim var islemeliyem, o qeder problem cixardilar ki, baslarina deysin pullarida.. Allah ruzimizi yetirsin dovlete qalsa olerik, ama tanidigim bir nece imkanli adam var onlar alir
10 oktyabr 2011 23:01
Offline
Gunay
hi hi kecmiw olsun mene))yenilik olanda xeber eledeeeee

creativka,
akazvicka heeee eee,mende yeni bilmiwemmm,hi hi hi ozume gulmeyim gelirrrrrrrrrrr wink
10 oktyabr 2011 22:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır